Bolqarıstanda
Ümummilli Liderin 100 illiyinə və Türkiyənin 100 illiyinə
həsr olunmuş tədbir keçirilib
Bolqarıstanın paytaxtı
Sofiya şəhərində
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə və Türkiyə Respublikasının
100 illiyinə həsr
olunmuş tədbir keçirilib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən
məlumata görə,
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq
etdiyi parlament nümayəndə heyəti
tədbirdə iştirak
edib.
Azərbaycanın və Türkiyənin Bolqarıstandakı səfirlikləri tərəfindən təşkil olunmuş tədbirdə Bolqarıstan Milli Assambleyasının üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər. Sonda Milli Məclisin Sədri Sahibə Qafarova tədbirdə çıxış edən azərbaycanlı və türk sənətçilərlə görüşüb, onlarla söhbət edib.
Azərbaycan.-2023.- 14 sentyabr.- S.2.