Polkovnik
Anar Eyvazov: Lokal xarakterli antiterror tədbirlərinin
dayandırılması barədə
razılıq əldə
olunub
Sentyabrın 20-də Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün
növbəti brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat
xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə Azərbaycan Respublikasının
Silahlı Qüvvələri
tərəfindən Qarabağ
iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri barədə
indiyədək olan məlumatları diqqətə
çatdırıb.
Bildirib ki, tədbirlər çərçivəsində
qarşı tərəfə
məxsus növbəti
hərbi təyinatlı
texnika, döyüş
mövqeləri və
sığınacaqlarının zərərsizləşdirilməsi həyata keçirilib. Bununla bağlı videomateriallar mütəmadi
olaraq ictimaiyyətə
təqdim olunub.
Bu saata olan məlumata əsasən Ermənistan silahlı qüvvələri
birləşmələrinin tərtibləndiyi 90-dan artıq
döyüş mövqeyi,
eləcə də bir neçə strateji əhəmiyyətli
yüksəklik Silahlı
Qüvvələrimizin nəzarətinə
keçirilib. Eyni zamanda, qarşı tərəfə məxsus
7 ədəd hərbi
nəqliyyat vasitəsi,
4 ədəd minaatan,
1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını
(PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin
bölmələri tərəfindən
qənimət olaraq ələ keçirilib.
Qeyd olunub ki, silah-sursatı tükənən Ermənistan
silahlı qüvvələri
birləşmələrinin hərbi qulluqçuları
pərakəndə şəkildə
təşviş içində
döyüş mövqelərini
tərk edirlər. Bu faktlar təqdim
etdiyimiz videoda da əksini tapıb.
Tədbirlər zamanı
Ermənistan tərəfinin
mütəmadi olaraq müxtəlif məzmunlu yalan məlumatlar yaydığını söyləyən
Anar Eyvazov ictimaiyyətə, media mənsublarına və sosial media istifadəçilərinə
qarşı tərəfin
dezinformasiyalarına əhəmiyyət
verməməyi və
Müdafiə Nazirliyi
tərəfindən paylaşılan
rəsmi məlumatlara
istinad etməyi tövsiyə edib.
Diqqətə çatdırıb
ki, lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi günlərdə bəzi sosial media hesablarında Silahlı Qüvvələrimizə
yardım adı altında əhaliyə çağırışlar edilir.
Vətəndaşlardan müxtəlif
yardım kampaniyalarına
qoşulmaqla pul və ərzaq istənilir. Müdafiə
Nazirliyi rəsmi olaraq vətəndaşları
belə çağırışlara
reaksiya verməməyi
tövsiyə edib.
Məlumat verilib
ki, Silahlı Qüvvələrimizin maddi-texniki
bazasının möhkəmləndirilməsi,
həmçinin ərzaq
və digər təminatın daha da yaxşılaşdırılması
üçün bütün
zəruri işlər
görülüb, bölmələrimizin
istənilən şəraitdə
normalara uyğun və fasiləsiz təminatı istiqamətində
zəruri tədbirlər
planlı şəkildə
həyata keçirilir.
Sonra Azərbaycan
Respublikası Müdafiə
Nazirliyinin açıqlaması
iştirakçılara çatdırılıb.
Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin
Rusiya sülhməramlı
kontingenti vasitəsilə
müraciətini nəzərə
alaraq, 2023-cü il sentyabrın 20-də saat
13:00-da aşağıdakı şərtlər altında
lokal xarakterli antiterror tədbirlərinin
dayandırılması barədə
razılıq əldə
olunub:
1. Azərbaycan Respublikasının
Qarabağ bölgəsində
yerləşən Ermənistan
silahlı qüvvələrinin
birləşmələri, qeyri-qanuni
erməni silahlı dəstələri silahı
yerə qoyur, döyüş mövqelərindən
və hərbi postlardan çıxır
və tam şəkildə tərksilah
olunurlar. Ermənistan silahlı qüvvələrinin
birləşmələri Azərbaycan
ərazilərini tərk
edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə
bütün silah-sursat
və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd
olunan proseslərin Rusiya sülhməramlı
kontingenti ilə əlaqələndirilmiş şəkildə
həyata keçirilməsi
təmin edilir.
Brifinqin sonunda qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi bununla bağlı qoşunlara müvafiq göstərişlər verib.
Azərbaycan.-2023.- 21 sentyabr.- S.3.