Beynəlxalq Anadolu Günlərində Azərbaycanı Şirvan şəhəri təmsil edib

 

Ankaranın Etimesgut Bələdiyyəsi türk dünyasında qardaşlıq, birlik mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtmaq üçün türkdilli dövlətləri təmsil edən mədəniyyət nümayəndələrinin iştirakı ilə "Beynəlxalq Anadolu Günləri 25" adlı növbəti  Mədəniyyət İncəsənət Festivalı təşkil etmişdir.

Etimesgut Bələdiyyəsi ilə Şirvan Şəhər Bələdiyyəsinin 2011-ci ilin iyul ayından etibarən qardaşlaşmış bələdiyyələr olaraq möhkəm əlaqələri var. Odur ki,  hər il olduğu kimi, bu il festivalın sonuncu günündə keçirilən Azərbaycan gecəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Bələdiyyəsi mədəniyyət işçilərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.

Respublikanın Xalq artistləri Gülyaz Gülyanaq Məmmədovalar Şirvan şəhərinin incəsənət nümayəndələri milli mədəniyyətimizi əks etdirən xalq rəqsləri musiqili proqramla çıxış etmiş, milli atributlarımızı özündə əks etdirən eksponantlar milli mətbəx nümunələrimiz nümayiş olunmuşdur. Festivalda Azərbaycanın Türkiyədəki fövqəladə səlahiyyətli səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək bu cür festivalların təşkilinin geniş bir coğrafiyada məskunlaşmış türkdilli xalqların bir-birinin zəngin mədəniyyətini daha yaxşı tanıması baxımından böyük əhəmiyyət kəsb etdiyini, Azərbaycanın belə tədbirlərə böyük önəm verərək hər zaman fəal iştirak etdiyini diqqətə çatdırmışlar.

Aynur Fərzəliyeva Şirvan şəhər rəhbərliyinin bütün şirvanlıların salamlarını xoş arzularını Etimesgut Bələdiyyəsinin rəhbərliyinə festival iştirakçılarına çatdıraraq göstərilən doğma münasibətə görə təşəkkürünü bildirmiş 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış "Zəfər abidəsi"nin xatirə hədiyyəsini Etimesgut Bələdiyyəsinin başkanı Ənvər Dəmirələ təqdim etmişdir.

 

S.CAVADOV,

Azərbaycan.-2023.- 14 sentyabr.- S.7.