Azərbaycan
bütün şərtlərini
qəbul etdirdi
Azərbaycan üçtərəfli
Bəyanatın müddəalarının
təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların
qarşısının alınması,
Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin
tərk-silah edilərək
ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
konstitusiya quruluşunun
bərpa edilməsi məqsədilə keçirdiyi
lokal xarakterli antiterror tədbirləri bir gün ərzində
başa çatdı.
Qarabağın erməni
sakinlərinin nümayəndələrinin
Rusiya sülhməramlı
kontingenti vasitəsilə
müraciəti nəzərə
alınaraq ötən
gün saat 13:00-da Qarabağ bölgəsində
yerləşən Ermənistan
silahlı qüvvələrinin
birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin
silahı yerə qoyması, döyüş
mövqelərindən və
hərbi postlardan çıxması və tam şəkildə tərk-silah olunması, Azərbaycan ərazilərini
tərk etməsi, bununla yanaşı, bütün silah-sursat və ağır texnikanı təhvil verməsi və bütün proseslərin Rusiya sülhməramlı
kontingenti ilə əlaqələndirilmiş şəkildə
həyata keçirilməsinin
təmin olunması şərtləri altında
antiterror tədbirlərinin
dayandırılması ilə
bağlı razılıq
əldə edildi.
Həmçinin Azərbaycanın
Konstitusiyası və
qanunları əsasında
reinteqrasiya məsələlərinin
müzakirə edilməsi
üçün Qarabağın
erməni sakinlərinin
nümayəndələri ilə
görüş təklifi
də qəbul olundu.
Beləliklə, bir
gün ərzində Silahlı Qüvvələrimiz
öz qüdrətini,
rəşadətini bir
daha göstərdi.
Növbəti özünüifşa
Milli Məclisin
deputatı Sahib Alıyev qeyd edib ki, Qarabağdakı
hərbi xunta tələblərimizi yerinə
yetirməyə hazır
olduğunu bildirib. Azərbaycan nə itki vermək, nə də Qarabağda yaşayan mülki şəxslərə
zərər dəyməsini
istəyir: "Məhz
ona görə də ən yüksək səviyyədə
bildirilmişdi ki, oradakı terrorçu ünsürlər silahı
yerə qoymağa hazır olduqları və rejimin buraxıldığı təqdirdə
Azərbaycan antiterror tədbirlərini dayandıracaq.
Qətiyyən şübhəm
yoxdur ki, tələblərimizi tam şəkildə və sürətlə yerinə
yetirməyəcəkləri halda ermənilər daha rəzil vəziyyətə salınacaqlar".
Deputat vurğulayıb
ki, hərbi xuntanın tələblərimizi
yerinə yetirməyə
hazır olduğunun bildirildiyi "rəsmi"
açıqlamasında yazılıb
ki, Ermənistan Respublikasının hissələri
və hərbi qulluqçuları Qarabağın
Rusiya sülhməramlılarının
yerləşdiyi hissəsindən
çıxarılması barədə
razılıq əldə
edilib. "Bəs, deyirdilər, Ermənistanın
Qarabağda heç bir hərbçisi yoxdur? Oradakı hərbi xunta təsdiqləyir ki, var və "dəmir yumruq" növbəti dəfə başlarına dəyəndən
sonra rədd olub getməyə hazırdılar".
Görüşdə reinteqrasiya prosesləri ilə bağlı müzakirələr aparılacaq
Milli Məclisin
deputatı Arzu Nağıyev qeyd edib ki, dəfələrlə
xəbərdarlıq edilməsinə
baxmayaraq, ərazilərimizdə
terror əməliyyatlarını
həyata keçirən,
təxribatlar törədən
dinc əhaliyə qarşı silahdan istifadə edən terrorçular məhz Qarabağda cəmləşən
qanunsuz erməni hərbi birləşmələri
idi. Azərbaycan Silahlı Qüvvələri
tərəfindən həmin
qüvvələrə qarşı
antiterror tədbirləri
həyata keçirildi
və erməni silahlıları məğlub
olaraq ağ bayraq qaldırdılar:
"Yevlaxda görüş
təyin olunub. Bu görüşdə Qarabağdakı erməni
sakinlərin nümayəndələri
ilə reinteqrasiya prosesləri ilə bağlı müzakirələr
aparılacaq. Əsas məqam odur ki, Rusiya sülhməramlı
qüvvələrinin də
iştirakı ilə
erməni silahlıları
ərazidən çıxarılmalı,
ağır texnika utilizasiya olunmalıdır.
Bu proses davam etməlidir".
24 saat çəkən
antiterror tədbirləri
zamanı Azərbaycan
Ordusunun gücünün
bir daha şahidi olduğumuzu vurğulayan A.Nağıyev
bildirib ki, Ermənistan silahlı qüvvələrinə məxsus
90-dan artıq döyüş
və strateji əhəmiyyətli mövqeləri
ordumuz tərəfindən
nəzarətə götürülüb.
