Hikmət
Hacıyev: Ermənistanın
daxilində vəziyyətin
dəyişməsini istəməyən
güclü qüvvələr
var
Ermənistanın daxilində
vəziyyətin dəyişməsini
istəməyən güclü
qüvvələr var.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Azərbaycan
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyevin “Politico” nəşrində
dərc edilmiş “Qafqazda sülhün bərqərar edilməsi üçün hər iki tərəfə diqqət yetirin” sərlövhəli məqaləsində
yer alıb.
Məqalədə diqqətə
çatdırılıb ki,
Azərbaycan hökuməti
Qarabağda yaşayan
ermənilərə Laçından
daha yaxın və sürətli yollarla qida və
dərman tədarükünü
dəfələrlə təklif
edib. Azərbaycanın
təklif etdiyi bu yollar Avropa
İttifaqı, ABŞ və
Beynəlxalq Qırmızı
Xaç Komitəsi tərəfindən məqbul
hesab olunub. Bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinken də hər iki yolun dərhal
və eyni vaxtda açılmasına
çağırış edib. Ancaq beynəlxalq
mediada yayılan xəbərlərin tam fərqli olduğu vurğulanıb.
Diqqətə çatdırılıb ki, beynəlxalq ictimaiyyət və media üçün yalnız Ermənistanın qonşu Azərbaycanda yaşayan etnik ermənilərə tək və monoetnik yolla tədarük göndərməli olduğu ideyası nədənsə məqbul görünür: “Bizə deyirlər, bu ona görədir ki, bu münaqişə digərlərindən fərqlidir, bizim tariximizə görə ermənilər eyni ölkədə azərbaycanlılarla yanaşı yaşaya bilmirlər. Lakin həm bizim keçmişimiz, həm də bu günümüz bizə bunun doğru olmadığını öyrədir. 1990-cı illərin müharibəsindən əvvəl azərbaycanlılar və ermənilər Qarabağda birlikdə, dinc şəkildə yanaşı yaşayıblar. Bu gün Azərbaycanda 30 minlik güclü yəhudi icması yaşayır. Yevangelist xristian icması böyüyür. Gürcülər, ruslar, ukraynalılar bugünkü çoxmillətli və çoxdinli ölkəni formalaşdırır. Bu, Qarabağdakı ermənilərə də şamil olunmalıdır. Lakin Ermənistanda güclü qüvvələr var ki, vəziyyətin dəyişməsini və ya bu hekayənin tam danışılmasını istəmirlər”.
Azərbaycan.-2023.-
15 sentyabr.- S.1.