Dəmir
yumruğun Qətiyyətli
cavabı
Bir il öncə Müzəffər
Azərbaycan Ordusunun həyata keçirdiyi
"Qətiyyətli cavab"
əməliyyatı avqust
ayındakı "Qisas"dan
sonra düşmənə
növbəti dərs
oldu. Bununla mənfur düşmənin
növbəti hərbi
təxribatının qarşısı
qətiyyətlə alındı
və "Dəmir yumruq" bir daha Ermənistan rəhbərliyinə, separatçılara
göstərdi ki, heç bir təxribat cavabsız qalmayacaq.
Bəs, bu təxribat və ona qarşı keçirilən əməliyyat
necə baş verdi?
Cəmi 44 günə
Azərbaycan Ordusu qarşısında diz çöküb yalvaran, döyüşlərdə silahını,
bayrağını atıb
şərəfsizcəsinə qaçan erməni əsgərləri İkinci
Qarabağ müharibəsindən
sonra, demək olar ki, mütəmadi
olaraq ara-sıra təxribatlara əl atırdılar. Savaşdan
sonra bir qədər dirçəldiyini
zənn edən mənfurlar Azərbaycanın
sülh istəyindən
"yararlanaraq" belə
çirkinliklərə gedirdilər.
IV Brüssel görüşündən
sonra sülh müqaviləsi mətninin
hazırlanmağa başlanıldığı
bir zamanda belə bir addımın
atılması ilk növbədə Ermənistanın
10 noyabr Bəyanatının
müddəalarını növbəti
dəfə pozması
faktı idi. Bu, eyni zamanda
məğlubiyyət aktına
imza atan rəsmi İrəvanın
regionda sülhün təmin edilməsində maraqlı olmadığının
göstəricisi oldu.
"Qətiyyətli cavab" əməliyyatından
cəmi iki ay öncə həyata keçirilən
"Qisas" əməliyyatında
düşmənə qulaqburması
verilmişdi və separatçılar bir daha şahidi olmuşdular ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsindən sonra
daha da güclənib,
modernləşib və
Şanlı Zəfər
hər bir əsgərin döyüş
əzmini çox yüksəldib.
"Qisas" əməliyyatı
nəticəsində Qırxqız
yüksəkliyi, həmçinin
Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra
digər əhəmiyyətli
hakim yüksəkliklər,
Buzluq dağı və ətrafındakı
yüksəkliklər Azərbaycan
Ordusunun nəzarəti
altına keçdi. Əməliyyat çərçivəsində
qeyri-qanuni erməni silahlı ünsürlərinin
bir neçə döyüş mövqeyi
dağıdıldı, keçmiş
Ağdərə rayonunun
Yuxarı Oratağ yaşayış məntəqəsindəki
hərbi hissəyə
havadan zərbə endirildi.
Amma iki ay sonra bələd
olduğumuz erməni xisləti yenə də çirkin niyyətini büruzə verdi. Sentyabr ayının əvvəllərində
ara-sıra mövqelərimizi
atəşə tutan düşmən həmin ayın
12-dən 13-nə keçən gecədən başlayaraq
Daşkəsən, Kəlbəcər
və Laçın istiqamətlərində genişmiqyaslı
təxribat törətdi.
Erməni diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan
Ordusunun bölmələrinin
mövqeləri arasındakı
ərazilərin və
təminat yollarının
minalanmasını həyata
keçirdi. Ermənistanın
məhz bu əməli və genişmiqyaslı təxribatı
Daşkəsən, Kəlbəcər
və Laçın istiqamətlərində döyüş
toqquşmasına səbəb
oldu.
Bu dəfə də qalib Azərbaycan
əsgəri düşmənə
layiqli cavab verdi və sərhəddə
yaranan bu hərbi toqquşma nəticəsində Ermənistan
ciddi itkilərə məruz qaldı. Düzdür, bu döyüşlərdə Azərbaycan
Ordusu da şəhid verdi, 80 igidimiz şəhadət zirvəsinə ucaldı,
2 mülki şəxs
yaralandı. Düşmənin
yeni təcavüz planını həyata keçirməyinə imkan
verməmək üçün
canlarını qurban verən igidlərimiz qəhrəmanlıqları, şücaətləri
ilə bir daha bütün dünyaya nümayiş etdirdilər ki, yüksək döyüş
əzmli Azərbaycan əsgəri istənilən
tapşırığı reallaşdırmağa qadirdir
- havada, suda, quruda, hər yerdə, hər məkanda...
