Milli
Məclisin Sədri Sahibə Qafarova Macarıstanda keçirilən
5-ci Budapeşt Demoqrafik
Sammitində çıxış
edib
Milli Məclisin
Sədri Sahibə Qafarova sentyabrın 14-də
Macarıstanda keçirilən
5-ci Budapeşt Demoqrafik
Sammitində çıxış
edib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən bildirilib
ki, "Ailə təhlükəsizliyin açarıdır"
mövzusunda keçirilən
müzakirələrdə çıxışı
zamanı spiker Sahibə Qafarova, ilk olaraq, sammitin
əhəmiyyəti, tədbirdə
müzakirə olunan məsələlərin aktuallığı
ilə bağlı fikirlərini ifadə edib, bu çərçivədə
müzakirələrin faydalı
olacağına, demoqrafiya
və ailə problemlərinin həlli baxımından yeni ideyalar və perspektivlər yaradacağına
ümid etdiyini bildirib.
Çıxışında Azərbaycanın ailə institutu ilə bağlı təcrübələrini
sammit iştirakçılarının
diqqətinə çatdıran
spiker Sahibə Qafarova qeyd edib
ki, Azərbaycan cəmiyyəti ənənəvi
və ailə dəyərlərinə söykəndiyi
üçün cəmiyyətimizin
inkişafında ailənin
əvəzsiz rolu var. Ailə xalqımızın adət-ənənələrinin,
milli-mənəvi dəyərlərinin
keşiyində dayanır.
Sədaqət, qarşılıqlı
sevgi, valideynlərə
və böyüklərə
hörmət, tolerantlıq,
mədəni irs kimi dəyərləri nəsildən-nəslə ötürən
ailədir. Onun sözlərinə görə,
Azərbaycanda müxtəlif
etnik və dini qrupların nümayəndələrinin əsrlərboyu
birgə ləyaqətli,
sülh və dostluq şəraitində
yaşamasının əsas
səbəblərindən biri
də ailə dəyərləridir.
Spiker həmçinin
deyib ki, ölkəmizdə ailə
siyasəti dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir.
Ailə məsələləri
ilə bağlı güclü qanunvericilik bazası yaradılıb. Ölkə Konstitusiyası
ailənin mahiyyətini
müəyyən edir,
ailəni, nikahı və uşaqları dövlətin himayəsi altına alır. 1999-cu ildə qəbul edilmiş Ailə Məcəlləsi ailə
üzvlərinin hüquq
və vəzifələrini
müəyyən edir.
Digər qanunlar, o cümlədən gender bərabərliyi, uşaq hüquqları, məişət
zorakılığının qarşısının alınması
haqqında qanunlar ailə münasibətlərini
tənzimləyir. Qanun
layihələrinin hazırlanması,
qəbul edilməsi və tətbiqi prosesi Milli Məclisin
Ailə, qadın və uşaq məsələləri komitəsi
ilə bu məsələlər üzrə
məsul dövlət
orqanı - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında sıx əlaqələndirmə
yolu ilə həyata keçirilir.
Ailə institutunun
gücləndirilməsi və
onun inkişafına dəstəyin hökumətimizin
sosial siyasətinin diqqət mərkəzində
olduğunu deyən Milli Məclisin Sədri aztəminatlı ailələrə və əlillərə verilən
sosial ödənişlərin,
ünvanlı yardımların,
gənc ailələrə
ipoteka kreditlərinin verilməsi kimi təşəbbüslərin ailələrin
rifahının daha da yaxşılaşmasını
təmin etdiyini bildirib. Ailə məsələlərinə bu
cür kompleks yanaşma əhalimizin sürətli demoqrafik artımını təmin
edib. Onun sözlərinə görə,
əgər 1990-cı ildə
Azərbaycanın əhalisi
7 milyon idisə, bu gün əhalinin
sayı 10 milyonu keçib.
Spiker Sahibə
Qafarova xüsusilə
diqqəti bir məsələyə yönəldib
ki, bu müsbət
demoqrafik tendensiya hər bir ölkənin
üzləşə biləcəyi
ən çətin sınağa, yəni ərazilərinin işğalına
baxmayaraq əldə olunub. O xatırladıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın
beynəlxalq səviyyədə
tanınmış ərazilərinin
20 faizi Ermənistan tərəfindən işğal
edilib və bu ərazilərimiz 30 il işğal altında qalıb.
