Xuntanın
xülyası məhvə
məhkumdur
Azərbaycan ərazilərində "boz
zona"nın yaradılması
mümkün deyil
Aylardır Laçın
yolunun bağlı, Qarabağdakı ermənilərin
"blokada"da olması,
"humanitar fəlakət"in
yaradılması uydurması
ilə dünyaya səs salmağa çalışan Ermənistan
həmişəki kimi
öz xislətiylə
özünü ifşa
etdi.
"Humanitar böhran"dan
dəm vuraraq Azərbaycanın göndərdiyi
ərzaq yükünü
günlərdir qəbul
etməyən, ancaq Rusiyadan gələn yükü iki gün sonra qəbul edib anbarlara yığan, eləcə də aprel ayından təklif olunan Ağdam-Xankəndi yolundan
imtina edən Hayastan bir daha
saxtakarlığını dünyaya göstərdi.
Hazırda Qarabağdakı
xunta nə yolun işləməsinə
imkan verir, nə də Azərbaycanın göndərdiyi
yükləri istəyir.
Məqsədləri isə
Laçın yolunda Azərbaycanın heç
bir nəzarətinin olmaması, həmin ərazilərdə "boz
zona"nın yaradılmasıdır.
Həmçinin Qarabağda
qalan qeyri-qanuni hərbi birləşmələrin
orada gərginliyi saxlamağa davam etməsi, son zamanlar təxribatlarını
intensivləşdirərək mövqelərimizi müxtəlif
istiqamətlərdən atəşə
tutması, fortifikasiya
qurğuları qurmağa,
mövqelərimizə yaxınlaşmağa
cəhdləri də təsdiq edir ki, rəsmi İrəvan sülh sazişini imzalamamaq üçün bu yollara əl atır.
"Ərazi bütövlüyü
məsələsində güzəşt
yoxdur"
Milli Məclisin
deputatı Aydın Mirzəzadə qəzetimizə
açıqlamasında deyib
ki, Qarabağda hər hansı humanitar böhran mövcud deyil, bunu Ermənistan və xaricdəki erməni lobbiçiləri
məqsədli şəkildə
yalan kimi ortaya atıblar. Məqsədləri Azərbaycana
təzyiq göstərmək,
öz maraqlarına uyğun nəyəsə nail olmaqdır: "Ermənistan ötən əsrin 90-cı illərində
Azərbaycanda gərgin
daxili vəziyyətdən
istifadə edərək
torpaqlarımızın bir
hissəsini işğal
etdi. Hesab etdi ki, bununla
özünün "böyük
Ermənistan" yaratmaq
ideyasının bir hissəsini həyata keçirdi. Gələcəkdə
Azərbaycanla bağlı
yeni işğal planları da var idi, bunu
heç gizlətmirdilər
də. Ancaq Azərbaycanın güclənməsi
və Prezident İlham Əliyevin apardığı uğurlu
siyasət nəticəsində
torpaqlarımızın işğaldan
azad edilməsi ermənilərin istəklərinin
reallaşmasına imkan
vermədi. Bununla belə, Ermənistanın
bütün siyasi dairələrinin beynində
Azərbaycan torpaqlarına
qarşı iddia qalmaqdadır". Bu, yanlış düşüncədir.
Deputatın fikrincə,
Ermənistanın baş
nazirinin Azərbaycanın
ərazi bütövlüyünü
tanımasına, ölkəmizlə
normal münasibətlər
qurmaq istədiyini bildirməsinə baxmayaraq,
faktiki olaraq ölkəmizə qarşı
təxribat planları
davam edir. Ermənilər gah Laçın dəhlizi məsələsini BMT Təhlükəsizlik
Şurasına çıxarırlar,
gah Azərbaycanla sərhəd yaxınlığında
metallurgiya zavodu tikmək istəyirlər,
gah da Qafan
aeroportunu işə salaraq Azərbaycanın hava məkanını pozmağa cəhd edirlər. Bu da göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlarından əl
çəkmir. Separatçılar
ərazilərimizdə "boz zona" yaradaraq Azərbaycan qanunlarının işləyə
bilməyəcəyi şəraiti
yaratmağa çalışırlar.
