Düşənbədə
Mərkəzi Asiya Dövlət Başçılarının
5-ci Məşvərət görüşü
keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə
fəxri qonaq qismində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyevin
Tacikistana səfəri
Sentyabrın 14-də Düşənbədə Mərkəzi
Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü
keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev görüşdə fəxri
qonaq qismində iştirak edib.
Tacikistan Prezidenti
Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını
qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Tacikistan Prezidenti
Emoməli Rəhmon qonaqları salamlayaraq dedi: Azərbaycan Respublikasının Prezidenti,
hörmətli İlham
Heydər oğlu Əliyev sammitimizin işində fəxri qonaq qismində iştirak edir. Sizi salamlayıram.
X X X
Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev çıxışında vurğuladı:
Fəxri qonağımızı,
Azərbaycan Respublikasının
Prezidenti İlham Heydər oğlu Əliyevi xüsusi olaraq salamlamaq istəyirəm. Qardaş Azərbaycanın liderinin iştirakı xalqlarımızın
çoxəsrlik dostluq
tellərinin və qarşılıqlı anlaşmanın
hərtərəfli möhkəmlənməsinə
yönəlmiş səmimi
səylərinin göstəricisidir.
Əminəm ki,
bugünkü sammit həqiqətən əlamətdar
olacaq və çoxplanlı əməkdaşlığımızın
gələcək dinamikasını
müəyyən edəcək.
X X X
Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında
qeyd etdi: Fürsətdən istifadə
edərək mən də Azərbaycan Respublikasının Prezidenti,
hörmətli İlham
Heydər oğlu Əliyevi salamlamaq istəyirəm.
X X X
Türkmənistan Prezidenti
Sərdar Berdiməhəmmədov
çıxışında bildirdi: İcazə verin, mən də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət
görüşündə fəxri qonaq qismində iştirak edən hörmətli İlham Heydər oğlunu salamlayım.
X X X
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev dövlətimizin başçısının
tədbirdə iştirakını
yüksək qiymətləndirərək
dedi: Azərbaycan Respublikasının Prezidenti,
hörmətli İlham
Heydər oğlu Əliyevi bizim görüşümüzdə görməkdən şadam.
Sizin iştirakınız
region ölkələrinin
Azərbaycan ilə dərin tarixi qarşılıqlı əlaqələrinin
və əməkdaşlığın
hazırkı yüksək
səviyyəsinin daha
bir təsdiqidir.
Ölkələrimizin gələcək nəqliyyat
potensialını artırmaq
məqsədilə sahə
nazirlərin görüşləri
çərçivəsində Mərkəzi Asiyanın nəqliyyat və tranziti haqqında sazişlər hazırlamasını,
Çin, Cənubi Asiya və Yaxın
Şərq ölkələrinə,
Avropa İttifaqına
çıxış üçün
səmərəli nəqliyyat
dəhlizlərinin konkret
mexanizmlərinin biznes
üçün sərfəli
keçid tarifləri
tətbiq edilməklə
yaradılmasını, nəqliyyat
xidmətlərinin liberallaşdırılması
üzrə tədbirlər
planının tərtib
edilməsini, icazə
prosedurlarının optimallaşdırılmasını,
beynəlxalq daşımaların
inteqrasiyalı rəqəmsal
platformalarının yaradılması
məsələsinin nəzərdən
keçirilməsini, azərbaycanlı
tərəfdaşlarımızın birgə işimizə fəal qoşulmasını
təklif edirəm.
X X X
Sonra çıxış
üçün söz
dövlətimizin başçısına
verildi.
Prezident İlham
Əliyevin çıxışı
-Hörmətli Emoməli
Şaripoviç.
Hörmətli dövlət
başçıları, əziz
dostlar.
Əvvəlcə Mərkəzi
Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün
işində fəxri
qonaq kimi iştirak etmək məqsədilə dəvətə
görə Tacikistan Prezidenti, hörmətli Emoməli Şaripoviç
Rəhmona təşəkkür
etmək istərdim. Eyni zamanda, bu
tədbirdə Azərbaycanın
iştirakına verdikləri
dəstəyə görə
hörmətli həmkarlarıma
minnətdarlığımı bildirirəm.
Mən bu il qardaş Tacikistana ikinci dəfə səfər edirəm. Apreldəki dövlət səfərim,
səfər çərçivəsində
qəbul olunmuş qərarlar və imzalanmış sənədlər
münasibətlərimizin strateji
xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini
səbirsizliklə gözləyirik.
Əminəm ki, səfər əlaqələrimizin
daha da möhkəmləndirilməsinə
xidmət edəcək.
