Ağdam-Xankəndi
yolundan istifadə ölkəmizin növbəti
qələbəsidir
"Tarixən belədir
ki, xalqın özü yox, başqaları tərəfindən
yaradılıb ortaya atılan dövlətlər
heç zaman müstəqil yaşaya bilmir, kimlərinsə əlində alətə çevrilir, təcavüzkar
xislətə malik olurlar. Təbii ki, belə qurama
dövlətlərin fəaliyyətindən
ən çox ziyan çəkənlər
də onun qonşuları olur. Mövcud olduğu vaxtdan Ermənistanın davranışlarına baxdıqda
bunu aydın görmək olur. Tarixi Azərbaycan torpaqlarında quraşdırılan
bu dövlət Cənubi Qafqazda hər zaman təhlükə mənbəyi
olub, qonşularına
problemlər yaşadıb,
soyqırımları törədib.
Otuzillik işğala son qoyulduqdan keçən 3 il müddətdə Ermənistanın
hələ sülhə
gəlməməsinin kökündə
də mahiyyət etibarilə məhz bu amillər dayanır. Azərbaycanın
münasibətlərin normalaşması
istiqamətində atdığı
addımlara baxmayaraq, məğlub ölkə bundan boyun qaçırır,
əldə olunmuş
razılaşmalardan geri
çəkilir, siyasi
və hərbi təxribatlar törədərək
öhdəlikləri yerinə
yetirmir, yenə də işğal xəyalları ilə yaşayır. Son günlər şərti sərhəddə Ermənistanın
məğlub və fərari ordusunun törətdiyi hərbi təxribatlar da bilavasitə bunların davamıdır".
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli
Məclisin deputatı
Səttar Möhbalıyev
deyib.
"Ermənistan Laçın
yolundan qanunsuz hərbi və digər çirkin məqsədlər üçün
istifadə etdiyinə
görə, Azərbaycan
bu ilin aprel
ayında yolda normal və nümunəvi şəkildə
fəaliyyət göstərən
sərhəd-buraxılış məntəqəsini qurdu.
Bunu həzm edə bilməyən Ermənistan bütün qarayaxmalardan istifadə etdi, real vəziyyəti
gizlədərək Azərbaycan
əleyhinə yalan və böhtan xarakterli təbliğat apardı, hətta hərbi təxribata belə getdi. Həmçinin sərhədə
"humanitar konvoy"
göndərərək beynəlxalq
ictimaiyyəti çaşdırmağa
çalışdı. Bölgədə
"blokada" və
"humanitar böhran"ın
olması ilə bağlı əsassız
ittihamlar səsləndirdi,
şoular düzəltdi.
Bizim təklif etdiyimiz Ağdam-Xankəndi
yolundan isə birmənalı şəkildə
imtina olundu. Elə düşünürdü
ki, guya Azərbaycanı geri çəkilməyə məcbur
edə biləcək.
Amma unutdu ki, döyüş meydanında böyük hərbi qələbə qazanan Azərbaycanı, ümumiyyətlə, siyasi
müstəvidə məğlub
etmək mümkün
deyil. Ermənistanın
bütün cəhdlərinə
baxmayaraq, Qarabağın
erməni sakinlərinin
ehtiyaclarının qarşılanması
üçün təklif
etdiyimiz Ağdam-Xankəndi
yolundan istifadə artıq reallığa çevrilib. Azərbaycan sübut etdi ki, bura Azərbaycan
ərazisidir və yolun haradan keçəcəyi
barədə qərarı
da o verir. Ermənistanın mənasız
və əsassız çabaları isə Azərbaycanın daxili işlərinə qarışmaqdır
ki, digər iddiaları kimi, mütləq iflasa uğrayacaq. O ki qaldı havadarlarının
dəstəyinə, bu
məsələdə də
Azərbaycan sübut edib ki, onunla
heç kim təzyiq dili ilə danışa bilməz", - deyə
AHİK sədri bildirib.
Səttar Möhbalıyev əlavə edib ki, Ermənistanın xüsusən son zamanlar bölgəyə yad olan qüvvələr gətirməsi, sərhəddə hərbi təxribatlara əl atması, qoşun cəmləməsi, Xankəndidəki "prezident seçkiləri" oyunları onun özü üçün yaxşı heç nə vəd etmir və baş verəcək hadisələrə görə məsuliyyət daşıyır.
Azərbaycan.-2023.- 14 sentyabr.- S.5.