“Dəmir
yumruğ”un ağıllandırma tədbirləri
Erməni diversiya
qruplarının törətdiyi
mina terroru nəticəsində polislərin
və mülki şəxslərin həlak
olması Azərbaycanın
səbir kasasını
daşdırdı!
"Dəmir yumruq"
yenidən işə düşdü:
Qarabağ bölgəsində
qanunsuz yerləşdirilmiş
Ermənistan silahlı
birləşmələrinin təxribatlarına kəskin
və qətiyyətli,
birdəfəlik cavab vermək üçün!
HƏM DƏ:
* Məğlublar sülhə
gəlmədiklərinə, imzaladıqları bəyanatlara,
verdikləri vədə
əməl etmədiklərinə
görə!
* Separatizm əməllərindən
əl çəkmədiklərinə,
sərsəm "miatsum"
"ideyası"nı beyinlərindən
çıxarmadıqlarına görə!
* Azərbaycan cəmiyyətinə
reinteqrasiyadan qəsdən
boyun qaçırdıqlarına, Qarabağdakı
separatçı rejimin
erməniləri murdar
niyyətlərinin girovuna
çevirdiyinə görə!
Ən nəhayət,
yenidən havadarlarına,
müxtəlifsəviyyəli müdafiəçilərinə güvənməklə Azərbaycana,
onun Konstitusiyasına meydan oxuduqlarına görə!
Bu dəfə də ağlını itirənləri ağıllandırmaq
üçün hədəfə
yönələn dəqiq
zərbələr, göydən
od yağdıran PUA-lar işə salındı.
Söz xəbərdarlıqları
əməli tədbirlərə çevrildi!
***
Lokal xarakterli antiterror
tədbirləri başlayan
kimi "köhnə ssenarilər" də işə salındı!
Qanuni hüquqlarından
istifadə edərək
ölkə daxilindəki
separatizmə son qoymaq niyyətini gerçəkləşdirən Azərbaycana informasiya müharibəsi açılaraq
diplomatik oyunlara başlanıldı!
Özünə və beynəlxalq
hüquqa güvənən
Azərbaycan isə hər kəsin cavabını kəskin və qətiyyətlə
verdi!
Azərbaycanın Xarici
İşlər Nazirliyi
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını rədd
edərək pislədiyini
bildirdi:
"Fransa rəsmiləri,
Milli Assambleyası və
Senatı Azərbaycana qarşı bəyanatlar verilməsi və sənədlərin
qəbulunda
Ermənistandan daha
fəal çıxış
edirlər.
Fransanın islamofob
və anti-Azərbaycan
siyasəti, onun daxili işlərimizə qəbuledilməz
müdaxiləsi göstərir
ki, Fransa regiondan nə qədər uzaq olsa, region
üçün bir o
qədər yaxşı
olar".
Avropa İttifaqının
xarici işlər və təhlükəsizlik
siyasəti üzrə
ali nümayəndəsi, ermənipərəst
Cozef Borrel də təhriflərlə dolu bəyanatının cavabını
aldı:
"Azərbaycanın suveren ərazilərində
beynəlxalq hüquqazidd
olan hər hansı hərbi mövcudluq
regional sülhə və təhlükəsizliyə
ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları
bu qanunsuz qüvvələrin çıxarılmasına
və qondarma rejimin buraxılmasına yönəlib. Azərbaycan
dinc erməni sakinlərə hücum etmir və bu
barədə istənilən
iddia əsassız və qəbuledilməzdir".
Artıq bütün
dünya və dünya liderləri də bilirlər ki, Azərbaycan qarşısına hədəf
qoyduğu və açıq şəkildə
bəyan etdiyi məqsədinə çatmayanadək dayanmayacaqdır!
Müzəffər Ali
Baş Komandan İlham
Əliyev sözünün və imzasının sahibidir!
Başqalarından da
bunu gözləyir və tələb edir!
Paşinyanın günlərlə
davam edən yalvar-yaxarı, onun-bunun dabanını yalaması və son nəticədə 44
günlük müharibədə
hərbi əməliyyatların
dayanması Rusiya Prezidenti V.Putinin zəmanəti ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli
Bəyanatın imzalanması
sayəsində gerçəkləşdi!