Amma Ermənistan rəhbərliyi yalnış
yoldadır: "Azərbaycan
öz müstəqilliyini
kifayət qədər
möhkəmləndirib və
hüquqlarını çox
yaxşı bilir. Heç bir halda ərazi bütövlüyümüzü güzəştə getməyəcək,
başqalarının diktəsi
altında yaşamayacağıq".
Deputat qeyd edib ki, bunu
Azərbaycanın ildən-ilə
artan nüfuzu, qətiyyəti, Prezident İlham Əliyevin bu məsələdə xalqımızın istəklərini
və maraqlarını
əks etdirən siyasəti və fəaliyyəti göstərir.
"İşğaldan azad
olunmuş ərazilərdə
məskunlaşma getdikcə
artır. Artıq iki mindən çox sakin həmin ərazilərdə
yaşayır. İlin
sonuna kimi isə bu rəqəm
bir neçə dəfə artacaq. İnsanlar dədə-baba
torpaqlarına böyük
həvəslə qayıdırlar.
Bu, Azərbaycan xalqının torpağına
bağlılığını göstərir. Ermənistan
Azərbaycanın real
gücünü qəbul
etmək məcburiyyətindədir.
Çünki haylar Azərbaycanın öz hüquqlarından geri çəkilmədiyini və
törətdikləri hər
təxribatlara qarşı
dəfələrlə artıq
cavab aldıqlarını
bilirlər. Ermənistan
Azərbaycana qarşı
düşmənçilik, qərəzli siyasətinə
qarşı həmişə
sərt, layiq olduğu cavabı alacaq", - deyə A.Mirzəzadə əlavə
edib.
Separatçıların "niyyəti" gözlərində
qalacaq
Milli Məclisin
deputatı Azər Badamov bildirib ki, "boz zona"lar
sivil qanunlar işləməyən və
müəyyən dairələrin
müəyyənləşdirdiyi qaydalarla idarə olunan bir ərazidir.
"Boz zona"larda yaşayan insanlar müəyyən qrup separatçı və ya terrorçuların əsirinə çevrilərək
onların çirkin planlarının icraçıları
olurlar. Belə zonalar dünyanın ayrı-ayrı qitələrində
mövcuddur. Məsələn,
Latın Amerikasında,
Kolumbiyada "FARC" üsyançı
hərəkatlarının nəzarətində, Peruda
Sendero Luminoso (Parlaq Yol), Boliviyanın
bəzi bölgələrində
"boz zona"lar var. Oxşar transmilli təhlükələr
digər regionların
"boz zona"larında
da mövcuddur. "Boz zonalar"dan gələn əsas transmilli təhlükələr
narkotiklərin qanunsuz
dövriyyəsi, silah
ticarəti, terror təşkilatlarının filiallarının
və separatizm ocaqlarının fəaliyyətinin
mərkəzi olması
ilə bağlıdır.
Azərbaycan da uzun illər belə təhlükə ilə üzləşmiş
ölkələr sırasındadır.
Ermənistan Azərbaycan
torpaqlarını işğal
altında saxladığı
30 ildə bu əraziləri "boz zona"ya çevirmişdi.
İşğalda da
10 min kvadratkilometrdən
çox ərazidə
sivil qanunlar işləməyib. Bu yerlər müəyyən
qruplaşmaların gəlir
mənbəyinə çevrilib.
Həmin ərazilərdə
uzun illər narkotik bitkilər becərilib, silahlı terror qruplaşmalar hazırlanıb, qanunsuz silah ticarəti həyata keçirilib. Digər tərəfdən,
Asiya ölkələrindən
gətirilən narkotik
vasitələr İrandan
keçirilərək Ermənistanın
nəzarəti altında
olan bu torpaqlara
daşınıb və
sonra da Avropa, o cümlədən
MDB ölkələrinə göndərilib. Təəssüf
ki, dünya birliyi qlobal təhlükə mənbəyinə
çevrilən "boz
zona"nın aradan qaldırılması üçün
qətiyyətli addımlar
atmayıb.
