Ağalıda
daha 25 ailəyə evlərinin açarları
təqdim olunub
Bu gün səhər saatlarında Bakı şəhərindən
köç karvanı
ilə Zəngilan rayonunun Ağalı kəndinə yola düşən 123 nəfərdən
ibarət olmaqla 25 ailə öz doğma yurduna çatıb.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, kəndə qədəm qoyan ailələr Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin əməkdaşları,
həmçinin digər
rəsmi şəxslər
və Ağalıya daha öncə köçən ailələr
tərəfindən böyük
coşqu ilə qarşılanıb. Daha sonra ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlərə mənzillərin
açarı təqdim
edilib və ailələr yeni evlərində yerləşiblər.
Bununla da Böyük Qayıdış
layihəsi çərçivəsində
Zəngilan rayonunun Ağalı kəndinə
ümumilikdə 133 ailənin,
649 nəfərin məskunlaşması
təmin olunub.
Yeni köçürülən
ailələr müvafiq
qurumlar tərəfindən
peşə ixtisaslarına
və bacarıqlarına
uyğun şəkildə
işlə təmin ediləcəklər. Onlar
müxtəlif dövlət
qurumlarında, ictimai iaşə obyektlərində,
tikinti şirkətlərində,
tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur. Hazırda Ağalı kəndinə növbəti ailələrin köçürülməsi də planlaşdırılır və bu məqsədlə hazırlıq işləri görülür.
Azərbaycan.-2023.- 14 sentyabr.- S.4.