Quyruğu qapı
arasından çıxan
Paşinyan çox keçmədən nala-mıxa
vurmağa, öhdəliklərindən
müxtəlif bəhanələrlə
boyun qaçırmağa,
hətta Rusiyaya dirsək göstərməyə
başladı!
2020-ci ilin noyabrından
keçən təqribən
3 illik dövr ərzində:
* Üçtərəfli Bəyanatın tələblərinə,
xüsusən 4-cü və
9-cu bəndlərə əməl
etmədi;
* Gic-gic şərtlər
irəli sürməklə
sülh müqaviləsini
imzalamadı;
* İran və Hindistan
vasitəsilə silahlanaraq
revanşist çıxışlara
və əməllərə
yol verdi;
* Dəqiq mina xəritələrini Azərbaycana
təqdim etmədi,
2021-ci il istehsalı olan minaları
gizlin şəkildə ölkəmizə
daşıyaraq
mina terroruna başlatdı;
n Qarabağdakı separatçı
rejimi, habelə qeyri-qanuni silahlı birləşmələri Ermənistan
büdcəsi hesabına
maliyyələşdirməkdə davam etdi;
* Qondarma "Dağlıq
Qarabağ Respublikası"nın
"ildönümü"nə təbrik məktubu göndərdi, separatçı
rejimdə yenidən "prezident" seçkiləri keçirilməsini
dəstəklədi;
* "Humanitar şou"lar
təşkil edərək
Azərbaycanın əleyhinə
böhtan kampaniyasını
başlatdı;
* Ağdam-Xankəndi yolunun işə düşməsinə, erməniəsilli
Azərbaycan vətəndaşlarının
reinteqrasiyasına maneçilik törətdi;
* Azərbaycan ərazisinin
sistemli şəkildə
atəşə tutulmasına,
hərbi eskalasiyanın artmasına
təkan verdi;
* Yeni səngərlər
və mühəndis qurğuları yaradaraq hərbi əməliyyatlara
hazırlığa başlatdı;
* Qarabağda bərpa
və quruculuq işləri aparanlara real təhdid və təhlükələr
yaratdı;
* Azərbaycana qarşı
ərazi iddialarından
əl çəkmədi!
Ermənistan tərəfindən
tam dəstək alan Qarabağdakı separatçı rejim yenidən "miatsum"
hərəkatına başlayaraq
Azərbaycana meydan oxumaq yolunu tutdu!
Bütün bu
hərəkət və
əməllərlə, əslində,
Azərbaycana yenidən "dəmir
yumruğ"unu
işə salmaqdan özgə yol qoymadı!
***
Sülh danışıqları
müxtəlif formatlarda
baş tutdu və Azərbaycan sülhlə bağlı heç bir təşəbbüsü diqqətdən
kənarda saxlamadı.
Qalib ölkə
olsaq da, sülh təşəbbüsü
ilə biz çıxış etdik
və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan beş şərtimizi irəli sürdük.
Ermənistan əvvəlcə
danışıqları uzatdı,
sonra biabırçı
məğlubiyyətə uğramış
tərəf olduğunu "unudaraq" nəinki bəyanatlardakı
razılaşmaları yerinə
yetirmədi, əksinə,
özü müxtəlif "şərtlər"
irəli sürməyə
başladı!
Lokal xarakterli antiterror tədbirlərinə
start verən Azərbaycan isə həmişəki kimi məqsəd və hədəflərini açıq-aşkar
söylədi.
Azərbaycan Xarici
İşlər Nazirliyinin
19 sentyabr tarixli bəyanatında deyilir:
"Qarabağ iqtisadi
rayonunda erməni silahlı qüvvələri
tərəfindən gözlənilən genişmiqyaslı
təxribatların qarşısının
alınması, habelə
üçtərəfli Bəyanatın müddəalarının
icrasının təmin
olunması, Ermənistan
silahlı qüvvələrinin
birləşmələrinin tərk-silah edilərək
ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
dinc əhali, o cümlədən ərazidə
aparılan bərpa-quruculuq
işlərinə cəlb
olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin
təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə
bölgədə lokal
xarakterli antiterror tədbirlərinə
başlanılıb".
