Azərbaycanın xarici işlər naziri ölkəmizin sülh təşəbbüsləri barədə xarici jurnalistləri məlumatlandırıb

 

Sentyabrın 13-də xarici işlər naziri Ceyhun Bayramovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT- Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) aparıcı media qurumları üçün brifinqi təşkil olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, brifinqdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət gündəliyində duran aktual məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət Azərbaycan Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları ətraflı məlumatlandırıb, jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.

Nazir 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqların fonunda ölkəmizin hazırkı Azərbaycan-Ermənistan normallaşma sülh gündəliyinin təşəbbüskarı irəli aparılmasında maraqlı tərəf olduğunu qeyd edib.

Dövlətlərarası istiqamətə paralel olaraq, ölkəmiz daxilində işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa quruculuq işlərinin sürətlə davam etdirildiyi, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyət aparıldığı bildirilib.

Ermənistanın ərazilərimizin işğalı nəticə yaratdığı qondarma rejimin sentyabrın 9-da “seçkiadı altında təxribatlarının erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı növbəti zərbə olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin konstruktiv mövqeyi addımlarının qarşılığında Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlar törətməsinin, öhdəliklərinə zidd olaraq suverenliyimiz ərazi bütövlüyümüzə qarşı davranış sərgiləməsinin, mina təhdidini davam etdirməsinin, əsassız iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparılmasının müşahidə olunduğunu qeyd edib.

Ermənistanın Azərbaycan ərazilərindən hələ çıxarmadığı erməni silahlı qüvvələrinin bölgədə sülhə təhlükəsizliyə təhdid olduğu vurğulanıb.

Ağdam-Xankəndi Laçın-Xankəndi yolundan yüklərin daşınması üçün paralel istifadə barədə razılıqlara baxmayaraq Ermənistan tərəfinin qondarma rejim vasitəsilə bu razılıqları yerinə yetirmədiyi xarici media nümayəndələrinin diqqətinə çatdırılıb.

Ermənistanın baş nazirinin qondarma rejimi sentyabrın 2-də təbrik etməsinin Azərbaycanın ərazi bütövlüyü suverenliyinə qarşı davam edən iddiaların sübutu olduğu vurğulanıb.

Münaqişənin başa çatmasının ilk günlərindən etibarən Azərbaycanın mövqeyinin niyyətinin aydınlığına baxmayaraq bir sıra beynəlxalq aktorların, habelə media orqanlarının Ermənistanın manipulyasiyalarına, o cümlədən Laçın yolu ətrafında vəziyyətlə bağlıgərgin humanitar vəziyyət”, “blokadaiddialarına aldanıb ölkəmizə qarşı aparılan kampaniyanın alətinə çevrilməsinin təəssüf doğurduğu bildirilib.

Nazir Ceyhun Bayramov bölgədəki vəziyyət reallıqların düzgün, qərəzsiz şəkildə çatıdırılmasında beynəlxalq media qurumlarının nümayəndələrinin məsuliyyətinin böyük olduğunu diqqətə çatdırıb.

 

Azərbaycan.-2023.- 14 sentyabr.- S.3.