Görkəmli
bəstəkar Arif Məlikovun 90 illiyinə həsr edilən yaradıcılıq gecəsi
keçirilib
Sentyabrın 12-də Milli Aviasiya Akademiyasında Azərbaycanın
və SSRİ-nin Xalq artisti, Dövlət
mükafatı laureatı,
"İstiqlal" ordenli,
akademik Arif Məlikovun anadan olmasının 90 illiyinə
həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
görkəmli bəstəkarın
bənzərsiz yaradıcılıq
nümunələrindən danışılıb və
ölməz musiqi əsərləri səsləndirilib.
Bildirilib ki, böyük bəstəkarın
yaradıcılığında kinofilmlərə və teatr tamaşalarına yazdiğı musiqilər xalqımız tərəfindən
böyük rəğbətlə
qarşılanib. Onun
"Sehrli xalat",
"Ulduzlar sönmür",
"Axirıncı aşırım
" kimi filmlərə,
"Natəvan", "Atabəylər"
tamaşalarına yazdığı
musiqi əsərləri
bu gün də sevilə-sevilə dinlənilir.
A.Məlikovun çoxşaxəli
yaradıcılığında estrada əsərləri də mühüm yer tutub. Bəstəkarın
yazdığı "Yaşatdi
məni", "Dənizdə
ay çiməndə",
"Gəl bizim dağlara" və digər mahnılar tanınmış mügənnilərimizin
ifasinda böyük şöhrət qazanıb.
Bəstəkarın bəstələdiyi
mahnıları Rəşid
Behbudov, Şövkət
Ələkbərova, Flora
Kərimova və digər tanınmış
müğənnilərimiz böyük məharətlə
ifa ediblər.
Milli Aviasiya Akademiyasının tələbələri
və professor müəllim heyətinin qarşısında çıxış
edən Xalq artisti Fidan Haciyeva,
Əməkdar artist Ramil Qasımov, müğənnilər Kamilə
Nəbiyeva, İnarə
Babayeva bəstəkarın
müxtəlif illərdə
yazdığı estrada,
operetta və klassik janrda bəstələdiyi mahnıları
təqdim ediblər.
İfaçıları Xalq artisti Ənvər Sadıqovun "Qaytağı" instrumental ansamblı müşayiət edib.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.11.