Rusiya
sülhməramlı kontingentinə
məxsus avtomobil atəşə tutulub, ölənlər var
Sentyabrın 20-si Canyataq
yaşayış məntəqəsi
yaxınlığında Rusiya
Federasiyasının sülhməramlı
kontingentinə məxsus
UAZ Patriot avtomobilinin atəşə
tutulması nəticəsində
sülhməramlı kontingentin
hərbi qulluqçularının
faciəvi şəkildə
həlak olması faktı qeydə alınıb.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata
görə, hadisənin
başvermə səbəblərini
araşdırmaq üçün
Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində
çalışırlar.
“Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiyanın Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik”, - məlumatda qeyd edilib.
Azərbaycan.-2023.- 21 sentyabr.- S.4.