Azərbaycan öz
ərazilərində heç
vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Torpaqlarımızın
işğal altında
olduğu dövrdə
Prezident İlham Əliyev tərəfindən
səslənən bu fikir Vətən müharibəsində möhtəşəm
bir formada öz təsdiqini tapdı. Bu müharibə, Azərbaycanın
zəfəri Ermənistanın
və dünya erməniliyinin bədnam niyyətini birdəfəlik
gözlərində qoydu.
Həyat əlamətlərinin
olmadığı ərazi
Hazırda Azərbaycan
dövlətinin əsas
prioritetlərindən biri
Qarabağın erməni
sakinlərinin cəmiyyətimizə
reinteqrasiyasıdır. Lakin
həmin sakinlər Rusiya sülhməramlılarının
müvəqqəti nəzarətində
olan Azərbaycan ərazilərində hələ
də qalan separatçıların girovuna
çevriliblər. Məhz
separatçıların təsiri
və təzyiqi ilə Qarabağ ermənilərinin Azərbaycan
cəmiyyətinə reinteqrasiyası
ilə bağlı təşəbbüslər hələ
ki nəticə vermir.
Digər tərəfdən,
Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdikləri
Azərbaycanın Qarabağ
bölgəsindəki erməni
separatizmi bu ərazinin "boz zona"ya çevrilməsinə
səbəb olub.
"Boz zona" dedikdə qanunsuz və separatçı silahlı dəstələrin,
mərkəzi hakimiyyətə
tabe olmayan qüvvələrin, terror
qruplaşmalarının fəaliyyət
göstərdikləri ərazilər,
dövlətin nəzarətindən
kənar yerlər nəzərdə tutulur.
"Boz zona" elə bir ərazidir
ki, burada dövlətin qanunları
və ya beynəlxalq hüquq işləmir. Belə yerlər, terrorçuluğun,
separatçılığın, qlobal narkoticarətin, silah və insan
qaçaqmalçılığının
elementləri hesab olunur.
Müasir tariximizdə
"boz zona"lara bir sıra ölkələrdə
rast gəlmək mümkündür. Reallıq
ondan ibarətdir ki, "boz zona"
həmişə zülmət
içərisində olub.
Çünki buradakı
həyat əlamətləri
həmin ərazilərdə
yerləşmiş separatçılar,
terrorçular və ya qanunsuz silahlı
dəstələr tərəfindən
məhv edilir. Rusiya sülhməramlılarının
müvəqqəti nəzarətində
olan Azərbaycanın
Qarabağ bölgəsi
də "boz zona"nın nümunəsidir.
Erməni separatizmi burada bütün həyat əlamətlərini
məhv edib. Separatçılar Qarabağdakı
erməniləri əllərində
girov saxlayır, qanunların işləmədiyi
bu ərazidən hər cür məqsədlər üçün
istifadə edirlər.
Separatçıların və terrorçuların
sonlarının çatacağı
gün uzaqda deyil
Bir vaxtlar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini "boz zona"ya çevirmişdi.
Mahiyyətində terrorçuluq
olan erməni separatçıları bu
ərazilərdən hər
cür çirkin məqsədlər üçün
istifadə edirdilər.
Heç bir qanunun işləmədiyi,
nəzarətin olmadığı
bu ərazilər narkotik maddə və silah qaçaqmalçılığı
üçün münbit yer idi. Azərbaycanın İranla sərhədinin
130 kilometrindən artıq
bir hissəsi onların əlində idi.
Vətən müharibəsindəki
qələbə sayəsində
həmin ərazilərin
əsl və əzəli sahibləri geri döndülər. Ermənilərin "boz zona"ya çevirdiyi bu ərazilər indi yenidən canlanır, yaraları sağalır.
İşğaldan azad
edilmiş bütün
ərazilərimizdə həyat
yenidən öz axarına düşməkdədir.
Vətən müharibəsi
göstərdi ki, əraziləri "boz zona"ya çevirənləri,
burada meydan sulayanları məhv etmək və həmin torpaqları laləzara döndərmək
mümkündür. Azərbaycan
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan öz ərazisində hansısa bir "boz zona"nın olmasını qəbul etməyəcək: "Kimlərsə
düşünürlər ki, onlar mövcud
şəraiti olduğu
kimi davam etdirəcəklər və
bu separatist statusunda yaşamaqda davam edərək və bu qeyri-qanuni
rejimin mövcudluğunu
təmin edəcəklər,
bu, baş verməyəcəkdir".
Rusiya sülhməramlılarının
müvəqqəti nəzarətində
olan Azərbaycan ərazilərindəki separatçıların
və terrorçuların
da sonlarının çatacağı gün
uzaqda deyil. Azərbaycan dövləti
Qarabağdakı "boz
zona"nın da rəngini dəyişəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.-
14 sentyabr.- S.6.