Entoni
Blinken Prezident İlham Əliyevə
zəng edib
Sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti
zamanı Azərbaycanın
Qarabağ bölgəsində
hazırkı vəziyyət
ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı
Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın
Qarabağ bölgəsindəki
birləşmələrinin kəşfiyyat-diversiya qrupları
tərəfindən terror
məqsədilə əvvəlcədən
minaların quraşdırılması,
nəticədə mülki
şəxslərin və
polis əməkdaşlarının
həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan
və müxtəlif çaplı atıcı
silahlardan atəşə
tutulması faktlarını
qeyd edib.
Prezident İlham
Əliyev Azərbaycanın
Qarabağ bölgəsində
sentyabrın 9-da qondarma
“prezident seçkiləri”nin
keçirilməsi də
daxil olmaqla, bu hərəkətlərin
Azərbaycanın suverenliyinə
qarşı Ermənistanın
və onun yaratdığı və dəstəklədiyi qondarma
separatçı qurumun
məqsədyönlü təxribatlarının
davamı olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti
bildirib ki, bu kimi təxribatçı
və təhrikçi
əməllərin qarşısının
alınması üçün
Azərbaycan bölgədə
lokal xarakterli antiterror tədbirlərinə
başlamalı olub.
Dövlətimizin başçısı
vurğulayıb ki, antiterror tədbirlərinin
həyata keçirilməsi
zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır,
yalnız legitim hərbi hədəflər
sıradan çıxarılır.
Reinteqrasiya məsələlərini
müzakirə etmək
üçün Azərbaycan
Prezidentinin Administrasiyası
tərəfindən ölkəmizin
Qarabağ bölgəsində
yaşayan erməni sakinlərinin nümayəndələrinin
bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi,
bununla belə lokal xarakterli antiterror tədbirlərinin
davam etdiyi vaxtda onların bir daha dialoqa
dəvətin edildiyi diqqətə çatdırılıb.
Dövlətimizin başçısı
silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını
deyib.
ABŞ Dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib.
Azərbaycan.-2023.- 21 sentyabr.- S.1.