İgidlərimizin düşmən
təxribatına qarşı
keçirdikləri "Qətiyyətli
cavab əməliyyatı"
zamanı isə qarşı tərəfin
224 hərbçisi məhv
edildi, 3 nəfəri itkin düşdü, 300-dən
çox hərbi qulluqçusu yaralandı.
Ümumilikdə qarşı
tərəfin 53 döyüş,
2 minaatan atəş mövqeyi, 8 strateji əhəmiyyətə malik
yüksəklik nəzarətə
götürüldü, Zod
istiqamətində yerləşən
538-ci əlahiddə dağ-atıcı
briqadasının daimi
dislokasiya məntəqəsi,
2 ədəd S-300 və
2 ədəd S-125 divizionlarının
start mövqeləri darmadağın edildi.
Düşmənə verilən bu dərsi Müzəffər
Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də
Şuşada hərbçilər
qarşısında çıxışı
zamanı belə dəyərləndirdi: "13-14 sentyabr əməliyyatından
sonra Azərbaycan-Ermənistan
sərhədi istiqamətində
əsas strateji yüksəkliklərdə Azərbaycan
Silahlı Qüvvələri
yerləşib. Ermənistan
gözəl anlamalıdır
bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən
Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz
gözlərimizlə görürük.
Biz Bala Göyçə gölünün
sahilindəyik. Böyük
Göyçə gölü
də gözümüzün
önündədir. Bütün
bunlar reallıqlardır.
Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən
sonra. Nə üçün? İlk növbədə Ermənistanın
hərbi təxribatlarına
cavab olaraq, digər tərəfdən,
özümüzü gələcək
hərbi təxribatlardan
sığortalamaq üçün.
Çünki dediyim yüksəkliklərdən Ermənistanın
əksər postları
görünür və
əgər orada qüvvələrin konsentrasiyası
baş verərsə,
biz bunu görüb dərhal tədbir görəcəyik".
Qalib Sərkərdə
bəyan etdi ki, İkinci Qarabağ müharibəsində
məğlub olan, ordusu darmadağın edilən Ermənistan beynəlxalq öhdəliklərini
yerinə yetirmir. Məğlub edilmiş ölkə özünü
belə apara bilməz. Ona görə Azərbaycanın
bütün addımları
əsaslıdır. Düzdür,
Ermənistanın bəzi
xarici havadarları Azərbaycanı nədəsə
günahlandırmaq istəyirlər.
Amma İlham Əliyev hər zamankı kimi onların da cavabını verdi və Şuşadan həmin qüvvələrə
bir daha mesajını yolladı:
"Onların cavabını
mən vermişəm.
Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm.
Bu, məni dayandırmaz. Amma fakt odur ki,
biz öz haqqımızı tələb
edirik və Azərbaycanın haqlı
olması böyük
beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur".
Bu, İlham Əliyevin yenilməz qətiyyətinin növbəti
təzahürü idi.
Sözü imzası qədər keçərli
olan Azərbaycan Prezidenti düşmənə
də, onun havadarlarına da çatdırdı ki, istənilən təxribatın
cavabı çox ağır olacaq. Ermənistan sülh istəyirsə, Azərbaycanın
şərtlərini qəbul
etməli və bütün iddialarından
əl çəkməlidir.
Əks təqdirdə,
sülh olmayacaq.
Bütün bunlar
onu deməyə əsas verir ki, artıq kimsə Azərbaycanla təhdid dili ilə danışa bilməz. Əsassız şər-böhtan atmaq da heç bir
işə yaramayacaq. Azərbaycan regionun lideri kimi öz
maraqlarını təmin
edir və qətiyyətli addımlar
atır. Ermənistanın
istənilən təxribatı,
havadarlarının ikibaşlı
oyunları da Azərbaycanı yolundan döndərə bilməz.
İlham Əliyevin
söylədiyi kimi, proseslərə bu cür yanaşma yalnız Ermənistanı
çıxılmaz vəziyyətə
gətirib çıxaracaq.
Ona görə də məğlub Ermənistan hökuməti
İkinci Qarabağ müharibəsinin dərsini
unutmamalıdır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
14 sentyabr.- S.1;6.