Azərbaycan və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsirlik
qardaşlıq münasibətləri
bağlayır
Azərbaycan Prezidenti İlham Əliyevin
Tacikistana səfəri
Sentyabrın 14-də Düşənbədə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Tacikistan Respublikasının
Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü
olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı İlham
Əliyevi salamlayan Prezident Emoməli Rəhmon dedi:
-Hörmətli İlham
Heydər oğlu, Sizi Tacikistanda salamlayıram. Elə bu yaxınlarda biz birlikdə Sizin Tacikistana dövlət səfərinizi
həyata keçirdik.
Sizə ölkəmizdə
xoş vaxt keçirməyi arzu edirəm. Sammitdə - Mərkəzi Asiya Dövlət Başçılarının
Məşvərət görüşündə
iştirak etmək üçün dəvətimizi
qəbul etdiyinizə görə sağ olun.
Prezident İlham
Əliyev: Emoməli Şaripoviç, sağ olun. İlk növbədə, bu mühüm tədbirdə
fəxri qonaq qismində iştirak etmək üçün dəvətinizə görə
təşəkkürümü bildirmək istərdim. Mən bunu çox
yüksək qiymətləndirirəm.
Belə mühüm tədbirdə iştirak etmək mənim üçün böyük
şərəfdir və
xüsusilə yenidən
gözəl Düşənbə
şəhərində olmaq
xoşdur.
Prezident Emoməli
Rəhmon: Sağ olun.
Prezident İlham Əliyev:
Siz mənim çox uğurla və yaxşı nəticələrlə keçən
dövlət səfərimi
qeyd etdiniz. Mən dialoqumuzu davam etdirmək məqsədilə Sizin üçün
əlverişli vaxtda Azərbaycana dövlət
səfəri etməyinizlə
bağlı artıq Sizə rəsmi məktub göndərmişəm.
Prezident Emoməli
Rəhmon: Çox Sağ olun.
Azərbaycan.-2023.- 15 sentyabr.-
S.2.