bayraqla gəlirlər

 

Qələbə bir günə təmin edildi

 

Azərbaycan Silahlı Qüvvələrinin birgünlük antiterror tədbirləri uğurla başa çatdı. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı tarixinin ən qüdrətli  Azərbaycanının gücünün, yüksək peşəkarlığın mükəmməl hazırlanan planın bariz təcəssümüdür.

İkinci Qarabağ müharibəsində gücünü nümayiş etdirən qüdrətli Azərbaycan birgünlük uğurlu antiterror tədbirləri ilə bir daha göstərdi ki, öz suveren ərazilərində "boz zona"nın yaranmasına imkan verməyəcək.

Bu qələbə ilə Azərbaycan həm bütün şərtlərini qəbul etdirdi bundan sonra öz ərazisinə tam nəzarət edəcək.

Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri sentyabrın 20-də başa çatdı. Antiterror tədbirləri çərçivəsində qarşı tərəfə məxsus hərbi təyinatlı texnikalar sıradan çıxarıldı, döyüş mövqeləri sığınacaqları zərərsizləşdirildi.

Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda qarşı tərəfə məxsus hərbi nəqliyyat vasitələri, minaatanlar, tank piyadanın döyüş maşınları, eləcə xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq götürülüb.

Bütün bunlar 24 saat ərzində keçirilən antiterror tədbirləri nəticəsində reallaşdı. Yəni qeyri-qanuni cinayətkar rejim cəmi bir günə tərk-isilah olundu Azərbaycanın şərtlərini qəbul edərək bayraq altında Yevlax şəhərində danışıq aparmağa hazır olduğunu bəyan etdi.

Əslində, Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa çağırmışdı. Amma hər dəfə onlar bundan imtina etmişdilər. Bu dəfə isə onlar buna məcbur edildilər. Onlar  hələ Birinci Qarabağ müharibəsində "Yevlaxa qədər gələcəyik" deyirdilər. İndi isə bəli, 31 ildən sonra, amma bayraq qaldırmış üzüqara məğlub kimi Yevlaxa gəlirlər...

Azərbaycan Ordusu Qarabağda keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri ilə cinayətkar rejimi diz çökdürməklə suverən ərazilərində "boz zona"nın yaradılması cəhdinin qarşısını aldı.

Antiterror tədbirlərinə başlamazdan əvvəl Azərbaycan üç şərt irəli sürmüşdü: Ermənistan hərbi birləşmələri bölgədən çıxır, qanunsuz silahlı birləşmə tərk-silah olur, qondarma qurum özünü buraxır. Bu şərtlər qəbul olunduğu təqdirdə danışıqlar başlayır.

Hayastandakı bəzi qüvvələrin həyata keçirilən antiterror tədbirləri ilə bağlı dünyaya uydurma, yalan dolu məlumatlar yaymaq cəhdləri iflasa uğradı. Belə ki, Ermənistanda aranı qarışdırmağa çalışan keçmiş hərbi xuntanın tör-töküntüsü Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri çərçivəsində guya mülki əhalinin hədəfə alınması, yaşayış məntəqələrinə zərbələr endirilməsi ilə bağlı yalan məlumatlar yayırdılar. Azərbaycan Müdafiə Nazirliyinin faktlar əsasında, vidogörüntülər vasitəsilə dünyaya təqdim etdiyi məlumatlar ermənilərin növbəti yalanını ifşa etdi. 

Ümumiyyətlə, Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər heç bir mülki obyekt qətiyyən hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirildi.

Amma antiterror tədbirləri keçirilən zaman erməni xisləti yenə özünü göstərdi. Qondarma cinayətkar rejimin silahlı dəstələrinin Şuşaya artilleriya atəşi nəticəsində bir mülki şəxs həlak oldu.

Digər vacib bir məsələ isə o oldu ki, "gücü" tükənən qeyri-qanuni silahlı birləşmələr Qarabağın dinc erməni əhalisini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışdı. Lakin Azərbaycan bölgədə yaşayan erməni sakinlərinə separatçılara yaxın durmamağa onlara dəstək olmamağa çağırış etdi hərbi qulluqçularımız bu çağırışı çap edilmiş məlumat vərəqələrində müxtəlif vasitələrlə yerli əhaliyə, eləcə silahlılara çatdırdı. Kriminal xuntanın qurbanı olan Qarabağdakı erməni əhali isə Azərbaycanın şərtlərini, tələblərini çağırışlarını qəbul etdilər.

Bu qələbə Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində həyata keçirilən prosesə, bölgədə əmin-amanlığın bərqərar edilməsinə,  təhlükəsizliyin təmin olunmasına, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılmasına bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirlərin həyata keçirilməsinə  müsbət impuls verəcək.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 21 sentyabr.- S.8.