Boz
zona tezliklə quruculuq məkanına çevriləcək
Azərbaycan öz ərazisində erməni separatizminin mövcudluğuna imkan verməyəcək
44 günlük Vətən
müharibəsində erməni
faşizmini məhvə
məhkum edən Azərbaycanın postmüharibə
dövründə milli
maraqlarının təmin
olunması istiqamətində
həm siyasi, diplomatik, həm də hüquqi baxımdan ardıcıl və qətiyyətli addımlar atması bir daha dünyaya
nümayiş etdirdi ki, ölkəmiz heç zaman öz ərazisində erməni separatizminin kök salmasına imkan verməyəcək.
Azərbaycanın suveren
ərazilərində ikinci
erməni dövləti
qurmaq kimi sərsəm xülyalar quran təcavüzkar Ermənistanın da, xəstə ideologiyalı
erməni lobbisinin də, bəzi qərəzli xarici ölkə və təşkilatların da ölkəmizə "humanitar"
təzyiqlər göstərərək
torpaqlarımızda "boz
zona" yaratmaq kimi çirkin planları gözlərində
qalacaq.
Qarabağ məsələsi
birdəfəlik həll
olunub
2020-ci il noyabrın
8-də Şuşa zəfəri
ilə Qarabağ məsələsini birdəfəlik
həll edən ölkəmiz 2023-cü il
aprelin 23-də Laçında
sərhəd-buraxılış məntəqəsi qurmaqla
suveren ərazilərinin
bütövlüyünə tam nail oldu.
Qarabağın Azərbaycan
ərazisi olması həqiqətinə həm
işğal dövründə,
həm də ondan sonrakı dövrdə dünya şahidlik etdi.
Belə olmasa idi, BMT TŞ 1992-ci ildə
Ermənistanın işğal
etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz
tərk etməsi ilə bağlı 4 qətnamə qəbul etməzdi...
2023-cü ildə Beynəlxalq
Ədalət Məhkəməsi
Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmasını
Azərbaycanın qanuni
haqqı olduğunu təsdiqləməzdi...
O da məlumdur
ki, "Qarabağ Azərbaycandır" gerçəyi
Ermənistanın baş
naziri Nikol Paşinyan tərəfindən
sülh prosesi çərçivəsində keçirilən üçtərəfli
görüşlərdə dəfələrlə etiraf
edilib...
Ermənistan Azərbaycana
qarşı ərazi iddiasından əl çəkməlidir
Bütün bu
faktlara baxmayaraq, Ermənistan hələ də öz silahlı tör-töküntülərini
Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
Qarabağ ərazisindən
çıxarmayıb və
44 günlük müharibənin
üzərindən ötən
müddətdə separatçı
rejimə açıq
dəstək verib.
2023-cü il aprelin
23-nə qədər Laçın
yolundan hərbi xuntaya silah-sursat daşımaq, Azərbaycana
qarşı təxribatlar
törətmək üçün
istifadə edən Ermənistanın bu tarixdən etibarən Azərbaycanın həmin
yolda sərhəd-buraxılış
məntəqəsi qurması
nəticəsində, sözün
əsl mənasında,
əl-qolu bağlandı.
Azərbaycanın Laçın
yoluna alternativ olaraq Xankəndi-Ağdam yolunu təklif etməsi, Rusiya Qırmızı Xaç
Cəmiyyəti tərəfindən
göndərilən yük
avtomobilinin Azərbaycanla
əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsi və Qarabağın erməniəsilli sakinlərinə
humanitar yüklərin
çatdırılması isə Ermənistanın dünyaya göstərdiyi
"aclıq şousu"na
son qoydu.
Ümumiyyətlə, Azərbaycan dövləti
Qarabağda yaşayan
erməni sakinlərin
reinteqrasiyası ilə
bağlı ardıcıl
və əməli addımlar atır.
Lakin Ermənistan
təcavüzkar siyasət
yürütməsindən hələ
də əl çəkmək niyyətində
deyil və bu yaxınlarda Qarabağda keçirilən
qondarma seçkiləri
dəstəklədiyini açıq
dilə gətirməsi
ilə İrəvan Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini
isbat etdi. Ermənistan bu siyasətinə son qoymalıdır. Əks təqdirdə bu, ona baha başa
gələcək.
