Böyük
Zəfərin möhtəşəm
yolları
Qarabağ və
Şərqi Zəngəzur
iqtisadi rayonları ərazisində dövlət
başçısının tapşırığı ilə
icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin
sosial-iqtisadi inkişafında
mühüm rol oynayacaq yol infrastrukturu
layihələrindən biri
olan Xudafərin-Qubadlı-Laçın
avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70.4 km-dir.
Xudafərin-Qubadlı-Laçın
avtomobil yolu 4 hərəkət zolaqlı
olmaqla, 0-46.2 km-lik hissəsi I, 46.2-56.4 km-lik hissəsi isə II texniki dərəcəyə
uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə
salınması və
21.5 metr enində yeni torpaq yatağının
inşası həyata
keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin
eni 16.5 metr təşkil edəcək.
Tikinti işləri
çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20.4-56.4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20.4 km-lik hissədə yol əsasının tikintisi
işləri yekunlaşdırılıb
və asfalt-beton örtüyünün döşənməsi
işləri icra olunub. Yolun Xanlıq
istiqamətində olan
14 km-lik hissəsində
torpaq işləri, boru və keçidlərin,
körpülərin, istinad
divarlarının tikintisi,
topoqrafiya və layihələndirmə işlərinin
icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik
hissəsi I, 11-14 km-lik
hissəsi isə II texniki dərəcəyə
uyğun tikilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin
etmək məqsədilə
dairəvi borular və düzbucaqlı su keçidləri, əsas yolun 10, 22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə
gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası
aparılır. Körpülər
üzrə artıq
42.5% işlərin icrası
yekunlaşıb. Bundan
başqa Xanlıq-Qubadlı
yolu ilə kəsişmədə müxtəlif
səviyyəli yol qovşağının tikintisi
işləri də davam etdirilir. Artıq 81 dairəvi, 32 düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 4796 metr istinad divarı
da inşa olunub. Layihə üzrə ümumi uzunluğu 2397 m-lik 7 tunelin inşası da nəzərdə tutulur. Hazırda T-1 tunelinin giriş və çıxış
portalında qazma işləri bitib, betonlanma işləri görülür. T-2 tunelində
qazma və qruntbərkitmə işləri
gedir, T-3 tunelinin girişi portalında işlər davam edir.
"İnşaat Norma
və Qaydaları"na
uyğun, Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi
nəzarəti altında
həyata keçirilən
layihə üzrə
503.8 min kubmetr ərazidə bitki qatının çıxarılması,
6.9 milyon kubmetr həcmində qazma işləri aparılib,
3.2 milyon kubmetr həcmində isə dolğu işləri icra olunub.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət
olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında
yekunlaşdırılması üçün əraziyə
lazımi sayda işçi qüvvəsi
və texnika cəlb olunub.
Zəngilan, Qubadlı
və Laçın rayonlarının ərazisindən
keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri
də daxil olmaqla, sözügedən
rayonların 30-dan artıq
yaşayış məntəqəsini
əhatə edir.
R.BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
14 sentyabr.- S.4.