Çin
ilə Azərbaycan arasında əməkdaşlığın
perspektivləri müzakirə
edilib
Yeni Azərbaycan
Partiyası (YAP) nümayəndə
heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində
Çindao Şəhər
Komitəsinin Daimi üzvü, Şəhər
Komitəsinin Təşkilat
Departamentinin rəisi Yuy Yuy ilə
görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə
Çindao şəhəri
və onun sosial-iqtisadi inkişafı
barədə məlumat
verilib, şəhərin
tranzit, nəqliyyat-logistika
və turizm imkanları diqqətə çatdırılıb. Eyni
zamanda, partiya quruculuğu, partiya üzvlərinin fəaliyyəti
və gənc kadrların yetişdirilməsi
məsələlərindən ətraflı bəhs olunub.
Çin ilə
Azərbaycanın ikitərəfli
və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, qarşılıqlı
səfərlər münasibətlərin
inkişafına təkan
verir. Fəal siyasi dialoq şəraitində
iqtisadi-ticari, mədəni-humanitar
və digər sahələrdə əlaqələrin
genişləndirilməsinin önəmi diqqətə
çatdırılıb, əməkdaşlığın
perspektivləri müzakirə
edilib, qarşılıqlı
olaraq hədiyyələr
təqdim olunub.
Sonra nümayəndə
heyəti tərəfindən
Çindao şəhərinin
Çyanşan mikrorayonunun
Şinan rayonunda Çin Kommunist Partiyasının üzvlərinə
və əhaliyə xidmət mərkəzi ziyarət edilib, eyniadlı ərazi partiya təşkilatının
fəaliyyəti ilə
tanışlıq olub.
Bildirilib ki, mərkəz partiya üzvlərinin və rayon əhalisinin sosial məsələlərinin
həllinə dəstək
olur, yaşlı insanların asudə vaxtının səmərəliliyini
təmin etmək üçün müvafiq
işlər görür,
onlara sosial xidmətlər göstərir.
Nümayəndə heyətinin
üzvləri “Hisense”
dövlət şirkətini
də ziyarət edib, onun istehsal
və ixrac potensialı ilə tanış olublar.
Yeni Azərbaycan
Partiyasının nümayəndə
heyətinin Çindao
Limanına səfəri
də təşkil edilib. Bildirilib ki, Şandun yarımadasınının cənub-şərqində
yerləşən Çindao
şəhəri bölgənin
sənaye mərkəzidir
və burada tekstil, yeyinti, maşınqayırma, texniki
və elektroenergetika sahələri yüksək
inkişaf edib. Çindao limanının
tərkibinə 5 liman
ərazisi daxildir. Bu liman qrupları
Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahibdir.
Çin – Şanxay
Əməkdaşlıq Təşkilatı
regional ticarət-iqtisadi
əməkdaşlıq pilot
zonasını ziyarət
edən YAP nümayəndə
heyəti burada yerləşən Azərbaycan
pavilyonunda olub. Pilot zona barədə nümayəndə heyətinə
ətraflı məlumat
verilib.
Bununla yanaşı,
partiyanın nümayəndə
heyəti Yelkənli İdman növü üzrə Çindao Olimpiya Mərkəzinə
baxış keçirib.
Sentyabrın 19-da YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb.
Azərbaycan.-2023.- 21 sentyabr.- S.4.