Prezident
İlham Əliyev xalqımıza növbəti
qələbəni yaşatdı
"Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə
imza atan yenilməz Azərbaycan Ordusu daha böyük
bir missiyanı - ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla
başa çatdıraraq
separatçıları təslim
olmağa məcbur etdi. Bu, bir
daha ordumuzun gücünü, qüdrətini
göstərdi. Sübut
etdi ki, Azərbaycanın əsgər
və zabitləri istənilən tapşırığı
qələbə ilə
yekunlaşdırmağa qadirdir.
Prezident İlham Əliyev xalqımıza növbəti qələbəni
yaşatdı. Bu, Azərbaycan xalqının
qələbəsidir. Xalqımız
həmişəki kimi
bir oldu, bütöv oldu, "dəmir yumruğ"a dönərək Prezidentin
ətrafında birləşdi
və göstərdi ki, güc birlikdədir".
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli
Məclisin deputatı
Səttar Möhbalıyev
deyib.
Onun sözlərinə
görə, qısa müddətdə - cəmi
bir sutkadan da az vaxtda
qələbə qazanmağı,
qarşı tərəfi
təslim olmağa məcbur etməyi yalnız Azərbaycan Ordusu bacara bilərdi.
Ordumuz bir daha peşəkarlığını
və yüksək döyüş hazırlığını
ortaya qoymuş oldu. Heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş
açmadı. Tapşırığı
səliqəli və nümunəvi şəkildə
həyata keçirərək
yalnız legitim hərbi hədəfləri
zərərsiz hala gətirdi. Mina terroru nəticəsində
həlak olanların qisasını aldı.
"Azərbaycanı antiterror tədbirləri görməyə qarşı
tərəf məcbur
etdi. Onlar məğlub və fərari ordusunun qalıqlarını Azərbaycan
ərazilərindən çıxarmadı,
qanunsuz silahlı birləşmələr tərk-silah
edilmədi, mütəmadi
olaraq ölkəmizin daxili işlərinə qarışdılar, müxtəlif
silahlı təxribatlara
əl atdılar, mina terrorunu davam etdirdilər, separatizmə hərtərəfli
dəstək göstərdilər
və sair. Bir sözlə, təkrar olaraq təcavüzkar niyyətlərinin
arxasına düşərək
münasibətlərin normallaşmasında
maraqlı olmadılar.
Təbii ki, Azərbaycanın səbri
tükənməz deyil.
Odur ki, ölkəmiz bu yolu seçərək separatçıları diz
çökdürdü", - deyə Milli Məclisin deputatı bildirib.
"Bu arada mən bir məsələyə də toxunmaq istərdim. Bir sıra dövlətlər Silahlı Qüvvələrimizin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərini tənqid edən bəyanatlar səsləndirdilər. Təbii ki, belə boş və mənasız bəyanatlar Azərbaycanı nə yolundan döndərər, nə də məqsədindən daşındırar. Dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, bizimlə heç kim təzyiq dili ilə danışa bilməz. Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır. Kənar dövlətlərin də bizim daxili məsələlərimizə qarışmağa haqqı yoxdur", - deyə AHİK sədri əlavə edib.
Azərbaycan.-2023.- 21 sentyabr.- S.6.