Milli Məclisin sədri Sahibə Qafarova Macarıstan
Prezidenti Katalin Novak ilə
görüşüb
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki, görüşdə Katalin Novak ailə dəyərlərinə
böyük önəm
verən Macarıstanın
təşəbbüsü ilə keçirilən
5-ci Budapeşt Demoqrafik
Sammitində Azərbaycanın
iştirakının mühüm
əhəmiyyət kəsb
etdiyini vurğulayıb.
Ölkələrimiz arasında
münasibətlərin yüksək
səviyyədə olduğunu
bildirən Katalin Novak qarşılıqlı
səfərlərin bu
əlaqələrin daha
da inkişafına təkan
verdiyini diqqətə
çatdırıb. O, ölkələrimizin
müxtəlif istiqamətlərdə
uğurlu əməkdaşlığını
qeyd edib.
Prezident Novak xalqımızın
zəngin milli-mənəvi
dəyərlərə malik olduğunu vurğulayaraq qeyd edib ki, macar
xalqı kimi, Azərbaycan xalqı da ailə dəyərlərinə
çox böyük önəm verir.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan
Prezidenti İlham Əliyevin
salamlarını Macarıstan
Prezidentinə çatdırıb.
Sammitin çox
mühüm beynəlxalq
forum olduğunu bildirən
S.Qafarova əlavə edib ki, Azərbaycan Macarıstanın
cəmiyyətin əsas
vahidi kimi ailələri qorumaq və dəstəkləmək
səylərini yüksək
qiymətləndirir.
Milli Məclisin sədri həm dövlət başçısının, həm
də Baş nazir Viktor Orbanın
ailə dəyərləri
haqqında fikirlərinə
toxunaraq bildirib ki, Azərbaycanın və Macarıstanın bu mövzuda mövqeləri üst-üstə düşür,
bu məsələlərdə
birlikdə fəaliyyət
göstərmək vacibdir.
“Ailə dəyərləri
Azərbaycan cəmiyyəti
üçün çox
önəmlidir və
dövlətin himayəsindədir.
Azərbaycan və Macarıstanın dövlət
başçıları arasında
ailə dəyərlərinin
qorunması sahəsində
beynəlxalq əməkdaşlığın
inkişafı barədə
fikir mübadiləsi aparıldığı da xatırlanıb.
Görüşdə diqqətə
çatdırılıb ki, Azərbaycan və macar xalqları oxşar ailə dəyərlərini bölüşür”,
- deyə o qeyd edib.
Görüşdə, həmçinin
ölkələrimiz arasında
əməkdaşlıq gündəliyinin
kifayət qədər
zəngin olduğu ifadə olunub. Vurğulanıb ki, ölkələrimiz
arasında iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı,
turizm, təhsil və digər sahələrdə fəal
əməkdaşlıq mövcuddur.
Sahibə Qafarova ölkələrimiz
arasında strateji tərəfdaşlıq və
dostluq əlaqələrinin
inkişaf etdiyini bildirib. Eyni zamanda, qeyd olunub
ki, parlamentlərimiz bir
çox beynəlxalq parlament təşkilatları
çərçivəsində yaxşı səviyyədə
əməkdaşlıq edir.
Görüşdə qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında da fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-2023.- 15 sentyabr.-
S.4.