Bu fürsətdən
istifadə edərək
dost Tacikistan xalqını Müstəqillik
Günü münasibətilə
təbrik etmək istəyirəm.
Azərbaycanı və
Mərkəzi Asiya ölkələrini xalqlarımızın
çoxəsrlik qardaşlıq
münasibətləri bağlayır.
Ortaq mədəni köklər dövlətlərarası
əlaqələrin möhkəm
bünövrəsini təşkil
edir.
Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli
formatda fəal şəkildə qarşılıqlı
fəaliyyət aparırıq,
bir-birimizin müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü
dəstəkləyirik, iqtisadi
əlaqələri fəal
şəkildə inkişaf
etdiririk. Mərkəzi
Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası
və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə
malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Mən Məşvərət
Şurasının işində
ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın
bu formatı ölkələrimizin və
xalqlarımızın daha
da yaxınlaşmasına
zəmin yaradacaq.
Son iki il ərzində mən Mərkəzi Asiya dövlətlərinə
doqquz səfər etmişəm. Bu müddət ərzində
bütün qardaş
dövlətlərin başçıları
Azərbaycana dəfələrlə
səfərlər ediblər.
İlin sonuna qədər qarşılıqlı
səfərlərin fəal
dinamikası davam etdiriləcək.
İkitərəfli əməkdaşlığın mühüm meyarlarından
biri qarşılıqlı
ticarətin və sərmayələrin artımıdır.
Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər
davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi
3 dəfədən çox,
bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.
Birgə sərmayə
fondları yaradılıb,
növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin
həcmi razılaşdırılıb.
Biz artıq sənaye əməkdaşlığı,
maşınqayırma, avtomobil
sənayesi, gəmiqayırma,
kənd təsərrüfatı,
xüsusən də pambıqçılıq, ipəkçilik,
bağçılıq və
heyvandarlıq sahələrində
çoxsaylı layihələri
həyata keçiririk.
Mehmanxana işi və turizm sahəsindəki sərmayə
layihələri ilk icra mərhələsindədir.
Biz Mərkəzi Asiyadan olan şirkətlərin
bu yaxınlarda Azərbaycanda yaradılmış
Ələt Azad İqtisadi Zonasına marağını görürük.
Nəqliyyat və
logistika sahəsi münasibətlərimizdə mühüm
yer tutur. Azərbaycan Mərkəzi
Asiya ölkələri
üçün Türkiyə
və Avropa bazarları istiqamətində
etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də
az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər
ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır.
Şərq-Qərb marşrutu
ilə yükdaşımalarına
artan tələbatı
təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars
dəmir yolu tərəfimizdən müasirləşdirilir.
Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər
artırılacaq. Buna
paralel olaraq, Bakı Ticarət Limanının imkanları
bugünkü 15 milyon
tondan 25 milyon tona qədər artırılır.
Azərbaycan Xəzərdə
50-dən artıq gəmidən
ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük
göndərənlərin artan
tələbatını nəzərə
alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi
üzərində fəal
çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə
6 gəmidən 10-15 gəmiyə
qədər artacaq.
Daha böyük
həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını,
tənzimləyici və
gömrük prosedurlarının
sadələşdirilməsini və ahəngdarlığını
təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının
və daşımalar
prosesinin iştirakçıları
üçün bərabər
şərtlərin təmin
edilməsində mühüm
meyarlardan biri Şərq-Qərb nəqliyyat
dəhlizinin rəqəmsallaşdırılmasıdır.
Ölkələrimiz arasında əməkdaşlığın
yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş
və üzərində
fəal çalışdığımız
“Rəqəmsal İpək
Yolu” layihəsidir.
Hörmətli həmkarlar,
bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün
Xüsusi Proqramı –
SPECA-nın yaradılmasının
25 ili tamam olur. Mən dəyərli dövlət
başçılarına rəsmi
dəvətləri göndərmişəm
və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmnun olaram.
Bu gün keçirilən görüşə
dəvətə görə
bütün dövlət
başçılarına bir
daha təşəkkürümü
bildirmək istəyirəm
və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh, əmin-amanlıq arzu edirəm.
Diqqətinizə görə
təşəkkür edirəm.
X X X
Prezident Emoməli
Rəhmon çıxışına
görə dövlətimizin
başçısı İlham
Əliyevə təşəkkür
etdi.
X X X
Çıxışlardan sonra BMT-nin Baş
katibi Antonio Quterreşin videomüraciəti
təqdim olundu.
Daha sonra Məşvərət görüşünün
Birgə Bəyanatı
imzalandı.
X X X
Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib.
Azərbaycan.-2023.- 15 sentyabr.- S.2-3.