Lokal
xarakterli antiterror tədbirlərinin yeganə
hədəfi hərbi
obyektlər idi
Ermənistanın son
dövrlər artan təxribatı, törətdiyi
terrorlar və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış
üçtərəfli Bəyanatın
şərtlərinə riayət
etməməsi lokal xarakterli antiterror tədbirlərini qaçılmaz
etdi.
Qondarma rejimin törətdiyi özbaşınalıq,
erməni diversantlarının
terrorçuluq fəaliyyəti
nəticəsində 2020-ci ilin noyabr ayından
bu günə qədər 314 nəfər
vətəndaşımız təkcə minaların qurbanı olub.
Təəssüf ki,
Ermənistan rəhbərliyi
üzərinə götürdüyü
öhdəlikləri icra
etmək əvəzinə təxribatlara,
sabotajlara davam edir, sülh müqaviləsini imzalamaqdan
imtina edir. Silahlı Qüvvələrimiz
düşmənin təxribatının
qarşısını almaqla
antiterror tədbirlərinə
başladı. Ordumuz hərzamankı kimi məsuliyyətli davrandı,
yalnız hərbi obyektlərə yüksək
dəqiqliklə zərbələr
endirdi. Hətta təxribatçıya zərbə
endirməmişdən qabaq
bu barədə mülki əhalini məlumatlandırdı. Mülki
əhaliyə ərazini
tərk etməyi tövsiyə etdi, həyata keçirəcəyi
tədbirlər zamanı
yalnız hərbi obyektlərə ziyan vuracağı barədə
öhdəlik götürdüyünü
qeyd etdi.
Həyata keçirilən
antiterror tədbirləri
zamanı Ermənistana
məxsus olan döyüş vasitələri
yüksək peşəkarlıqla
sıradan çıxarıldı,
ordumuzun arsenalında olan müasir silahlarla düşmənin
silah-sursatı, hərbi
texnikası məhv edildi. Separatçılar mülki erməni əhalisindən istifadə
edərək, onları
hərbi təyinatlı
obyektlərə gətirir
və ya silahları yaşayış
məntəqələrində yerləşdirirdilər. Lakin
hərbi qulluqçularımız
yüksək peşəkarlıqla
davranaraq mülki vətəndaşların olduğu
yerləri hədəf
almadılar.
Ölkəmiz dəfələrlə
sülh müqaviləsinin
imzalanması barədə
müraciət etsə
də, Ermənistan heç zaman sülhü qəbul etmədi. Müxtəlif bəhanələrlə prosesi
yubatmağa çalışır,
havadarlarının şirin
vədlərinə inanıb
hər addımda sülhdən yayınırdı.
Ermənistan münasibətləri
düzəltmək və
sülh şəraitində
yaşamaq əvəzinə,
havadarlarına arxayın
olub hər addımda qarayaxma kampaniyasına cəhd edir və bununla
da sonuncu törətdiyi terror hadisələri ilə sülhün mümkünsüzlüyünü
nümayiş etdirdi.
Xankəndidə olan
erməniəsilli Azərbaycan
vətəndaşları üçün
ölkəmizin qapısı
açıq olub. Onlar dəfələrlə
reinteqrasiya məsələlərini
müzakirə etmək
məqsədilə dialoqa
dəvət olunublar və bu barədə
müzakirələrin aparılmasının
vacibliyi qeyd edilib. Lakin onlar
hər dəfə bu prosesdən yayınıb, əksinə,
hər addımda siyasi "şou" yaratmağa cəhd ediblər. Qeyd olunur ki, lokal
xarakterli antiterror əməliyyatlarından sonra
Xankəndidə yaşayan
ermənilər reinteqrasiya
məqsədilə Yevlax
şəhərində görüşməyə
hazırdırlar. İllərdir
bu proses onlara təklif olunsa da, birgəyaşayışı
qəbul etmədilər,
silahlarını təhvil
verib, təxribatçı
fəaliyyətlərini dayandırmadılar.
Xocavənd rayonunda
baş verən terror hadisələri onu deməyə əsas verir ki, Ermənistan çirkin niyyətindən,
revanşist hisslərindən
əl çəkmir.
Təhlükəsizliyimizə, konstitusion quruluşumuza qarşı təhdid olaraq qalır və onların növbəti dəfə təxribat törədəcəklərini
heç kəs istisna etmir. Bir daha belə
hallar baş verməsin deyə, Silahlı Qüvvələrimiz
tarixi missiya həyata keçirdi. Xalqımız hərzamankı
kimi Prezident İlham Əliyevin yanındadır, ordumuza dayaqdır, dəstəkdir.
Söhbət ölkəmizin
təhlükəsizliyindən gedirsə, bizə yalnız birlik lazımdır. Qərbi Azərbaycan İcmasının
açıqlamasında da
Ermənistanın sabotajı,
terrorçuluq fəaliyyəti
və sülhün qarşısında əngəl
olması qəti şəkildə pislənib.
Eləcə də, ölkəmizdə fəaliyyət
göstərən siyasi
partiyalar Prezident İlham Əliyevin ətrafında birlik nümayiş etdirir, haqq işimizə dəstək olurlar. Onlar düşmənin təxribatlarının qarşısının
alınması istiqamətində
həyata keçirilən
antiterror tədbirlərində
dövlətin yanında
olmaları barədə
birgə bəyanat imzalayıblar. Partiya mənsubiyyətindən asılı
olmayaraq, hər kəs Prezidentimizin ətrafında sıx birləşir, bu birliyin vahid amalı var: ölkəmizin təhlükəsizliyi
təmin olunsun, terrorçuluğun və
bütün növdən
olan təxribatların
qarşısı alınsın.
İmzalanmış bəyanatda Xalq Cəbhəsi, Müsavat və Real partiyalarının
adları yoxdur. Görünən odur ki, birliyin-bərabərliyin
vacib olduğu bu günlərdə belə bu partiyalar
hələ də xain xislətlərindən
əl çəkmirlər.
Dövlət başçısının
rəhbərliyi ilə
aparılan haqq işinə dəstək vermək əvəzinə,
pozuculuq fəaliyyətinə
cəhd edirlər. Önəmli olan nə onların imzasıdır, nə də ki mövqeyi,
lakin qədirbilən Azərbaycan xalqı belə həssas məqamda etdiklərinə
görə onları bağışlamayacaq. 1991-1993-cü illərdə hakimiyyət
böhranı yaradanlar,
siyasi ambisiyalarına dövləti qurban verənlər bu gün də qazanılmış qələbəni,
ölkəmizin inkişafını,
qüdrətini hələ
də həzm etmir və onların
qısqanclıq niyyətlərinin
əyani şahidi oluruq.
Ermənistanın sıradan
çıxarılan silahları,
məhv edilən qurğuları ilə bərabər, mülki şəxslərə hərbi
əməliyyatlar yerinin
tərk edilməsi, silahlılara yardım edilməməsi barədə
Müdafiə Nazirliyimizin
yaydığı məlumatlar
da müsbət nəticəsini verdi. Məğlubiyyəti hiss edən separatçılar
ən qısa zamanda xunta rejimini
ləğv edərək,
silahlarını təhvil
verməyə və təslim olmağa məcburdurlar.
Adil ƏLİYEV,
Milli Məclisin
Sədr müavini
Azərbaycan.-2023.-
21 sentyabr.- S.4.