Azərbaycan
vətəndaşı olmaq
ən şərəfli
statusdur
Qarabağda revanşistlər tərəfindən
yaradılan "boz zona" aradan qaldırılır
Azərbaycanın çoxillik
Qarabağ münaqişəsi
dövründə regionda
sülhün və sabitliyin bərpası və davamlılığı
üçün səylə
çalışdığına, bundan ötrü mümkün olan bütün diplomatik vasitələrdən, beynəlxalq
təşkilatların və
vasitəçilik imkanlarından
istifadə etdiyinə
bütün dünya şahidlik edirdi.
Amma hər dəfə də bunun əksini görürdük. Torpaqlarımızda məskən
salan separatçılar
və onları dəstəkləyən Ermənistan
məkrindən, ərazi
iddialarından əl çəkmirdi. Müxtəlif
bəhanələrlə sülh
danışıqlarını pozub siyasi manipulyasiya
edirdi. Üzərinə
götürdüyü öhdəlikləri
nümayişkaranə şəkildə
yerinə yetirmirdi. Silahlanmaya, revanş götürməyə güc
verirdi, əməlləri
ilə sülhə əngəl olmağa çalışırdı.
Minalanmış ərazilərin
düzgün xəritəsini
vermək əvəzinə
yenidən ərazilərimizə
minalar basdırırdı.
Azərbaycan səbir,
təmkin göstərdikcə
Ermənistanda olan revanşistlər və onların xaricdə yaşayan havadarları daha da azğınlaşırdılar.
Ölkəmizin birgəyaşayış,
reinteqrasiya təkliflərinə
separatçıların pul
dağarcığı Ruben
Vardanyan "vuruşub,
son nəfərimizə
kimi ölərik, amma sizinlə yaşamarıq" kimi sərsəmləmələrlə cavab verirdilər. Azərbaycanı yenidən
müharibəyə cəlb
etmək üçün
onlara humanitar məqsədlər üçün
verilmiş Laçın
yolu ilə sərvətimizi talan edərək Ermənistana
daşıdılar, eyni
zamanda həmin yolla Hindistandan və digər ölkələrdən aldıqları
silahları Qarabağa
ötürərək qanunlarımızı
heçə saydılar.
Bu gün də Ermənistanın hərbi-siyasi rəhbərliyi
ölkəmizdə olan
silahlı birləşmələrinin
tör-töküntülərini, silahı yerə qoymaları barədə əmr vermək, çağırış etmək
əvəzinə riyakarlıq
edir, bütün dünyanın qarşısında
bəyan edir ki, Qarbağda Ermənistanın silahlı
qüvvələri yoxdur.
Baş verən hadisələrin məsuliyyətini
hiyləgərcəsinə boyunlarından atmağa çalışırlar. Təbii
ki, Ermənistan rəhbərliyinin məqsədli
şəkildə beynəlxalq
ictimayyəti aldatmağa
yönlənmiş bu
yalan haqlı olaraq sual yaradır:
əgər Qarabağda
olan qanunsuz silahlı birləşmələrin
bu ölkəyə aidiyyəti yoxdursa, niyə Ermənistanın dövlət büdcəsindən
maliyyələşir? Yaxud,
hərbi qulluqçuların
komandanlığı nədən
Ermənistanın baş
qərargahı tərəfindən
koordinasiya edilir? Eyni zamanda bu
ölkənin məhkəmələri
nə əsasla 44 günlük Vətən müharibəsində "vəzifə"lərini
yerinə yetirməyən
Qarabağ komandirlərini
mühakimə edirlər?
2020-ci ilin 44 günlük
Vətən müharibəsində
fərarilik edən 13
min əsgər və zabit hansı
ölkənin vətəndaşı
idi?
Ümumiyyətlə, Qarabağda baş verən bütün özbaşınalıqların, qanunsuzluğun, separatçılıq
hərəkatının, tökülən
qanların günahkarı
Ermənistandır, separatçıların
rəhbərləridir, onları
bu işə vadar edənlərdir. Bu gün Azərbaycanı
Qarabağda antiterror tədbirləri keçirməyə
də bu ölkənin üzərinə
götürdüyü öhdəliyi
yerinə yetirməməsi,
sözünün üstündə
durmaması, ölkəmizə
qarşı ərazi iddialarından əl çəkməməsi vadar
etdi.
Son bir neçə ayda Azərbaycanın Qarabağ
bölgəsindəki Ermənistan
silahlı qüvvələrinin
birləşmələri tərəfindən
Azərbaycan Ordusunun mövqeləri müxtəlif
çaplı silahlardan
sistemli şəkildə
atəşə tutulurdu.
Bu ölkə müxtəlif yollarla ərazilərimizin minalanmasını
davam etdirirdi. Sülh danışıqlarını
müxtəlif bəhanələrlə
pozub döyüş mövqelərini, mühəndis
qurğularını təkmilləşdirməyə,
eləcə də səngər və sığınacaqların sayının
artırılmasına çalışırdı.
