Ermənilər
ərazisində yaşadıqları
Azərbaycan dövlətinin
qanunlarına əməl
etməlidirlər
Üç il qabaq - 2020-ci ilin payızında Ermənistanın təxribatı nəticəsində başlayan Vətən müharibəsi bu işğalçı ölkənin məğlubiyyəti ilə başa çatdı. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli Bəyanat imzalandı. Ermənistan öhdəsinə götürdüyü məsələlərdən yalnız birini - qoşunlarını Ağdam, Laçın və Kəlbəcərdən döyüşsüz çıxarmaqla həyata keçirdi. Üzərinə düşən digər öhdəliklərini isə yerinə yetirmədi. Belə ki, üçtərəfli Bəyanata əsasən, Ermənistan Azərbaycan ərazisindən öz silahlı qüvvələrini tamamilə çıxarmalı və sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinə başlamalı idi.
Ermənistan Vətən
müharibəsindən sonra
da ikili oyunlar oynadı. Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bildirsə də, haylar müxtəlif bəhanələr gətirərək
prosesin reallaşmasına
maneçilik törətdilər.
Üstəlik, bu müddət ərzində
Ermənistan tərəfindən
Azərbaycan torpaqlarında
törədilən təxribatların
ardı-arası kəsilmədi.
İşğal altında
saxladığı otuz
ilə yaxın müddətdə Qarabağ
və Şərqi Zəngəzur ərazilərini
mina tarlasına çevirən erməni vandalları Vətən müharibəsi başa çatdıqdan sonra da bu mənfur
əməllərindən əl
çəkmədilər. Müzəffər
ordumusunun azadlığına
qovuşdurduğu ərazilərində
quruculuq, tikinti-abadlıq
işləri həyata
keçirən Azərbaycan
dövləti bir tərəfdən də ermənilərin növbəti
mina terrorunun qarşısını almağa,
sülh müqaviləsini
imzalamağa çalışdı.
Azərbaycan ərazisində
ermənilərin basdırdıqları
minaların partlayış
səsləri növbəti
dəfə sentyabrın
19-da eşidildi. Həmin
gün Xocavənddə
azərbaycanlı mülki
şəxslərin və
polis əməkdaşlarının
şəhid olmaları,
eləcə də sözügedən tarixdə
Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən
mövqelərinin Rusiya
sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi
ərazidən Ermənistan
silahlı qüvvələrinin
birləşmələri tərəfindən
minaatanlardan və müxtəlif çaplı
atıcı silahlardan
atəşə tutulması
nəticəsində ordumuzun
hərbi qulluqçularının
yaralanmaları xəbərləri
yenidən Azərbaycan
xalqını sarsıtdı.
Rəsmi İrəvanın
üçtərəfli Bəyanatın
şərtlərini pozması,
sülhdən yayınması
və ölkəmizə
qarşı hərbi təxribatlarını intensivləşdirməsi,
eyni zamanda yaratmış olduğu qondarma rejimin Azərbaycana qarşı hərbi təxribatlar, terror aktları törətməkdə davam
etməsi dövlətimizi
antiterror tədbirləri
həyata keçirməyə
məcbur etdi. Sentyabrın 19-da Azərbaycan
Respublikasının Konstitusiya
quruluşunun bərpa
edilməsi məqsədilə
bölgədə lokal
xarakterli antiterror tədbirlərinə başlanıldı.
Həmin gün Azərbaycan Müdafiə
Nazirliyinin yaydığı
məlumatda qeyd olundu ki, üçtərəfli
Bəyanatın müddəalarının
təmin olunması Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların
qarşısının alınması,
işğaldan azad edilmiş ərazilərə
qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə
cəlb olunmuş mülki işçilər
və hərbi qulluqçularımızın təhlükəsizliklərinin
təmin olunmasıdır:
"Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə
alınmır, yalnız
legitim hərbi hədəflər sıradan
çıxarılır. Keçirilən
tədbirlər barədə
Rusiya sülhməramlı
kontingentinin komandanlığı
və Türkiyə-Rusiya
Birgə Monitorinq Mərkəzinin rəhbərliyi
məlumatlandırılıb".
Azərbaycanın Qarabağ
bölgəsində həyata
keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyi, ərzaq,
tibbi vəsait təminatları böyük
həssaslıqla, humanizm prinsiplərinə
uyğun təmin olundu. Beləliklə, bütün dünya dövlətimizin, xalqımızın
humanizmini yenidən gördü.
Silahlı Qüvvələrimiz
tərəfindən keçirilən
tədbirlər çərçivəsində
mülki şəxslər
və heç bir mülki obyekt qətiyyən hədəfə alınmadı.
Hərbi bölmələrimiz
tərəfindən yalnız
legitim hərbi hədəflər zərərsizləşdirildi.
Dövlətimiz, xalqımız
heç zaman müharibə arzusunda olmayıb. Məqsədimiz
və arzumuz ölkəmizdə, regionumuzda
sülhün, sabitliyin
bərqərar olmasıdır.
Odur ki, bir sutkanın tamam olmasına dəqiqələr qalmış
separatçıların təslim
olması xəbərini
sevinclə qarşıladıq.
Dünən Azərbaycan
Respublikası Müdafiə
Nazirliyindən Qarabağın
erməni sakinlərinin
nümayəndələrinin Rusiya sülhməramlı
kontingenti vasitəsilə
müraciəti nəzərə
alınaraq 2023-cü il
sentyabrın 20-də saat
13:00-da şərtlər əsasında
lokal xarakterli antiterror tədbirlərinin
dayandırılması barədə
razılıq əldə
olunduğu bildirildi. Məlumat verildi ki, Azərbaycan Respublikasının Qarabağ
bölgəsində yerləşən
Ermənistan silahlı
qüvvələrinin birləşmələri,
qeyri-qanuni erməni silahlı dəstələri
silahı yerə qoyur, döyüş mövqelərindən və
hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri
Azərbaycan ərazilərini
tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri
buraxılır. Paralel
şəkildə bütün
silah-sursat və ağır texnika təhvil verilir.
Xankəndidəki qanunsuz
rejim təslim olduğunu ağ bayraq qaldıraraq bildirdi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif
etdiyi kimi, Azərbaycan Respublikasının
Konstitusiyası və
qanunları əsasında
reinteqrasiya məsələlərinin
müzakirə edilməsi
üçün Qarabağın
erməni sakinlərinin
nümayəndələri ilə
bu gün - 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Azərbaycan dövləti
lokal antiterror tədbirləri ilə seperatçılara bir daha göstərdi ki, onların bir yolları var, öz bədnam
əməllərindən əl
çəkməli, regionda
sülhün və sabitliyin təminatçısı
olan, ərazisində yaşadıqları, vətəndaşı
olduqları Azərbaycan
dövlətinin qanunlarına
əməl etməlidirlər.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.- 21 sentyabr.-
S.8.