Müdafiə Nazirliyinin
açıqlamasında antiterror
tədbirlərinin icra
prinsipləri əksini
tapıb:
"Üçtərəfli Bəyanatın müddəalarının
təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların
qarşısının alınması,
Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərk-silah edilərək
ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə
cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin
təmin olunması və Azərbaycan Respublikasının Konstitusuya quruluşunun bərpa edilməsi məqsədilə
bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb".
"Dəmir yumruğ"un
hədəfləri də aşkar şəkildə
göstərilib:
"Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli
atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksəkdəqiqlikli
silahların tətbiqi
ilə sıradan çıxarılır".
Eyni zamanda mülki
əhaliyə
ziyan dəyməməsi üçün qabaqlayıcı
tədbirlər də
görülüb, bununla
bağlı onlara SMS xidməti vasitəsilə
xüsusi müraciət ünvanlanmış, məlumat vərəqələri paylanmışdır:
"Yaşayış yerlərinin yaxınlığında
atəş vasitələrinin Ermənistan
silahlı qüvvələrinin birləşmələri
tərəfindən yerləşdirilməsini nəzərə
alaraq, ərazidə olan mülki əhalini hərbi obyektlərdən
kənar durmağa və Ermənistan silahlı qüvvələrinin
birləşmələrinə dəstək olmamağa çağırırıq".
Təkcə xəbərdarlıqlarla
kifayətlənməyərək qadınlar, qocalar, uşaqlar, habelə fiziki
məhdudiyyətli şəxslər və xəstələrə tibbi
yardım təşkil
olunmuş, onlar içməli su və ərzaqla
təmin edilmişlər.
Əhalinin təhlükəli
ərazilərdən təxliyəsi
üçün Laçın
yolu üzərində
və digər istiqamətlərdə humanitar
dəhliz və qəbul məntəqələri
də yaradıldı.
Tədbirlərin gedişi
barədə Rusiya sülhməramlı kontingentinin
komandanlığı, habelə
Rusiya-Türkiyə Birgə
Monitorinq Mərkəzinin
rəhbərliyi müntəzəm
surətdə məlumatlandırıldı.
***
Səbrin və
dözümün də
həddi olur!
Azərbaycan kifayət
qədər gözlədi,
səbir etdi!
Lokal antiterror tədbirlərinin başa
çatmasının şərtləri
isə Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
tərəfindən açıqlandı:
* Qanunsuz erməni
silahlı dəstələri
ağ bayraq qaldırmalı!
* Bütün silahlar təhvil verilməli!
* Qanunsuz separatçı
rejim özünü buraxmalıdır!
Bu yolda sarsılmaz milli birlik nümayiş etdirən Azərbaycan xalqı və cəmiyyəti
Müzəffər Ali
Baş Komandanın arxasında möhkəm dayandı, 44 günlük
möhtəşəm sınaqdan
zəfərlə çıxan
ordumuz isə qarşısına qoyulan vəzifəni sonadək, uğurla yerinə yetirdi!
***
44 günlük Vətən
müharibəsində olduğu
kimi, Azərbaycan Ordusu lokal antiterror
tədbirlərini də
ən qısa müddətdə başa
çatdırdı.
Qeyri-qanuni erməni
terrorçu birləşmələrinin
təslim olması barədə razılıq
əldə olundu!
Şərtləri də
yenə Azərbaycan tərəfi diktə etdi:
1. Azərbaycan Respublikasının
Qarabağ bölgəsində
yerləşən Ermənistan
silahlı qüvvələrinin
birləşmələri, qeyri-qanuni
erməni silahlı dəstələri silahı
yerə qoyur, döyüş mövqelərindən
və hərbi postlardan çıxır
və tam şəkildə tərk-silah
olunurlar. Ermənistan silahlı qüvvələrinin
birləşmələri Azərbaycan
ərazilərini tərk
edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə
bütün silah-sursat
və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd
olunan proseslərin Rusiya sülhməramlı
kontingenti ilə əlaqələndirilmiş şəkildə
həyata keçirilməsi
təmin edilir.
Beləliklə, "dəmir yumruğ"un ağıllandırma tədbirləri
uğurla, qələbə
ilə başa çatdı!
Bəxtiyar
SADIQOV
Azərbaycan.-2023.- 21 sentyabr.-
S.5.