Ceyhun
Bayramov BMT İnsan Hüquqları Şurasının
essiyasında Ermənistanın
təxribatlarından danışıb
Sentyabrın 13-də Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
İsveçrə Konfederasiyasına
işgüzar səfəri
çərçivəsində Birləşmiş Millətlər
Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 54-cü sessiyasında
iştirak və çıxış edib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
çıxışda Azərbaycan
və BMT İnsan Hüquqları Şurası
arasında əməkdaşlıq,
ölkəmiz tərəfindən
milli və beynəlxalq səviyyədə
insan hüquqları sahəsində görülmüş
işlər, habelə
postmünaqişə dövründə
insan hüquqlarının
qorunması sahəsində
mövcud çağırışlar
barədə ətraflı
məlumat verilib.
Nazir Ceyhun Bayramov ölkəmizin Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən
irəli gələn hüquqların qorunmasına
sadiq şəkildə
bu sahədə fəaliyyət göstərən
qurumlarla aktiv dialoqu, habelə BMT-nin İnsan Hüquqları üzrə
Ali Komissarlığının
fəaliyyətinə töhfə
verilməsini davam etdirdiyini bildirib. Azərbaycan tərəfindən
milli səviyyədə
bu sahədə aparılan islahatlar, o cümlədən qanunvericilik
bazasının inkişafı,
siyasi partiyalarla dialoqun möhkəmləndirilməsi,
medianın inkişafına
dəstək, fiziki məhdudiyyətləri olan
şəxslər üçün
şəraitin yaxşılaşdırılması,
qadın və gənclərin səlahiyyətlərinin
genişləndirilməsi, dövlət
xidmətlərinin əlçatanlığının
artırılması üçün
görülən işlər
barədə ətraflı
məlumat verilib.
Beynəlxalq səviyyədə
isə ölkəmizin
multikulturalizm modeli və cəmiyyətlərdə
tolerantlığın təşviqi,
ayrı-seçkilik, islamofobiya
və digər təhlükəli konsepsiyaların,
habelə nifrət nitqi elementlərinin aradan qaldırılması
istiqamətində tərəfimizdən
irəli sürülmüş
təşəbbüslərin, o cümlədən Bakı
Prosesinin əhəmiyyəti
qeyd olunub. Qoşulmama Hərəkatına
sədrliyimiz çərçivəsində
insan hüquqları sahəsində beynəlxalq
səylərə töhfə
vermək məqsədilə
hərəkata üzv
dövlətlər və
xüsusi prosedur mandatlarının sahibləri
arasında dialoq üçün platforma yaradıldığı diqqətə
çatdırılıb.
İnsan hüquqları
sahəsində milli və beynəlxalq səviyyədə görülən
işlərə baxmayaraq,
bu istiqamətdə fəaliyyət göstərən
qurumların mandat sahibləri tərəfindən
müvafiq dövlətlərin
mövqeyini və bölgədə mövcud
faktlar və reallıqları nəzərə
almayan ittihamlar irəli sürülməsinin
məyusluq doğurduğu,
bu kimi instansiyaların
nüfuzunu və onlara olan inamı
sarsıtdığı, bu
xüsusda sözügedən
pozuntuların aradan qaldırılmasının vacibliyi
vurğulanıb.
Postmünaqişə dövründə bölgədə
mövcud vəziyyət,
işğaldan azad olunmuş ərazilərdə
aparılan yenidənqurma
işləri barədə
ətraflı məlumat
verən nazir Ceyhun Bayramov 30 ilə yaxın Ermənistanın işğalı
nəticəsində fundamental
hüquqları pozulmuş
vətəndaşlarımızın öz yurdlarına layiqli qayıdışının
təmini, habelə Qarabağ bölgəsində
yaşayan erməniəsilli
sakinlərin cəmiyyətimizə
reinteqrasiyası istiqamətində
tərəfimizdən əməli
addımların atıldığını
diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov münaqişənin
bitməsinə baxmayaraq,
bölgədə dayanıqlı
sülhün bərqərar
edilməsinin qarşısında
bir sıra çağırışların, o cümlədən Ermənistan
tərəfindən hərbi-siyasi
təxribatların, mina
təhdidinin davam etdirilməsi, müharibə
zamanı itkin düşmüş 4 minə
yaxın azərbaycanlının
taleyi barədə məlumatların bu günədək verilməməsi,
1987-1991-ci illər arasında
indiki Ermənistan ərazilərində etnik
təmizləmə siyasətinə
məruz qalmış
azərbaycanlıların hüquqlarının
inkar olunması, Qarabağ bölgəsində
məskunlaşmış erməni
sakinlərin manipulyasiya
edilməsi ilə reinteqrasiya səylərinə
zərbə vurulmasının
dayandığını vurğulayıb.
Sözügedən istiqamətlərin
insan hüquqları sahəsi ilə üzvi bağlantısını
nəzərə alaraq,
BMT-nin İnsan Hüquqları üzrə
Ali Komissarlığı
və digər ixtisaslaşdırılmış qurumların, o cümlədən
xüsusi prosedurların
müvafiq mandatlarının
bu sahədə əməli addımlar atmasının vacibliyi diqqətə çatdırılıb.
Çıxış zamanı həmçinin bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün yaranmış tarixi imkanın itirilməməsi məqsədilə beynəlxalq ictimaiyyətin ədalətli mövqeyinin hər zamankından daha müstəsna əhəmiyyət kəsb etdiyi bildirilib.
Azərbaycan.-2023.- 14 sentyabr.- S.3.