Erməni sakinlər
xuntanın girovluğundadır
Ermənistan bəzi
beynəlxalq dəstəkçilərinə
güvənərək Azərbaycan
ərazilərində "boz
zona" yaratmaq kimi çirkin plan qurur.
Bu terminin mənası qanunsuz və separatçı silahlı dəstələrin,
mərkəzi hakimiyyətə
tabe olmayan qüvvələrin, terror
qruplaşmalarının fəaliyyət
göstərdikləri ərazilər,
dövlətin nəzarətindən
kənar yerlər deməkdir.
"Boz zona"da
nə dövlətin qanunları, nə də beynəlxalq hüquq işləmir və belə yerlər terrorçuluğun,
separatçılığın, qlobal narkoticarətin, silah və insan
qaçaqmalçılığının
tüğyan etdiyi məkan hesab olunur.
Nə yazıq
ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi
Azərbaycanın Qarabağ
bölgəsi də
"boz zona"ya çevrilib. Erməni separatizminin at oynatdığı bu ərazidə hərbi xuntaçılar sadə sakinləri əllərində
girov kimi saxlayıblar və onlardan qara əməlləri
üçün sui-istifadə
edirlər. Separatçılar
qanunların işləmədiyi
bu ərazidən çirkin məqsədləri
üçün istifadə
edirlər.
Onu da vurğulayaq ki, işğal ərəfəsində
Ermənistan tərəfindən
torpaqlarımızın 20 faizi
"boz zona"ya çevrilmiş, bir həyat nişanəsi belə qoymadıqları bu yerlərdə haylar hər cür qanunsuz əməllərlə məşğul
olmuşdular.
44 günlük müharibədə
Azərbaycanın torpaqlarını
işğaldan azad etməsi Qarabağ və Şərqi Zəngəzuru "boz zona" olmaqdan xilas
etdi. İndi başdan-başa yaşıllaşan
bu yerlər həyatın dirçəliş
ünvanına çevrilib.
"Boz zona"da status-kvonu saxlamaq
səmərəsiz strategiyadır
Azərbaycan Prezidentinin
köməkçisi - Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev sentyabrın
13-də "X" sosial şəbəkəsində
bununla bağlı yazıb ki, "Biz sentyabrın
1-də Azərbaycan Prezidenti
İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni
Blinken arasında telefon
danışığı zamanı
razılaşdırıldığı kimi, Beynəlxalq Qırmızı Xaç
Komitəsinin (BQXK) yük
maşınları üçün
Ağdam-Xankəndi və
Laçın-Xankəndi yollarının
sürətlə və
eyni vaxtda açılmasını təmin
etmək üçün
BQXK ilə işi davam etdiririk.
Prezidentin köməkçisi
qeyd edib ki, həmin vaxtdan 12 gün keçsə də, Ermənistanın tabeliyində olan qeyri-qanuni rejim yolları açmaqdan imtina edir: "Biz beynəlxalq tərəfdaşlarımızı
səylərini ikiqat artırmağa, Ermənistana
və onun qeyri-qanuni marionet rejiminə
bu destruktiv siyasətə son qoymaq üçün təzyiq
göstərməyə çağırırıq.
"Boz zona"da status-kvonu
saxlamaq və humanitar məsələləri
qəsdən silaha çevirmək onların
səmərəsiz strategiyasıdır".
Göründüyü kimi, Ermənistanın hazırkı
mənfur niyyəti Rusiya sülhməramlı
qüvvələrinin müvəqqəti
yerləşdiyi Qarabağ
bölgəsində separatizmə
dəstək verməkdir.
Lakin Azərbaycan Ermənistan və onun qondarma
rejiminə heç
zaman imkan verməyəcək
ki, beynəlxalq hüquqla
tanınan ərazisində
"boz zona" yaratsın.
Dövlətimiz bununla
bağlı istənilən
fəaliyyətin qarşısını
qətiyyətlə alacaq.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
15 sentyabr.- S.5.