İcma:
Avropa İttifaqının
məsələlərə ikili standartlar prizmasından yanaşmaqda
davam etməsi təəssüf doğurur
Avropa İttifaqının
məsələlərə ikili standartlar prizmasından yanaşmaqda
davam etməsi təəssüf doğurur.
AZƏRTAC xəbər verir ki, bu
barədə Qərbi
Azərbaycan İcmasının
Avropa İttifaqının
2023-cü il 12 sentyabr
tarixli və son günlər verdiyi digər açıqlamalar ilə bağlı bəyanatında
bildirilib.
Bəyanatda, həmçinin
qeyd olunur: “Sual meydana çıxır
ki, gərginliyin azaldılmasının vacibliyindən,
sülhdən danışan
Avropa İttifaqı nəyə görə Ermənistan rəhbərliyini
öz ordusunun qalıqlarını Azərbaycanın
suveren ərazilərindən
çıxarmağa, təxribatçı
açıqlama və
hərəkətlərə son qoymağa, qeyri-qanuni erməni dəstələrinin tərksilah
edilməsinə çağırmır?
Avropa İttifaqı
öz bəyanatlarında
Qarabağın Azərbaycana
məxsus olmasını
aydın şəkildə
göstərməlidir. Ermənistan
hakimiyyətinin Azərbaycanın
ərazi bütövlüyünü
ən azı sözdə tanıdığı
bir vaxtda Avropa İttifaqının
keçmiş “Dağlıq
Qarabağ Muxtar Vilayəti” kimi ifadə işlədərək
ərazinin kimə məxsus olmasını bildirməməsi, “Stepanakert”
adının qeyd edilməsi tamamilə qəbuledilməzdir. Azərbaycanın
ərazi bütövlüyü
və suverenliyi heç bir Avropa İttifaqı ölkəsinin ərazi bütövlüyü və
suverenliyindən əskik
deyil.
Aİ-nin Azərbaycanın
Qarabağ bölgəsinin
erməni sakinlərini
qeyri-qanuni rejimin ətrafında birləşməyə
çağırması Azərbaycanın
Konstitusiyasına və
suverenliyinə hörmətsizlikdir.
Avropa İttifaqının
Qarabağ ermənilərinin
nümayəndələri ilə
gündəlik təmaslarda
olması da ikili standartların bariz nümunəsidir. Azərbaycandan Qarabağ ermənilərinin hüquq
və təhlükəsizliyinin
təmin edilməsi üçün onlarla dialoq aparmasını gözləyən Avropa İttifaqı nədənsə
Ermənistanı deportasiya
etdiyi Qərbi azərbaycanlılar ilə
dialoqa çağırmır.
Avropa İttifaqı onun Azərbaycan cəmiyyətində imicinə xələl yetirən belə ədalətsiz siyasətdən çəkinməlidir”.
Azərbaycan.-2023.- 14 sentyabr.- S.3.