Rəşadətli
Azərbaycan Ordusu separatçıların istənilən
təxribatlarına cavab
vermək gücündədir
44 günlük Vətən
müharibəsindəki ağır
məğlubiyyətdən sonra da xislətlərinə
uyğun davranan ermənilər təxribat
törətməkdən əl
çəkmirlər.
Buna yeganə səbəb Cənubi Qafqazda gərginliyin qalmasında maraqlı olan qüvvələrin separatçıları qızışdırması,
onları silahlandırması
faktıdır. Yoxsa İkinci Qarabağ müharibəsində Azərbaycan
əsgəri qarşısında
diz çöküb yalvaran erməni hərbçisi heç bir təxribata cürət edə bilməzdi.
Qarabağdakı qeyri-qanuni
erməni silahlı bölmələri nə qədər "dəstək"
alsalar belə, son üç il müddətində törətdikləri təxribatlara
görə layiqli cavablarını alıblar.
Ötən ilin avqustunda "Qisas", sentyabrında isə "Qətiyyətli cavab" əməliyyatıları bunu
bir daha təsdiqləyir. Xatırladaq
ki, avqust ayında təxribatlar törədərək "Qisas"
əməliyyatı ilə
layiqli cavabını alan Ermənistan dərs almaq əvəzinə sentyabrın
əvvəllərində yenidən
təxribat törətdi.
Sentyabrın 12-14-də Azərbaycan
və Ermənistan arasında silahlı toqquşma baş verdi. Azərbaycan Ordusu növbəti dəfə düşmənin
cavabını qətiyyətlə
verdi. Beləliklə,
ərazilərimizə göz
dikən, yeni yüksəkliklər ələ
keçirmək istəyən
işğalçıların arzuları ürəklərində
qaldı. Terrorçu
Ermənistan bir daha məğlubiyyətə
uğradıldı və
susduruldu.
Lakin öz çirkin əməllərindən
əl çəkməyən
ermənilər zaman-zaman
təxribatlarını davam
etdirirlər. Bu isə Ermənistanın sülh istəmədiyinin
əyani göstəricisidir.
"Qətiyyətli cavab" Azərbaycan Ordusunun ən mühüm antiterror əməliyyatlarından biridir
Milli Məclisin
deputatı, Müdafiə,
təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin
üzvü Arzu Nağıyev qəzetimizə
açıqlamasında deyib
ki, 12-13 sentyabr 2022-ci ildə həyata keçirilmiş əks-terror
əməliyyatı məhz
ermənilərin törətdikləri
təxribatlara qarşı
atılan ciddi addımlardan biridir. Belə ki, erməni
təxribatlarının əsas
məqsədi sülh
müqaviləsinin imzalanması
istiqamətində, delimitasiya,
demarkasiya və digər məsələlərin
həlli üçün danışıqlar
aparılması ərəfəsində
belə bir addım atmaqla prosesin ləngidilməsi idi. Ermənistan yüksəklikləri ələ
keçirmək istəsə
də, bu, mümkün olmadı, layiqli cavabını aldı. "Onların məramı, məqsədi
danışıqlarqabağı təxribat törətməklə
sülh prosesini pozmaq idi. Eyni
zamanda təxribat
yolu ilə istər Kəlbəcər,
istərsə də digər istiqamətlərdə
- şərti sərhəddə
yüksəklikləri ələ
keçirməyə çalışırdılar.
Bütün xəritələrdə
həmin yüksəkliklər
Azərbaycana məxsusdur
və Azərbaycan da həmin yüksəkliklərdə
möhkəmlənərək bunu
bir daha sübut etdi", - deyə deputat əlavə edib.
A.Nağıyev Azərbaycanın
bundan da ciddi tədbirlər görə biləcəyini
qeyd edərək bildirib ki, təxribatların
qarşısının alınması
Ermənistanın özləri
haqqında yaratdığı
mifi bir daha darmadağın etdi. Bildilər ki, hər bir
təxribatın layiqli
cavabını verəcəyik.
Antiterror əməliyyatları
ermənilərin törətdiyi
təxribatların qarşısını
almaq üçün
atılan adekvat addımlar idi.
Deputat hesab edir ki, ermənilər
bundan ciddi nəticə çıxarmalıdırlar.
Çünki "Qətiyyətli
cavab" əməliyyatı
zamanı Ermənistan
bir daha şahidi oldu ki, heç bir təzyiq, heç bir qüvvə Azərbaycana bu prosesdə maneə ola bilməz. Hətta ermənilər cidd-cəhdlə
Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının
üzvü kimi Rusiyanı və digər dövlətləri
Azərbaycana qarşı
cəlb etməyə çalışsalar da, buna nail ola
bilmədilər: "Bir daha göstərdik
ki, Azərbaycanın heç bir dövlətin torpağında
gözü yoxdur, lakin bizim ərazilərimizə
qarşı atılan
hər bir təxribatın qarşısı
layiqincə alınacaq.
Düşünürəm ki, ötən ilin sentyabr döyüşləri
Azərbaycan Ordusunun keçirdiyi ən mühüm əməliyyatlardan
biri idi".
"Ermənistan təxribatlarından
əl çəkməzsə,
keçən il aldığı cəzanı
təkrarən çəkəcək"
Hərbi ekspert
Ədalət Verdiyev bildirib ki, Ermənistanın
ötən il törətdiyi təxribatları
bu il bir
qədər fərqli
formada təkrar etməsi dərin təəssüf doğurur.
Düşmən tərəfindən
keçən il təxribatlar zamanı ərazilərimizə minaların
düzülməsi ilə
bu il itlər
vasitəsilə idarəolunan
minaların göndərilməsi
arasında mahiyyətcə
böyük fərq yoxdur: "Ermənistanın
törətdiyi hər
bir təxribatın məqsədi Azərbaycan
tərəfində itkilərin
sayını artırmaq,
azad etdiyimiz ərazilərimizə qayıdış
prosesini ləngitmək
və beynəlxalq ictimaiyyətin diqqətini
sülh danışıqlarından
yayındırmaqla daha
çox baş verən toqquşmalara yönləndirməkdən ibarətdir".
Ekspert vurğulayıb
ki, Azərbaycanla Ermənistan arasında gərginlik, demək olar ki, son
vaxtlar maksimum həddə çatıb.
Düşmənin təxribatları
Azərbaycan tərəfinin
səbir kasasını
daşdırıb. Əgər
Ermənistan tərəfi
fəaliyyətində ciddi
korreksiyalar etməzsə,
təxribatlarından əl
çəkməzsə, keçən
il qarşılaşdığı
ağrılı-acılı nəticələri təkrarən
onlara xatırlatmalı
olacağıq.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 14 sentyabr.-
S.6.