Hikmət
Hacıyev: Qarabağda
qanunsuz erməni birləşmələrinin silahsızlaşdırılması
hərbi mütəxəssislər
tərəfindən həyata
keçiriləcək
Qarabağın mülki
əhalisinin nümayəndələri
olan şəxslərlə
Azərbaycanın Yevlax
şəhərində görüşməyə
hazır olduğumuzu bir daha ifadə
edirik. Bu, Azərbaycanın təşəbbüsüdür.
Təəssüflər olsun
ki, bu təşəbbüsü
bir neçə ay bundan öncə
də yerinə yetirmək olardı. Amma onlar hər
bir vəchlə, müxtəlif bəhanələrlə
bu pozitiv gündəliyin həyata keçirilməsinə imkan
vermirdilər və problemlər yaradırdılar.
AZƏRTAC xəbər verir ki, bu
sözləri jurnalistlərə
açıqlamasında Azərbaycan
Respublikası Prezidentinin
köməkçisi - Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev söyləyib.
O deyib: “Azərbaycanın
mövqeyi ondan ibarətdir ki, regional məsələlər
regionda həll edilməlidir. Azərbaycan
bu gündəliyin tərəfdarıdır. Digər
ölkələrin özləri
arasındakı geosiyasi
rəqabəti və problemləri Cənubi Qafqaza daşımalarına
ehtiyac yoxdur. Onsuz da Cənubi
Qafqaz regionu uzun illərdir münaqişələrdən, təhlükələrdən əzab
çəkib. Ermənistan
da regionda bu kimi siyasətlərin
həyata keçirilməsində
alət olmamalıdır.
Təəssüflər olsun
ki, Ermənistan bu kimi funksiyaları
yerinə yetirməyə
bir çox hallarda niyyətli görünür. Ermənistanın
Azərbaycana qarşı
həyata keçirdiyi
hibrid müharibə son dövrlərdə istər media müstəvisində, istər
diplomatik cəbhədə
və real olaraq yerdə özünü göstərməkdədir.
Qeyri-sülh gündəliyinin
bütün komponentləri
üzrə, yəni, Azərbaycan-Ermənistan sülh
müqaviləsi, sərhədlərin
delimitasiyası və
nəqliyyat xətlərinin
açılması məsələləri
üzrə tamamilə
qeyri-konstruktiv bir mühit yaranıb. Bunun da günahkarı
Ermənistan tərəfidir”.
H.Hacıyev bildirib ki, Ermənistanın üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin tərkib hissələrindən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi. Amma Ermənistan bu öhdəliyini də yerinə yetirmir və hər bir vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir. Qarabağda olan qanunsuz erməni birləşmələrinin silahsızlaşdırılması hərbi mütəxəssislər tərəfindən yerində həyata keçiriləcək. Onun işçi mexanizmlərinin hazırlanması aparılır.
Azərbaycan.-2023.- 21 sentyabr.- S.2.