Azərbaycan Ordusu bütün sərhəd bölgələrində istənilən
aqressiyaya, təxribata
cavab verməyə hazırdır. Artıq bu məsələyə son qoymağın vaxtı gəlib çatmışdı. Xankəndidə
də konstitusion quruluşumuz tam bərpa ediləcək. Azərbaycan dövlətçilik
istiqamətində bütün
lazımi addımları
atacaq.
Deputat həmçinin
bildirib ki, könüllü olaraq Qarabağı tərk etmək istəyən Ermənistan silahlı qüvvələrinin şəxsi
heyətinə Azərbaycan
tərəfindən bunun
üçün şərait
yaradılıb. Onlar bizim texniki vasitələrimizin
müşayiəti ilə
əraziləri tərk
edirlər.
Ermənistanın sülh
müqaviləsi imzalamaqdan
başqa yolu yoxdur
Milli Məclisin
deputatı Azər Badamov deyib ki,
Azərbaycanın Müzəffər
Ordusu yeni şərəf və qəhrəmanlıq tarixi
yazdı. Qarabağ iqtisadi rayonunun erməni sakinləri yaşayan ərazilərdə
"boz zona" olmayacaq: "Lokal antiterror tədbirləri ilə bir sutka
ərzində Ermənistanın
qeyri-qanuni silahlı birləşmələri və
separatçıların bütün
döyüş nöqtələri
məhv edildi. Çıxılmaz vəziyyətə
düşən xunta rejimi artıq Azərbaycanın bütün
şərtlərini qəbul
etdiklərini bildirərək
ağ bayraq qaldırdı".
Deputatın fikrincə,
Azərbaycan silaha əl atmaq istəmirdi.
Bütün məsələlərin
dialoq yolu ilə həll olunmasına çalışırdı,
amma separatçılar
qeyri-qanuni silahlı birləşmələrə güvənərək
ölkəmizə "meydan
oxumaq" istədilər.
Təklif etdiyimiz dialoq və yardımları qəbul etmir və intensiv
təxribatlar törədirdilər.
Son mina təxribatı ilə separatçılar Azərbaycanı
antiterror tədbirləri
keçirməyə məcbur
etdilər.
Bu antiterror tədbirləri zamanı Azərbaycan mülki insanları hədəf seçmədi. Yalnız legitim hərbi məntəqələr məhv
edildi. Hətta Qarabağdakı mülki ermənilərə hərbçilərdən
uzaq dayanması ilə bağlı çağırışlar olundu.
Antiterror tədbirlərin
həyata keçirildiyi
bir sutka ərzində ərazilərimizdəki
separatçıların bütün
hərbi arsenalı məhv edildi. Çıxılmaz vəziyyətə
düşən revanşistlər
silahı yerə qoyaraq Yevlaxda dialoqa hazır olduqlarını bildirdilər
və antiterror tədbirlərinin dayandırılmasını
xahiş etdilər.
A.Badamov vurğulayıb
ki, Azərbaycan həmişə olduğu
kimi, bu dəfə də humanistlik nümayiş etdirdi və saat 13:00-dan başlayaraq müəyyən şərtlər
əsasında antiterror
tədbirlərinin dayandırıldığını
bəyan etdi: "Yevlaxda keçiriləcək
görüşdə erməni
icmasının nümayəndələri
ilə reinteqrasiya proseslərinə başlanılması
ilə bağlı məsələlər müzakirə
olunacaq. Azərbaycanın
keçirdiyi antiterror
tədbirləri humanistliyə
görə dünyaya
bir nümunədir. Lokal antiterror tədbirlər mülki insanlardan uzaq ərazilərdə aparıldı,
hətta seçilmiş
legitim hədəfləri
olan əraziyə mülki insanların gətirildiyi ehtimal olunanda zərərsizləşdirmə
əməliyyatı təxirə
salındı".
Deputat qeyd edib ki, Azərbaycan
Qarabağdakı erməni
sakinləri öz vətəndaşları hesab
edir və onların da ölkəmizin digər milli azlıqların nümayəndələri kimi
malik olduqları hüquqları
var. Azərbaycan lokal antiterror tədbirləri aparmaqla 10
noyabr 2020-ci ildə imzalanmış üçtərəfli
Bəyanatın 4-cü bəndini
icra etdirdi. Ermənistanın icra etmək istəmədiyi öhdəliklərini biz güc yolu ilə
icra etdirməyə məcbur olduq. Ermənistan birdəfəlik
bilməlidir ki, onların Azərbaycanın
qanunları altında
yaşamaqdan başqa yolu yoxdur.
Əsmər QARDAŞXANOVA, Azərbaycan bütün şərtlərini qəbul
etdirdi
7–8 минут

Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 21 sentyabr.-
S.7.