İranlı
deputatlar Qarabağın
Azərbaycan torpağı
olduğunu bildiriblər
Sentyabrın 20-də Milli Məclisin İranla parlamentlərarası
əlaqələr üzrə
işçi qrupu üzvlərinin İran İslam
Respublikası İslam
Şurası Məclisinin
üzvləri ilə görüşü keçirilib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən
məlumata görə,
İranla parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun üzvü Cavanşir Paşazadə İran nümayəndə
heyətini salamlayaraq ölkələrimiz arasında
əlaqələrin inkişafından
söhbət açıb.
O, bu günlərdə
Azərbaycanın Qarabağ
bölgəsində Ermənistan
silahlı qüvvələri
tərəfindən törədilmiş
təxribatlara cavab olaraq, həyata keçirilən anti-terror
tədbirləri barədə
danışıb, bu tədbirlər nəticəsində
şəhid olanlara rəhmət diləyib.
Deputat ölkəmizin
regionda sülhə, əmin-amanlığa önəm
verdiyini, dövlətlər
arasında dostluq münasibətlərinin inkişafında
maraqlı olduğunu söyləyib. O, İranla
müxtəlif istiqamətlərdə,
o cümlədən iqtisadi,
ticari, logistika sahələrində əlaqələrin
genişləndirilməsinin əhəmiyyətindən danışıb,
xalqlarımızın eyni
tarixə, dinə, mədəniyyətə malik
olduqlarını deyib.
Ölkələrimizin parlamentləri arasındakı
münasibətlərə toxunan
Cavanşir Paşazadə
bu əlaqələrin
inkişafında qarşılıqlı
səfərlərin və
parlament dostluq qruplarının əhəmiyyətindən
danışıb.
İranla parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun üzvü, Qərbi Azərbaycan İcmasının
sədri Əziz Ələkbərov Azərbaycanla
İran arasında əlaqələrin
dərin tarixi köklərə malik olduğunu qeyd edib. O, uzun illər
ərzində azərbaycanlıların
Ermənistandan deportasiya
edildiyini, orada azərbaycanlılara aid tarixi, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb. Deputat
rəhbərlik etdiyi icma tərəfindən bununla bağlı mötəbər beynəlxalq
təşkilatlara müraciətlər
ünvanlandığını, hazırda Qərbi Azərbaycana Qayıdış
Konsepsiyası əsasında
Ermənistan ərazisindən
qovulmuş azərbaycanlıların
öz yurdlarına təhlükəsiz şəkildə
qayıtmasını təmin
etmək istiqamətində
addımların atıldığını
bildirib.
İran parlamentinin üzvləri
Zahedi Mohəmməd Mehdi, xanım Paşayi Bəhram Məsumə, Əlizadə
Əli səmimi görüşə görə
təşəkkürlərini ifadə ediblər, Azərbaycan və İranın ortaq tarixi və mədəni dəyərlərə
malik olduğunu söyləyiblər. Qonaqlar İranın
Azərbaycanla müxtəlif
sahələrdə daha
sıx əməkdaşlığın
inkişafında maraqlı
olduğunu, iqtisadi sahədə əlaqələrin
genişləndirilməsi üçün
geniş potensial imkanların mövcudluğunu
qeyd ediblər.
İranlı deputatlar
ölkələrinin Azərbaycanın
ərazi bütövlüyünü
daim dəstəklədiyini
bildirərək, Qarabağın
Azərbaycan torpağı
olduğunu vurğulayıblar,
öz ürək sözlərini söyləyiblər.
Söhbət zamanı
dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi,
parlamentlər arasında
əlaqələrin inkişafı,
bir sıra digər qarşılıqlı
maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Görüşdə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Həsəni Rıza, İranın Azərbaycandakı səfirliyinin təmsilçisi Ağayi Müsəvi Məliki və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan.-2023.- 21 sentyabr.- S.6.