Altı
il əvvəl Əsrin müqaviləsinin
davamına qərar verildi
Gələn il yenilənmiş saziş üzrə ilk hasilat gözlənilir
2017-ci il sentyabrın
14-də Xəzər dənizinin
Azərbaycan sektorundakı
"Azəri-Çıraq-Günəşli"
(AÇG) yataqlarının birgə
işlənməsi və
neft hasilatının pay bölgüsü haqqında düzəliş
edilmiş və yenidən tərtib olunmuş saziş imzalandı. Saziş Milli Məclis tərəfindən oktyabrın
31-də ratifikasiya olundu.
Bununla da AÇG-nin işlənilməsində
yeni dövr başlandı.
Yeni sazişlə
bu nəhəng yataqlar blokunun işlənilməsi
2050-ci ilin əvvəlinə
qədər uzadıldı.
Bu saziş ölkəmiz üçün
daha da əlverişli
şərtlərlə imzalandı,
baxmayaraq ki, 1994-cü
ildə imzalanmış
"Əsrin müqaviləsi"
də Azərbaycanın maraqlarını
tam təmin edirdi. Sazişin "Yeni əsrin müqaviləsi" adlandırılması
da təsadüfi deyil. Çünki ölkənin
gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi
üçün bu kontrakt böyük əhəmiyyət daşıyır.
Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beynəlxalq
tərəfdaş şirkətlər layihənin
icrası dövründə
Azərbaycan Respublikası
Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər.
Azərbaycana çatacaq
mənfəət neftinin
səviyyəsi isə
75 faiz təşkil edəcək. Bir vacib
məqam da odur ki, tərəfdaşların
tərkibində
dəyişiklik olmadı.
O cümlədən bp
şirkəti layihənin
operatoru olaraq qaldı. Bu da Azərbaycanın möhkəm
beynəlxalq əməkdaşlıq
və tərəfdaşlıq
platforması yaratdığını
bir daha təsdiq etdi.
"Yeni əsrin
müqaviləsi" uğurla
start götürdü
və beləcə də davam edir.
Müqavilə çərçivəsində 6 milyard dollarlıq "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi
həyata keçirilir.
Qeyd edək ki, layihəyə dənizin
təxminən 140 metr dərinliyində,
mövcud "Mərkəzi
Azəri"
və
"Şərqi Azəri"
platformalarının arasında
yeni hasilat, qazma və yaşayış platformasının quraşdırılması
daxildir. Yeni yataqdaxili xətlər platformadan
hasil ediləcək neft və qazın
Səngəçal terminalına
çatdırılması üçün sualtı
boru kəmərlərinə
qoşulacaq.
ACE platforması gündəlik
100 min barelədək
neft hasilatı gücündə layihələndirilib.
Layihənin istismar müddətində isə
300 milyon barelədək
neftin hasil olunması proqnozlaşdırılır.
Platforma Səngəçal
terminalından, yəni
uzaq məsafədən
idarə ediləcək.
İdarə mexanizminə
innovativ sistem avtomatlaşdırmaları daxil
edilib.
Bəs layihənin
2019-cu ildə başlanan
ümumi tikinti işləri indi hansı mərhələdədir?
bp-nin məlumatına
görə, bu
ilin birinci yarısının sonunda layihə üzrə işlər ümumilikdə
89 faiz tamamlanıb.
Platformanın dayaq
bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər
Zavodundan dənizə
yola salınmış
və AÇG yatağı
sahəsində öz
daimi yerində quraşdırılmışdır. Bu qurğu cari
il martın 16-da dənizə göndərilənədək
istismar sınaqları
vasitəsilə tam yoxlanmışdı. Blokun
çəkisi 16 min
ton, hündürlüyü
153 metrdir. Bu qurğuya biri suvurma, ikincisi neft, sonuncusu qaz ixracı üçün nəzərdə
tutulmuş üç
dik boru daxildir.
Dayaq blokunun tikinti işləri üç il çəkib və ötən ilin sonunda təhlükəsiz
şəkildə (heç
bir bədbəxt hadisəyə yol verilmədən 3 milyon iş saatı təhlükəsiz yerinə
yetirilərək) tamamlanıb. 2022-ci il dekabrın
13-də Prezident
İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər
Zavodu (BDÖZ) sahəsinə
baş çəkərək
dayaq blokunun dənizə yola salınması prosesinə
start verib.
Platformanın üst
modullarının və
qazma avadanlıqlarının
istehsal-quraşdırma işləri
Bibiheybətdəki tikinti-quraşdırma
sahəsində aparılmışdır.
Üst modullara neft və qaz
emalı qurğuları,
inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş
çəkisi 19 min
600 tondur.
Bu qurğu "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Quruda aparılması planlaşdırılan
əsas istismar sınaqları uğurla yekunlaşmış
və STB-1 daşıma
barjası qurğunu dənizə - mənzil başına çatdırmışdır.
Bu il aprel ayının 4-də Prezident İlham Əliyev üst modulların inşa edildiyi sahəyə baş çəkərək, tikintisi
artıq sona çatmış qurğu
dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti
ilə tanış olmuşdur. bp-nin Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu münasibətlə
belə demişdir:
"Cənab Prezident İlham Əliyevi ACE platformasının üst
modullarının tikildiyi
istehsalat sahəsində
qarşılamaq və
ona layihədə əldə olunmuş möhtəşəm uğurlar
barədə məlumat
vermək qürurverici
idi. Üst modulların tamamlanması
ACE layihəsinin yekunlaşması
istiqamətində son
mühüm mərhələlərdən
biridir. ACE layihəsinin
həyata keçirilməsində
göstərdikləri əvəzsiz
dəstəyə görə
cənab Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə öz
təşəkkürümü bildirirəm. Həmçinin
SOCAR-a və bütün
tərəfdaşlarımıza dəstəklərinə görə
və layihənin gerçəkləşməsində zəhməti olan hər kəsə - bp-nin, "Azfen"in, digər podratçı və subpodratçı təşkilatların əməkdaşlarına
minnətdarlığımı bildirmək istəyirəm".
Qeyd edək ki, layihənin pik dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən
çox işçi
cəlb edilmişdi.
ACE-dən ilk neftin gələn il əldə olunması gözlənilir.
Flora SADIQLI,
Azərbaycan.-2023.-
14 sentyabr.- S.5.