Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə
son vəziyyətə
dair brifinq keçirilib
Sentyabrın 20-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar
üzrə nümayəndəsi
Elçin Əmirbəyov
və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində
Azərbaycan Respublikasında
akkreditə olunmuş
diplomatik korpus üçün brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinq
zamanı aşağıdakı
əsas məqamlar diqqətə çatdırılıb:
• Sentyabrın 19-da Azərbaycanın
Qarabağ bölgəsindəki
erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı
hərbi təxribatlar
və terror hücumları törədib.
• Erməni kəşfiyyat-diversiya
qrupları tərəfindən
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış
minaların partlaması
nəticəsində mülki
şəxslər və
Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının hərbi
qulluqçuları həlak
olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan
və müxtəlif çaplı atıcı
silahlardan atəşə
tutulub. Nəticədə,
Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
• Sentyabrın 19-da Azərbaycanın
Qarabağ bölgəsində
qanunsuz yerləşdirilmiş
erməni silahlı qüvvələrinin növbəti
terror aktı nəticəsində Ağdam
və Şuşa şəhərlərində müvafiq
olaraq iki mülki əməkdaş
həlak olub.
• Erməni silahlı
qüvvələrinin döyüş
mövqelərini gücləndirməsi
və bölmələrini
yüksək döyüş
hazırlığı səviyyəsinə
gətirməsi Azərbaycan
Ordusunun bölmələri
tərəfindən təsbit
edilib.
• Sadalanan amillər
fonunda, Qarabağ iqtisadi rayonunda yerləşdirilmiş erməni
silahlı qüvvələrinin
təxribatların qarşısının
alınması, habelə
Üçtərəfli Bəyanatın
müddəalarının icrasının
təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin
tərk-silah edilərək
ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
dinc əhali, o cümlədən ərazidə
aparılan bərpa-quruculuq
işlərinə cəlb
olunmuş mülki işçilər və hərbi qulluqçularımızın
təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun
bərpa edilməsi məqsədilə bölgədə
lokal xarakterli antiterror tədbirlərinə
başlanılıb.
• Görülən tədbirlər
çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin
ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri,
eləcə də hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.
• Antiterror tədbirləri
müstəsna olaraq qanunsuz hərbi birləşmələri və
hərbi infrastrukturu hədəf alıb. Mülki əhali və obyektlərə heç bir halda hücum edilməyib. Bununla bağlı hər hansı iddia əsassız və qəbuledilməzdir.
• Ermənistan silahlı
qüvvələrinin birləşmələri
tərəfindən yaşayış
yerlərinin yaxınlığında
hərbi infrastrukturun yerləşdirilməsini nəzərə
alaraq, Azərbaycan ərazidə olan mülki əhalini hərbi obyektlərdən
kənar durmağa çağırıb. Mobil SMS xidməti, səsgücləndirici
texniki vasitələr
və məlumat vərəqələri vasitəsilə
Azərbaycanın Qarabağ
bölgəsinin erməni
sakinləri müvafiq
olaraq məlumatlandırılıb.
• Azərbaycan Respublikasının
qanunlarına və beynəlxalq humanitar hüququn normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət
verilən inzibati, sosial, təhsil, tibbi, dini və
digər obyektlərin
mühafizə və müdafiəsi təşkil
olunub.
• Əhalinin təhlükəli
ərazidən təxliyəsini
təmin etmək üçün Laçın
yolu üzərində
və digər istiqamətlərdə humanitar
dəhliz və qəbul məntəqələri
yaradılıb.
• Azərbaycan tərəfi
2020-ci il noyabrın
10-da imzalanmış Üçtərəfli
Bəyanatın müddəalarına
zidd olaraq Azərbaycanın Qarabağ
bölgəsindəki Ermənistan
silahlı qüvvələrinin
birləşmələrinin mövcudluğunu davam etdirməsinin regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olduğunu dəfələrlə bəyan
edib.
• Bölgədə sülhə
və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın
Qarabağ bölgəsindən
qeyd-şərtsiz və
tamamilə çıxarılması,
qondarma rejimin buraxılmasıdır.
• Azərbaycanın suveren
ərazilərində beynəlxalq
hüquqa zidd olaraq istənilən hərbi mövcudluq regional sülh və təhlükəsizliyə
ciddi təhdiddir və Azərbaycanın hərəkətləri müstəsna
olaraq bu qanunsuz qüvvələrin
sıradan çıxarılmasına
və qondarma rejimin buraxılmasına yönəlib.
• Qarabağın erməni
sakinlərinin nümayəndələrinin
Rusiya sülhməramlı
kontingenti vasitəsilə
müraciətini nəzərə
alaraq, tam atəşkəs haqqında
razılaşma əldə
olundu və 2023-cü
il sentyabrın 20-də
saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
• Razılaşmaya əsasən,
Azərbaycan Respublikasının
Qarabağ bölgəsində
yerləşən Ermənistan
silahlı qüvvələrinin
birləşmələri, qeyri-qanuni
erməni silahlı dəstələri silahı
yerə qoymalı, döyüş mövqelərindən
və hərbi postlardan çıxmalı
və tam şəkildə tərk-silah
olunmalıdır.
• Razılaşmanın icrası Rusiya sülhməramlı kontingenti
ilə əlaqələndirilmiş
şəkildə həyata
keçiriləcəkdir.
• Sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində reinteqrasiya məsələlərini müzakirə etmək üçün görüş keçiriləcək.
Azərbaycan.-2023.- 21 sentyabr.- S.1-3.