İşğal və
müharibələrin ailələr
üzərində ən
çox qalıcı
təsirə malik olduğunu deyən Milli Məclisin Sədri diqqətə çatdırıb ki, bu mənada, erməni işğalı
ailələrimizin mövcudluğuna
dağıdıcı təsir
göstərib. On iki mindən çox insan bu işğalın
qurbanı olub. Ermənistanın 1992-ci ilin
fevralında Azərbaycanın
Xocalı şəhərində
törətdiyi soyqırımı
nəticəsində bütöv
ailələr məhv
edilib. Yüz əllidən çox uşaq valideynlərindən
birini və ya hər ikisini
itirib, 613 mülki şəxs qətlə yetirilib. Həmçinin Ermənistanın həyata
keçirdiyi etnik təmizləmə siyasəti
nəticəsində bir
milyon azərbaycanlı
- iki yüz otuz mindən çox ailə öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq,
məcburi köçkün
və qaçqın vəziyyətinə düşüb.
Spikerin sözlərinə
görə, bu bir milyon insanın
evsiz, işsiz və yaşamaq üçün bütün
vasitələrdən məhrum
qalması yeni müstəqil ölkə
üçün kifayət
qədər ağır
zərbə olub. Lakin işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq,
Azərbaycan dövləti
qaçqın və məcburi köçkün
ailələrinin ehtiyaclarını
ödəmək üçün
bütün lazımi
tədbirləri görüb.
Azərbaycanın 2020-ci ildə BMT Nizamnaməsinin
51-ci maddəsində nəzərdə
tutulmuş özünümüdafiə
hüququndan istifadə
edərək, BMT Təhlükəsizlik
Şurasının qətnamələrini,
beynəlxalq hüququn
norma və prinsiplərini öz gücü hesabına həyata keçirdiyini, ərazi bütövlüyünü
bərpa etdiyini xatırladan Milli Məclisin Sədri Sahibə Qafarova bu kontekstdə tərəfdaşlarımıza və dostlarımıza, o
cümlədən Macarıstana
Cənubi Qafqazda sabitləşmə və
dövlətlərarası münasibətlərin qurulmasına
davamlı, beynəlxalq
hüquqa əsaslanan dəstəklərinə görə
təşəkkürünü ifadə edib.
Spiker deyib ki, torpaqlarımızın
işğaldan azad olunması 3000 gənc insanın həyatı bahasına başa gəldi: "Siz sadəcə təsəvvür
edin, neçə ailə öz oğullarını və
gələcək nəsillərini
itirdilər?"
Sahibə Qafarovanın
sözlərinə görə,
torpaqlarımızın azad
edilməsi tarixi ədalətin təntənəsidir.
Bu həm də otuz il
əvvəl uşaq ikən öz yurd-yuvasını tərk
etmək məcburiyyətində
qalaraq, ata-baba torpaqlarını geri qaytarmaq üçün geri qayıdan gənc nəslin mənəvi və ailə dəyərlərinin
qələbəsidir.
Azərbaycan parlamentinin
rəhbəri diqqətə
çatdırıb ki,
bu gün Prezident İlham Əliyevin güclü siyasi iradəsi, rəhbərliyi və xalqımızın qətiyyəti ilə işğaldan azad edilmiş ərazilərdə
genişmiqyaslı yenidənqurma
və abadlıq işləri aparılır.
İşğal illərində
Ermənistan, demək
olar ki, bütün şəhər
və kəndləri dağıdıb, bu ərazilərdə Azərbaycanın
bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. 8 şəhər və yüzlərlə kənd, yollar, körpülər, elektrik
stansiyaları, məktəblər,
xəstəxanalar, evlər
tikilir. Keçmiş
məcburi köçkün
ailələri artıq
öz evlərinə qayıtmağa başlayıblar.
"Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı"na uyğun olaraq yaxın 3 il ərzində 30 mindən çox ailə bu torpaqlara
qayıdacaq. Sosial qayğı "Böyük
Qayıdış Proqramı"nın
əsas elementidir. Spiker Sahibə Qafarova bu məsələnin
Heydər Əliyev Fondunun və onun rəhbərliyinin gündəmində çox
mühüm yer tutduğunu qeyd edib.
Gələn il
Birləşmiş Millətlər
Təşkilatının elan
etdiyi Beynəlxalq Ailə İlinin 30-cu ildönümünün qeyd
olunacağını xatırladan
Milli Məclisin Sədri vurğulayıb ki, bu gün
ailə anlayışı
hər zamankından daha çox aktuallıq kəsb edir. Silahlı münaqişələr, miqrasiya,
sosial və iqtisadi problemlər, pandemiya və bu kimi digər
problemlər ailənin
təhlükəsizliyinə təhdid yaradır. Onun sözlərinə görə, bu cür çətinliklər
qarşısında ailələrin
oynadığı rol
şübhə altına
alınmağa başlayıb.
Ailə dəyərlərinin
deqradasiyası, ənənəvi
ailə modelinin dəyərsizləşdirilməsi və onu marginallaşdırmaq
cəhdləri ailənin
əsaslarını təhlükə
qarşısında qoyur.
Belə bir vəziyyətdə ailə
anlayışının mahiyyətini
bir daha dərk etmək olduqca vacibdir: ailə institutu cəmiyyətin əsas və ən mühüm vahididir.
Sahibə Qafarova
çıxışına davam edərək bildirib ki, ailələrin
rifahını qorumaq üçün daha çox işlər görülməli, bu çərçivədə milli
qanunvericilik, sosial siyasət və sosial proqramlar hazırlanmalıdır. Ona
görə də bu məsələ bir ölkənin, bir cəmiyyətin hüdudlarından çıxıb
daha güclü beynəlxalq əməkdaşlığı,
qabaqcıl təcrübənin
paylaşılmasını tələb edir. Spiker bu kontekstdə
Macarıstan hökumətinin
ailə siyasətinin yüksək qiymətə
layiq olduğunu söyləyib və əlavə edib ki, belə mühüm
foruma evsahibliyi etmək Macarıstanın
ailə məsələlərində
beynəlxalq əməkdaşlığa
sadiqliyinin göstəricisidir.
Onun sözlərinə
görə, Macarıstanla
eyni ailə dəyərlərini paylaşan
ölkə kimi Azərbaycan birgə fəaliyyət və tədbirlər vasitəsilə
bu əməkdaşlığa
dəstək verməyə
hazırdır.
Qeyd edək ki, 5-ci Budapeşt Demoqrafik Sammitində Macarıstan Prezidenti Katalin Novak, Bolqarıstan Prezidenti Rumen Radev, İtaliyanın
Baş naziri Corca Meloni, Tanzaniyanın
vitse-prezidenti Filip İsdor Mpanqo və Macarıstanın Baş naziri Viktor Orban çıxış
ediblər. Çıxışlarda
müasir dövrdə
dünyada demoqrafik transformasiyanın nəticələri,
miqrasiya məsələləri,
müharibə, münaqişə
və böhranların
əhaliyə təsiri,
cəmiyyətdə ailə
dəyərlərinin qorunması
diqqət mərkəzində
dayanıb.
Macarıstanın Baş
naziriViktor Orban çıxışında Azərbaycan
Prezidenti İlham Əliyevə rəğbət
və salamlarını
ünvanlayıb. Ölkəsinin
Azərbaycanla sıx əlaqələrə malik
olduğunu qeyd edən hökumət rəhbəri bildirib ki, Macarıstan Azərbaycanla birlikdə Türk Şurasının
işində iştirak
edir. Viktor Orban, Azərbaycan Prezidenti İlham Əliyev ilə yanaşı, Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın da bu istiqamətdə
fəaliyyətini qeyd
edib.
O həmçinin Azərbaycanın son illərdə həm siyasi çəkisinə görə, həm də iqtisadiyyatın inkişafına görə irəliyə doğru mühüm addımlar atdığını bildirib.
Azərbaycan.-2023.- 15 sentyabr.- S.4.