Ermənilərin yeni "səngərlər"ini
də "Ohanyan səddi"nin aqibəti gözləyir
Vətən müharibəsində
məğlubiyyətə uğrayan,
ordusu darmadağın
edilən təcavüzkar
Ermənistan Vətən
müharibəsində aldığı
dərsdən nəticə
çıxarmaq istəmir.
Belə ki, erməni silahlı qüvvələri həm
atəşkəsi pozmaqla,
həm də yeni səngərlər qazmağa cəhd etməklə təxribatlar
törədirlər. Bütün
bunlar ermənilərin
fitnəkarlığının əyani sübutudur.
Məlumdur ki, torpaqlarımızın işğal
altında olduğu 30
il ərzində düşmən güclü
müdafiə sistemi yaratmışdı. Bədnam
qonşumuz bu qədər mürəkkəb
və keçilməz
zənn etdikləri sistemi qurmaqla həm də Azərbaycan əsgəri qarşısında necə
aciz olduğunu sübut edirdi. "Ohanyan səddi" kimi tanınan bu müdafiə mövqeləri ordumuz tərəfindən ilk həmlədə alındı.
Sübut olundu ki, ermənilərin nə qədər keçilməz sədd və maneələr qurmasından asılı olmayaraq, Azərbaycan Ordusunun igidləri onu bir göz
qırpımında keçməyə
qadirdirlər. Bakıda
Hərbi Qənimətlər
Parkında nümayiş
etdirilən hərbi texnikalar da düşmənin
istənilən addımının
acınacaqlı məğlubiyyətlə
sonlanacağını sübut
edir. Əslində bu, ermənilərə dərs olmalıdır.
Amma Ermənistan
yenə də müdafiə mövqeləri
qurmaq niyyətinə düşüb. Hər vəchlə sülhə əngəl olmağa çalışan düşmən
məqsədinə nail
olmaq üçün
hər yola əl atır. Rusiya sülhməramlı
kontingentinin müvəqqəti
yerləşdiyi Azərbaycan
ərazisindəki qeyri-qanuni
erməni silahlı dəstələri davamlı
olaraq ordumuzun Ağdam, Xocavənd və Füzuli istiqamətlərində
yerləşən mövqeləri
qarşısında yeni
səngər yolları
qazmağa cəhd göstərirlər. Separatçılar
mühəndis texnikasının
cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat
yollarını genişləndirməyə,
sığınacaqlar hazırlamağa,
eləcə də döyüş mövqelərinə
müşahidə kameralarının
quraşdırılmasına çalışırlar.
Ermənistanın bu
gün yeni səngərlər qazmağa
cəhd etməsi vaxt itkisindən başqa bir şey deyil. Bu ölkə unutmamalıdır ki, otuz il boyunca
qazılan səngərlərdən
"xeyir" görmədiyi
halda, onun-bunun yardımı ilə yenidən müharibəyə
hazırlaşmaqla heç
nə əldə edə bilməyəcək.
Ermənistan ordusu nə qədər silahlanarsa silahlansın, yenə də yüksək döyüş
əzminə malik olan güclü Azərbaycan Ordusunun qarşısında aciz qalacaq, "dəmir yumruq" onların bütün səngərlərini
darmadağın edəcək.
Azərbaycan daim
postmünaqişə dövrünün
maksimum dərəcədə
itkisiz başa gəlməsinin tərəfdarı
olmuşdu. Lakin "dəmir yumruq" da yerindədir. Bütün bu kimi pozucu fəaliyyətlər,
siyasi oyunlar və təxribatlar Ermənistan üçün
yalnız ağır fəsadlarla nəticələnə
bilər.
Ülkər
XASPOLADOVA,
Azərbaycan.-2023.- 14 sentyabr.- S.3.