Vladimir Putin: Ermənistan Qarabağı Azərbaycanın
ərazisi kimi tanıyıb
Hayastanın Rusiya
əleyhinə tutduğu
mövqe Moskvanı təəccübləndirir və
qıcıqlandırır. İrəvan bütün istiqamətlərdə Rusiyanın
maraqlarına uyğun
gəlməyən addımlar
atır. Göründüyü
qədərilə rəsmi
İrəvan hərbi
müttəfiqi Rusiyaya
qarşı çıxaraq
Qərbin verdiyi vədlərə güvənir.
Hər halda Paşinyan hakimiyyəti nümayiş etdirdiyi xarici siyasətlə konkret seçim etdiyini göstərir, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə
israrlı davranmağa
çalışır.
Elə bunların
nəticəsidir ki, son günlər Nikol Paşinyan hakimiyyətinin atdığı
bəzi addımlar və səsləndirdiyi bəyanatlar Rusiyada hiddətlə qarşılanır.
NATO ilə birgə təlimlər keçirməsi,
KTMT-dəki nümayəndəsini
geri çağırması,
Paşinyanın İtaliya
mətbuatına verdiyi
müsahibədə səsləndirdiyi
fikirlər, Rusiyayönümlü
erməni jurnalistlərin
həbsi və s. Kreml tərəfindən ciddi narazılıqla qarşılanmaqla yanaşı,
İrəvanın ünvanına
təhdidlər yağdırılmasına
səbəb olub.
Rusiya Prezidenti Vladimir Putin Hayastanın son günlərdə siyasi şoularına və Qarabağla bağlı iddialarına konkret arqumentlərlə reaksiya verib. Bu barədə
o, Şərq İqtisadi
Forumunda söz açıb. Bildirib ki, bu, baş
verib və qərar Ermənistan rəhbərliyinin mövqeyidir.
Həmçinin qeyd edib ki, xeyli
vaxt, bəlkə də 10-15 il ərzində Ermənistana
məqbul təkliflər
verilsə də, güzəştə getməkdən
imtina edən rəsmi İrəvan son nəticədə Azərbaycanın Qarabağ
üzərində suverenliyini
tanıyıb.
Rusiya Prezidenti əlavə edib ki, Praqa sənədindən
sonra Qarabağın status məsələsi artıq aktual deyil: "Qarabağın status məsələsi artıq qaldırılmır,
o, həll olunub. Bu, bizim yox,
Ermənistan rəhbərliyinin
qərarıdır".
Putin onu da vurğulayıb ki, humanitar komponent
məsələsi hələ
də aktualdır, çünki Rusiyanın sülhməramlı missiyasının
mandatı fəaliyyətini
davam etdirir.
Onu da əlavə edək ki, artıq Ermənistan ərazisində
9 günlük ABŞ-Hayastan
hərbi təlimləri
başlayıb. Bu, Rusiyanın vassalı olan ölkənin ABŞ ilə ilk belə
təlimi, Kremlə qarşı demarşıdır.
Gözlənildiyi kimi,
təlim xəbəri
Moskvanın qəzəbinə
səbəb olub. Bununla bağlı Rusiya Xarici İşlər
Nazirliyi (XİN) və
Putinin mətbuat katibi səviyyəsində
kifayət qədər
sərt açıqlamalar
verilib, İrəvana xəbərdarlıqlar edilib.
Təlim ərəfəsində
- sentyabrın 5-də Ermənistan
prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın
təklifi əsasında
ölkənin KTMT-dəki
daimi nümayəndəsi
Viktor Biyaqovu geri çağıraraq onu Niderlandda səfir və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına nümayəndə
təyin edib. Bundan bir neçə
gün əvvəl isə Roma Əsasnaməsi
ratifikasiya edilmək üçün Hayastan parlamentinə göndərilib.
Bu isə o deməkdir ki, İrəvan Qərb ölkələri kimi, Rusiya Prezidentini hərbi cinayətkar kimi tanımağa hazırdır və əgər Rusiya Prezidenti İrəvana səfər edərsə,
nəzəri olaraq orada həbs edilməlidir.
Bütün bunlarla
yanaşı, Paşinyanın
arvadı Anna Akopyan Kiyevə səfər edib. Bütün bu demarşlara görə sentyabrın 8-də Hayastanın
Rusiyadakı səfiri
Rusiya XİN-ə çağrılıb
və ona etiraz notası təqdim olunub.
Cərəyan edən
bu proseslər fonunda artıq Hayastanın siyasi dairələrində Paşinyan
hakimiyyətinin məhz
Rusiyanın deyil, Qərbin xeyrinə seçim etdiyini etiraf etməyə başlayıblar. Erməni
politoloq Samvel Naumyan vurğulayıb ki, bir müddət
öncə Paşinyan
hakimiyyətindən seçim
etməsi tələb
olunub. Baş nazir isə Qərbin yanında yer almağa üstünlük verib.
Hayastanın təhlükəsizlik
maraqlarının böyük
risk qarşısında
olduğunu vurğulayan
erməni politoloq bildirib ki, indi
rəsmi İrəvan
Rusiyanın təsir mexanizmlərini zərərsizləşdirməyə
çalışmaq məcburiyyətində
qalıb. Bu baxımdan rəsmi İrəvanın təxminən
Saakaşvili dövründə
Gürcüstanın getdiyi
yoldan keçməyə
cəhd göstərdiyi
müşahidə olunur.
Bu, Hayastana həmin dövrdə Gürcüstanın üzləşdiyindən
daha təhlükəli
risklər, kataklizmlər
vəd edir. Hayastan həqiqətən
ciddi hərbi-siyasi risklərlə üz-üzə
qalıb. Kremlin Paşinyan hakimiyyətinin
Qərbin xeyrinə seçimi ilə barışacağı qətiyyən
inandırıcı görünmür.
Böyük ehtimalla Rusiyanın yaxın vaxtlarda Hayastana təzyiq prosesi intensiv xarakter almağa başlayacaq. Çünki Qərbin Hayastanda peyda olması Rusiyanın geopolitik maraqları ilə yanaşı, hərbi mənafelərinə
də sarsıdıcı
zərbə vəd edir.
Beləliklə, gedən
proseslər Hayastanın
sürətlə məhvinə
doğru yaxınlaşdığını
bir daha təsdiqləyir.
Elçin
CƏFƏROV,
Azərbaycan.-2023.- 13 sentyabr.-
S.12.