Qondarma
seçkilərə beynəlxalq
etiraz güclənir
Keçmiş hərbi xunta reallıqla barışmaq
istəmir
Müharibədə aldığı ağır
məğlubiyyətdən üç il keçməsinə baxmayaraq,
Hayastan hələ də sülh müqaviləsinin imzalanma
prosesini uzatmaqla məşğuldur.
Bu azmış
kimi Qarabağda yaratdığı separatçı
rejimə hərtərəfli
dəstəyini davam etdirir, hətta onun fəaliyyətinə hüquqi don geyindirməyə çalışır.
Elə ötən həftə separatçı
rejimin keçirdiyi
"prezident seçkiləri"
də bu qəbildən olan növbəti cəhddən
başqa bir şey deyil. Bununla bağlı müxtəlif beynəlxalq
qurumlar tərəfindən
çoxsaylı qərarlar,
qətnamələr, eləcə
də digər sənədlər qəbul
edilib. Amma Hayastan hələ də beynəlxalq hüquqa hörmətsizlik
nümayiş etdirərək
həmin sənədlərdə
qoyulan tələbi yerinə yetirməkdən
imtina edir.
Ermənilər 30 il
işğal altında
saxladıqları Azərbaycan
ərazilərində analoji
"seçki" şouları
təşkil etmişdilər.
Lakin bunun adi "seçki tamaşası"ndan başqa
bir şey olmadığına sonda özləri də şahid olmuşdular. Bu dəfə də istisna olmadı. Aparıcı beynəlxalq təşkilatlar
və dünyanın bir çox ölkələri erməni
separatçılarının Xankəndidə keçirdiyi
qondarma seçkiləri
pislədiklərini və
tanımadıqlarını bəyan ediblər. Bu təşkilatlar və ölkələr siyahısına İslam Əməkdaşlıq Təşkilatı
(İƏT), Türk Dövlətləri
Təşkilatı (TDT), Avropa
İttifaqı (Aİ), Avropa
Şurası, həmçinin
Böyük Britaniya,
ABŞ, Macarıstan, Rumıniya,
Pakistan, Türkiyə,
Gürcüstan, Ukrayna,
Moldova və sairə daxildir. Digər Avropa ölkələri də separatçıların
addımlarının qeyri-legitimliyi
ilə bağlı oxşar bəyanatlar veriblər.
Qarabağda qeyri-qanuni
"seçkilər"in keçirilməsi Azərbaycan
Konstitusiyasının və
beynəlxalq hüququn
norma və prinsiplərinin açıq
şəkildə pozulmasıdır.
Bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Bu qondarma "seçkilər" həmçinin
işğal dönəmində
Hayastan tərəfindən
Azərbaycanın ərazi
bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait
altında keçirilib.
Keçmiş hərbi
xunta təmsilçiləri
"seçkilər" vasitəsilə
eyni zamanda Qarabağın erməni əhalisi üzərində
basqı yaratmağa çalışırlar. Ancaq
revanşist qüvvələrin sülh
müqaviləsinin imzalanmasına hər vəchlə qarşı çıxmaları Hayastanı
humanitar, sosial-iqtisadi və digər mühüm sferalarda daha böyük problemlər məngənəsinə
yuvarlayır. Məğlub
ölkənin özündə
də açıq etiraf edilir ki,
Azərbaycanla düşmənçilik
Hayastanda bütün vacib sahələrdə yaşanan tənəzzülün
kökündə dayanan
ən ümdə səbəblərdən biridir.
Etiraz aksiyalarından
yararlanmağa çalışan,
ölkədə nüfuzunu
itirən keçmiş
hərbi xunta nümayəndələrinin sərsəmləmələrinə
böyük əksəriyyət
önəm belə vermir. Bir neçə dəfə Xankəndidə
və İrəvanda revanşist qüvvələrin
iştirakı ilə
etiraz aksiyaları keçirilib. Aksiyalarda Laçın-Xankəndi
yolunun açılması,
Qarabağın "blokada"sına
son qoyulması tələb edilib. Ermənilər, guya, Qarabağda "humanitar böhran"ın olduğunu
iddia edərək bunun aradan qaldırılmasını
tələb ediblər.
Amma bu, ciddi bir reaksiya
yaratmayıb.
Bununla Qarabağdakı
separatçılar Azərbaycanın
tərkibində qalmaq
istəmədiklərini və
"iqtisadi böhran"dan
xilas olmaq üçün Hayastana birləşmək istədiklərini
bəyan edərək
rəsmi İrəvanın
Azərbaycanla sülh
sazişinə mane olmağa cəhd göstərirlər.
Bu hadisələr
1988-ci ildə Azərbaycana
qarşı silahlı
münaqişənin başlanması
və 1998-ci ildə mümkün sülh razlaşmasını pozmaq
üçün keçmiş
hərbi xuntanın Hayastanda hakimiyyətə gətirilməsi ilə nəticələnən siyasi
ssenariyə bənzəyir.
İndi də Qarabağda terrorçu qruplaşmaların gərginlik
yaratması fonunda növbəti hədəfin
Hayastanda hakimiyyət dəyişikliyinə gedilməsi
olduğunu göstərir.
Göründüyü kimi, iki ölkə
arasında sülh müqaviləsinin imzalanmasının
aktual olduğu bir dönəmdə hərbi xuntanın və ona bənzər
digər ara qızışdıranların etiraz aksiyaları keçirməsi erməni
xalqını növbəti
dəfə fəlakətə
sürükləyir. Unutmasınlar
ki, Azərbaycanla müharibədəki məğlubiyyət
Hayastanı elə bir uçuruma yuvarladıb ki, hələ neçə illər özünə gəlməsi mümkün
deyil. Əslində, Ermənistandakı revanşist
qüvvələr çox
yaxşı başa düşürlər ki,
böyük siyasətə
qayıtmaq üçün
heç bir şansları yoxdur və xalq hələ
onların hakimiyyət
dövrünü unutmayıb.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
14 sentyabr.- S.6.