BP Azərbaycanda olan tərəfdaşlarla əməkdaşlıqda maraqlı qətiyyətlidir

 

Prezident İlham Əliyev bp şirkətinin İdarə Heyətinin sədrini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə BP şirkətinin hasilat əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.

Söhbət zamanı 20 sentyabr – “Əsrin müqaviləsi”nin imzalandığı günün önəmi qeyd edildi, bunun ölkəmizin inkişaf tarixində çox mühüm bir səhifə olduğu vurğulandı. Prezident İlham ƏliyevƏsrin müqaviləsi”nin imzalandığı Azərbaycanda neft işçilərinin peşə bayramı kimi qeyd edilən Neftçilər Günündə bu görüşdə BP şirkətinin rəhbərliyinin, həmçinin tarixi müqavilənin birbaşa iştirakçısı uzun illər BP şirkətinin rəhbəri olan Lord Con Filip Braunun iştirakını yüksək qiymətləndirərək, Azərbaycan ilə şirkət arasında həyata keçirilən uzunmüddətli sıx, səmərəli strateji əməkdaşlığın tarixinə toxundu. Dövlətimizin başçısı bunu investorlar investisiya qoyulan ölkə arasında olan əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi bu əməkdaşlığın qarşılıqlı inam, etimad faydaya əsaslandığını məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanın keçdiyi çətin tarixi sınaq dövründə ölkədə iqtisadi inkişaf yolunun əsasının qoyulmasında 1994-cü ildə imzalananƏsrin müqaviləsi”nin xüsusi rolunu vurğuladı.

Ölkəmizin sosial-iqtisadi nailiyyətlərində neft-qaz sektorunun xüsusi önəminə toxunan dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü iştirakı ilə həyata keçirilmiş nəzərdə tutulan regional qlobal miqyaslı layihələrdən danışdı.

BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun “Əsrin müqaviləsi”nin imzalandığı həmin çətin dövrdə məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi sayəsində investisiya qoyuluşu üçün mövcud risklərin dəf edildiyini beləliklə bunun nəticəsində bu mühüm müqavilənin imzalandığını böyük məmnunluqla xatırladı. Şirkətin nümayəndələri ölkəmizin mürəkkəb dövründəƏsrin müqaviləsi”nin Ümummilli Liderin qətiyyətli məharətli siyasəti nəticəsində ərsəyə gəldiyini vurğuladılar, Azərbaycanın enerji ehtiyatlarının inkişafında bu müqavilənin rolundan bəhs etdilər.

Onlar qeyd etdilər ki, müasir dövrdə Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə yaradılan infrastruktur böyük töhfə verib irimiqyaslı layihələrin qısa müddətdə həyata keçirilməsini şərtləndirib. Vurğulandı ki, ölkəmizdə icra olunan layihələrdə tətbiq edilən mühəndislik, ətraf mühitin qorunması digər standartlar BP-nin fəaliyyət göstərdiyi dünyanın digər bölgələrindəki standartlar səviyyəsindədir ya onlardan da üstündür. Bu da ölkəmizin neft-qaz sahəsində zəngin insan kapitalının mövcudluğu hesabına mümkün olub.

Azərbaycanın dünyanın ən qədim neft-qaz sənayesinə malik olduğunu deyən qonaqlar bu sənayenin ən müasir səviyyəyə çatdırılmasında ölkəmizin beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığına strateji baxışına toxundular.

Söhbət zamanı BP şirkətinin Azərbaycanda neft-qaz enerji sahələrində gələcək layihələrdə maraqlı olduğu vurğulandı, yeni sərmayə qoyuluşu imkanları müzakirə edildi. Qlobal enerji keçidi nəzərə alınaraq, BP-nin Azərbaycanda olan tərəfdaşlarla, o cümlədən SOCAR ilə əməkdaşlıqda, yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsində maraqlı qətiyyətli olduğu bir daha diqqətə çatdırıldı.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Sonda Lord Con Filip Braun Ulu Öndərlə olan xatirə fotosunu dövlətimizin başçısına təqdim etdi.

 

Azərbaycan.-2023.- 21 sentyabr.- S.3.