Şəhid ailələri və müharibə əlillərinə
daha 50 mənzil verildi
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid
ailələrinə və
müharibə ilə
əlaqədar əlilliyi
olan şəxslərə
daha 50 mənzil verilib. Mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni
yaşayış kompleksindən
təqdim olunub.
AZƏRTAC xəbər verir ki, mənzillərin
verilməsi ilə bağlı tədbirdə
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların mənzillə təminatı tədbirlərinə
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və
tapşırığı ilə ötən əsrin 90-cı illərində
başlanıldığını bildirib.
Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər
əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra
dövlət başçısının
göstərişi ilə
şəhid ailələri
və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı
5 dəfə genişlənib.
Ulu Öndər
Heydər Əliyevin
100 illiyini qeyd etdiyimiz bu ildə
həmin proqram uğurla davam etdirilir. Ölkə Prezidentinin tapşırığı
ilə 2023-cü ildə
ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu il artıq 650, postmüharibə dövründə
5 min 150, ümumilikdə
ötən dövrdə
isə 13 min 950 mənzil və fərdi ev şəhid
ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə
təqdim olunub.
Dövlət başçısının
Sərəncamı ilə
2021-ci ilin əvvəlindən
İkinci Qarabağ müharibəsi şəhidlərinin
ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycan.-2023.- 13 sentyabr.- S.8.