Şarl Mişel Prezident İlham Əliyevə zəng edib
Sentyabrın 20-də Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti
zamanı regiondakı
vəziyyət barədə
fikir mübadiləsi aparılıb.
Şarl Mişel
regionda baş vermiş hadisələrdən
narahatlığını ifadə
edib.
Prezident İlham
Əliyev Ermənistan
silahlı qüvvələrinin
Azərbaycanın Qarabağ
bölgəsindəki birləşmələrinin
dünən terror aktları törətdiklərini,
nəticədə polis
əməkdaşlarının və mülki şəxslərin həlak
olduğunu bildirib, buna cavab olaraq
Azərbaycanın lokal
xarakterli antiterror tədbirləri görməli
olduğunu qeyd edib.
Dövlətimizin başçısı
bu gün antiterror tədbirlərinin
dayandırılması ilə
bağlı əldə
edilmiş razılaşmaya
toxunaraq, Ermənistan silahlı qüvvələrinin
bölmələrinin Qarabağdan
çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı
yerə qoymasının
və tərk-silah edilməsinin, Yevlaxda keçiriləcək görüşün
müsbət addım
olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Yevlax
görüşündə Azərbaycan Respublikasının
Konstitusiyası və
qanunları əsasında
Qarabağ ermənilərinin
hüquqları və
öhdəlikləri ilə
əlaqədar, o cümlədən
onların mədəni,
dini, bələdiyyə
və digər hüquqları ilə bağlı məsələlər
müzakirə ediləcək.
Dövlətimizin başçısı
bildirib ki, bunu Azərbaycan öz daxili işləri kontekstində
həyata keçirir.
Azərbaycan Prezidenti
regional sülh gündəliyinin dəstəklənməsinin
əhəmiyyətinə toxunub,
birtərəfli addımların
atılmasının tamamilə
əks effekt yarada biləcəyini deyib. Dövlətimizin başçısı vurğulayıb
ki, əldə edilmiş nəticələr
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların
da irəli aparılmasına müsbət
təsir göstərəcək.
Avropa İttifaqı Şurasının Prezidenti antiterror tədbirlərinin dayandırılmasını müsbət hal kimi qiymətləndirib, atəşkəs rejiminin təmin olunacağına ümidvarlığını ifadə edib. Şarl Mişel, həmçinin Yevlaxda keçiriləcək görüşü də müsbət dəyərləndirib.
Azərbaycan.-2023.- 21 sentyabr.- S.2.