Döyüş mövqelərinin
şəxsi heyət,
zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri
ilə gücləndirilməsi,
bölmələrin yüksək
döyüşə hazırolma
səviyyəsinə gətirilməsi,
səfərbərlik üzrə
əlavə bölmələrin
yaradılması, ordumuzun
bölmələrinə qarşı
kəşfiyyat fəaliyyətlərinin
genişləndirilməsi, mövqelərimizin
dərinliyinə sızaraq
minalardan təmizlənmiş
ərazilərin və
mülki təyinatlı
yolların terror-təxribat
məqsədilə yenidən
minalanması kimi əməlləri Ermənistanın
yeni müharibə hazırlığında olduğunu
sübut edirdi. Bunlar azmış kimi, Azərbaycanın ciddi xəbərdarlıqlarına
baxmayaraq, separatçılar
gərginliyi artırmaq
məqsədilə təxribat
və terror əməllərini daha da artırırdı. Konstitusiyamıza məhəl
qoymadan qondarma separatçı rejimə
"seçki" keçirdilər.
Siyasi təxribatların
davamı sentyabrın
19-da Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın
Qarabağ bölgəsindəki
birləşmələrinin kəşfiyyat-diversiya qrupları
tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış
minanın partlaması
ilə tamamlandı. Erməni diversiya qrupunun terror aktı nəticəsində
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı
və mülki şəxslər həlak
oldular. Həmin gün Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının
hərbi qulluqçularını
daşıyan nəqliyyat
vasitəsi də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya
qrupları tərəfindən
quraşdırılmış minaya düşməsi nəticəsində hərbçilərimizin
bəziləri həlak
oldu, yaralandı. Azərbaycan hadisələrin
bu cür davam etməsinə sona kimi dözmək
niyyətində olmadığını
əvvəlcədən bəyan
etmişdi. Əlbəttə
ki, hadisələrə
seyirçi qala bilməzdi. Qalmadı da! Sentyabrın 19-da 30 il torpaqlarımızda qanlar tökmüş separatçı rejimin silahlı dəstələrinə
qarşı lokal antiterror tədbirlərinə
başladı. Hadisələri
izləyən bütün
dünya gördü ki, Azərbaycan tərəfi yüksək
insani kefiyyətlərə
sadiq qaldığını
nümayiş etdirərək
yalnız legitim hərbi hədəfləri
vurur. Mülki əhalinin təhlükəsizliyi
üçün bütün
zəruri olan tədbirləri həyata keçirdi. Qocaların, uşaqların, xəstələrin
təxliyəsi üçün
məntəqələr yaradıb
onlara qarşı heç bir zorakılıq edilməyəcəyi
barədə səsgücləndiricilərlə
məlumat verdi, ehtiyacı olanlara tibbi yardım göstəriləcəyini bildirdi.
Azərbaycanın məqsədi
öz ərazilərində
Konstitusiyanın və
qanunçuluğun bərpası,
sülhün davamlılığını
təmin etmək idi. Buna da
illərdir Ermənistanın
ərazilərimizdə saxladığı
silahlı terrorçular
mane olurdular. Separatçılar məkrli
niyyətlərinə çatmaqdan
ötrü hətta öz millətlərindən
olan sadə, mülki şəxslərə
belə zor işlətməkdən, qorxu
altında saxlamaqdan çəkinmirdilər.
Lokal antiterror tədbirləri keçirilən
zaman hadisələri izləyən bütün
beynəlxalq təşkilatlar,
dövlətlər Azərbaycanın problemin sülh yolu ilə həllində maraqlı olduğunu bir daha gördülər.
Ölkəmiz separatçı
rejimin qanunsuz silahlılarına müraciət
edərək silahı
yerə qoyub qanunlarımıza əməl
etməyi, müqavimət
göstərməməyə, danışıqlar üçün
əvvəlcədən nəzərdə
tutulduğu Yevlax şəhərinə gəlməyi
təklif etdi...
Bir məsələyə
də toxunaq. Bu günlərdə Qarabağdakı ermənilər
hiss etdilər ki, onları qızışdırıb illərdir
qanlı qırğın
törətməyə məcbur
edənlər, yalan vədlər verib hakimiyyətə, var-dövlətə
sahib olanlar hamısı dar məqamda qaçdılar.
Anladılar ki, şərtləri diktə
edən də, haqq da, ədalət
də, qanun da, onların nicatı da Azərbaycandadır və
onlara ən doğru yolu göstərən də Azərbaycan olacaq.
Nəhayət, dünən
Azərbaycanın Qarabağ
iqtisadi rayonunda yerləşən Ermənistan
silahlı qüvvələrinin
tör-töküntüləri müqavimətin mənasız
olduğunu dərk edərək silahı yerə qoyaraq təslim oldular. Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, qeyri-qanuni erməni silahlı dəstələri silahı
yerə qoyur, döyüş mövqelərindən,
hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri
Azərbaycan ərazilərini
tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri
buraxılır.
Bununla da petrosyanların, koçaryanların,
sarkisyanların, paşinyanların
yurdumuza gətirdiyi qanlı fəlakətlərin,
faciələrin qarşısını
İlham Əliyev gərgin əməyi, dərin zəkası, qətiyyəti və bənzərsiz siyasi qabiliyyəti ilə aldı. Bundan sonra ermənilər də anlamalıdırlar ki, ən düzgün
variant Azərbaycan qanunlarına əməl edib, ölkəmizin Konstitusiyasının şərtlərinə
uyğun yaşamaqdır.
Onlar üçün
ən böyük status isə elə Azərbaycan vətəndaşları olmalarıdır.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2023.- 21 sentyabr.-
S.8.