A.Badamov qeyd edib ki, uzun
illər yerüstü
və yeraltı sərvətlərin talanmasından,
narkotik və silah ticarətindən böyük gəlir qazanmağa öyrəşmiş
separatçılar bu
gəlir mənbəyini
əlindən buraxmaq istəmirlər. Hər vasitə ilə "boz zona"nı qorumağa çalışırlar.
Onlar Laçın yolu adlandıran bir ərazini də "boz zona"ya çevirərək
Qarabağda ermənilərin
yaşadıqları ərazilərdə
öz çirkin niyyətlərini davam etdirməyi düşünürlər.
Təbii ki, Azərbaycan dövləti
özünün suveren
ərazisində belə
zonanın qalmasına
imkan verməyəcək.
Xankəndidə sivil
dövlət qanunlarının
işləmədiyini və
orada yaşayan erməniəsilli sakinlərin
separatçıların girovuna
çevrildiyini deyən
deputat vurğulayıb
ki, bu şəhər
beynəlxalq maraqların
toqquşduğu ərazi
kimi özünü büruzə verir. Bu ərazidə hazırda Rusiya sülhməramlıları fəaliyyət
göstərirlər. Fransa
bunu həzm edə bilmir və hər vasitə ilə Qarabağdakı separatçıları
öz təsiri altına salmağa çalışır. Təbii
ki, geosiyasi konfliktlərə səbəb
olan bu ərazi
Azərbaycanın suverən
torpaqları olduğundan
heç kimə öz ərazisində geosiyasi maraqlarını həyata keçirməyinə
və separatçılığın
davam etdirilməsinə
dəstək verilməsinə
imkan verməyəcək.
Laçın yolunda sərhəd-keçid məntəqəsi
qurulana qədər bu yol nəzarətsiz
olub və separatçılar tərəfindən
cinayət məqsədləri
üçün istifadə
edilib. Ermənistan Xankəndi və onun ətrafındakı ərazilərə qanunsuz
daşımaları davam
etdirmək üçün
müxtəlif yollara əl atsa da,
bütün cəhdləri
iflasa uğradı və Azərbaycanın istəyinə uyğun Xankəndiyə humanitar daşımalar üçün
Ağdam-Xankəndi yolu
açıldı. Azərbaycan
Qarabağdakı erməni
sakinlərin taleyinə
də biganə qalmır. Ona görə də ölkədaxili bütün
təminat yolları Qarabağ sakinləri üçün açıq
elan edilib və dövlət bu ərazilərdə yaşayan mülki sakinlərin təminatlarını
həyata keçirməyə
hazır olduğunu bəyan edib.
A.Badamov
bir daha vurğulayıb ki, Azərbaycan öz ərazisində "boz zona"nın qalması ilə heç vaxt barışmayacaq:
"Bu ərazilərdə
konstitusion hüquqlarımız
bərpa olunmalı, separatçılardan və
qeyri-qanuni silahlılardan
təmizlənməlidir. Azərbaycan
dövləti bu məsələlərlə bağlı
Qarabağda yaşayan
separatçılara hələ
ki xəbərdarlıq
edir. Amma separatçılar qanunlarımıza
tabe olmasa və erməni sakinlərin reinteqrasiyasına
maneçilik törətməkdə
davam etsə, antiterror əməliyyatının
keçirilməsi qaçılmaz
olacaq. Qarabağdakı
separatçılar və
onları maliyyələşdirən
Ermənistan bilməlidirlər
ki, əgər əks-terror əməliyyatı
keçirilərsə, heç
kimə güzəşt
olunmayacaq və bütün cinayətkarlar
ittiham kürsüsünə
çıxarılacaq. Ona
görə də ermənilər və onları ruhlandıranlar mövcud reallığı
tez qəbul etməli və proseslərin dinc yolla başa çatmasına hazır olduqlarını bildirməlidirlər".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
15 sentyabr.- S.5.