Azərbaycan
Milli Kitabxanasının
100 illiyi münasibətilə
beynəlxalq elmi-praktik
konfrans keçirilib
M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasında dünya milli kitabxanalarının rəhbərlərinin iştirakı
ilə "Milli kitabxanalar xalqların mənəvi yaddaşının
qoruyucusudur" mövzusunda
beynəlxalq elmi-praktik
konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib, ölkəmizin
ərazi bütövlüyü
uğrunda canından keçən qəhrəman
Vətən övladlarının
xatirəsi birdəqiqəlik
sükutla yad edilib.
Sonra Azərbaycan
Milli Kitabxanası haqqında qısa sənədli film nümayiş olunub.
Milli Kitabxananın
direktoru Kərim Tahirov beynəlxalq elmi-praktik konfransın plenar iclasını açıq elan edib.
Mədəniyyət naziri Adil Kərimli
Azərbaycan Milli Kitabxanasının 100 illik
yubileyi münasibətilə
kitabxananın əməkdaşlarına
təbriklərini çatdırıb.
Kitabxanaların dünya
mədəniyyətinin təbliğində
böyük rol oynadığını söyləyən
nazir qeyd edib: "Ötən əsrin 90-cı illərinin
sonlarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
altında həyata keçirilən uğurlu
siyasət öz nəticələrini verməyə
başlamış, həmçinin
mədəniyyət sahəsinə
diqqət və qayğısının nəticəsi
olaraq Milli Kitabxananın fəaliyyətində
nəzərəçarpacaq irəliləyişlər özünü
göstərmişdir. Bu
gün Milli Kitabxana xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət siyasətini
böyük uğurla
davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü
siyasəti nəticəsində
özünün çiçəklənmə
dövrünü yaşayır
və günü-gündən
inkişaf edərək
dünyanın ən modern kitabxanalarının
sırasına daxil olmuşdur", - deyə A.Kərimli qeyd edib.
Milli Məclisin
Mədəniyyət komitəsinin
sədri Qənirə
Paşayeva Milli Kitabxananın 100 illik yubileyi münasibətilə
əməkdaşları təbrik
edib, təşkil olunmuş bu konfransda iştirakdan məmnun olduğunu diqqətə çatdırıb.
O, kitabxana işçilərini
mədəniyyətimizin qoruyucuları
adlandırıb, ölkəmizdə
kitaba, kitabxanaya verilən xüsusi dəyərdən danışıb.
Natiq Azərbaycanda kitabxana ənənələrinin
qədimliyindən bəhs
edərək, eyni zamanda Abbasqulu ağa Bakıxanovun şəxsi kitabxanasının
Sankt-Peterburq kitabxanasında
qorunduğunu da vurğulayıb.
Rusiya Dövlət
Kitabxanasının baş
direktoru Vadim Duda əməkdaşları
bu əlamətdar yubiley münasibətilə
təbrik edib, kitabxananın direktoru Kərim Tahirovun peşəkarlığının həmkarları üçün
böyük motivasiya olduğunu qeyd edib.
Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov ölkəmizdə kitabxanalara
milli şərəfimiz
kimi baxıldığını
söyləyib, kitabxanaları
tarixi coğrafiya adlandıraraq Milli Kitabxananın xalqımızın
intellektinin formalaşmasındakı
rolundan danışıb,
kitabxananın biblioqrafiyalaşdırma
sahəsindəki milli
biblioqrafik repertuarımızın
yaradılmasındakı əhəmiyyətini
vurğulayıb.
Özbəkistan Milli
Kitabxanasının direktoru
Umida Teşabayeva Azərbaycan Milli Kitabxanasının 100 illiyinin
qeyd edilməsinin təkcə kitabxanaçılar
üçün deyil,
həmçinin bütün
oxucu nəsli üçün də əlamətdar olduğunu
bildirib.
Roma Mərkəzi Milli
Kitabxanasının direktoru
Stefano Campagnolo konfransda iştirak üçün dəvətə
görə minnətdarlığını
bildirib, kitabxanaları
məbədgah adlandırıb.
Konfrans plenar
iclaslarla davam edib.
Konfransda Azərbaycan
Milli Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə
doktoru Ədibə İsmayılova "Azərbaycan Milli
Kitabxanası Azərbaycan xalqının mənəvi
yaddaşının qoruyucusudur", Rusiya Dövlət
Kitabxanasının baş direktoru Vadim Duda
"Kitabxanaların fəaliyyətinin strateji istiqamətləri",
Roma Milli Mərkəzi Kitabxanasının direktoru Stefano
Campagnolo "Yeni üfüq. Milli kitabxanaların gələcəyi
necədir?", Qətər Milli Kitabxanasının direktoru
Tan Huism "Toplayın, qoruyun və məşğul olun: Qətər
Milli Kitabxanasının təcrübələri", Martynas
Majvydas adına Litva Milli Kitabxanasının direktoru Renaldas
Gudauskas "Litva Milli Kitabxanası yaradıcı prosesdə",
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət
işçisi Mayıl Əhmədov "Cəmiyyətin
informasiya təminatında milli kitabxanaların rolu",
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat
Kitabxanasının baş direktoru Pavel Leonidoviç Kuzmin
"Kitabxana mədəniyyətlərarası dialoqun mərkəzi
kimi" mövzularda çıxışlar ediblər.
Daha sonra Azərbaycan
Milli Kitabxanası ilə Pakistan, Rusiya, Litva Milli
kitabxanaları, Roma Mərkəzi Milli Kitabxanası və
Makedoniyanın Kliment Ohrid Universitet və Milli Kitabxanası
(Skopye) arasında qarşılıqlı əməkdaşlığa
dair memorandumların imzalanma mərasimi keçirilib.
Həmçinin
Milli Kitabxananın tarixinə aid "Milli Kitabxananın
qızıl fondundan", "Milli musiqi xəzinəmizdən"
və "Milli Kitabxananın nəşrləri" adlı
kitab sərgiləri də təşkil edilib.
Qonaqlar yubiley
münasibətilə hədiyyələrini Milli Kitabxanaya təqdim
ediblər.
Qeyd edək ki,
konfrans işini sentyabrın 21-dək davam etdirəcək.
Azərbaycan.-2023.-
21 sentyabr.- S.9.