Qarabağda yaşayan
erməni vətəndaşlarımız
üçün yeni tarixi şans yaradılıb
Onların yaşayışı
indikindən yaxşı
olacaq
Prezident İlham
Əliyev ayrı-ayrı
vaxtlarda çıxışlarında
dəfələrlə vurğulayıb
ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır
və onların taleyini, onların gələcək həyatını
biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik: "Bu, bizim daxili
işimizdir və Azərbaycan vətəndaşları
hansı hüquqlara malikdirlərsə, ermənilər
də o hüquqlara malik olacaqlar. Hər halda əmin ola bilərlər
ki, onların yaşayışı, Azərbaycan
cəmiyyətinə inteqrasiya
edilmiş yaşayışı
indiki yaşayışdan
qat-qat yaxşı olacaqdır".
Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın
Qarabağ bölgəsindəki
hərbi birləşmələrinin
sentyabrın 19-da törətdikləri
növbəti terror aktları nəticəsində
polis əməkdaşlarımız
və mülki şəxslər şəhid
oldular. Azərbaycan buna lokal xarakterli
antiterror tədbirləri
həyata keçirməklə
cavab verdi. Məqsəd 2020-ci il noyabrın 10-da Azərbaycan,
Ermənistan və Rusiya arasında üçtərəfli Bəyanatın
müddəalarının təmin
edilməsi, Qarabağ
iqtisadi rayonunda törədilən genişmiqyaslı
təxribatların qarşısının
alınması, işğaldan
azad edilmiş ərazilərə qayıdan
dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb
olunmuş mülki işçilər və hərbi qulluqçularımızın
təhlükəsizliklərinin təmin olunması idi.
23 saat çəkən
lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndidəki
qanunsuz rejim ağ bayraq qaldıraraq təslim oldu. Bölgədə aparılan lokal xarakterli antiterror tədbirləri başa çatdı.
Lokal antiterror
tədbirləri separatçılara
"unutduqları" həqiqətləri
xatırlatdı
Prezident İlham
Əliyev sentyabrın
20-də xalqa müraciətində
lokal antiterror tədbirlərinin başlandığı
anlardan hərbçilərimizin
böyük qəhrəmanlıq,
şücaət və
peşəkarlıq göstərərək
qısa müddət ərzində bütün
istiqamətlərdə əhəmiyyətli
dərəcədə hərbi
uğurlara nail olduqlarını qürurla
bildirdi. Dövlət başçısının vurğuladığı
kimi, Azərbaycan öz suverenliyini bərpa etdi.
Azərbaycanın Qarabağ
bölgəsində apardığı
lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyinə,
tibbi vəsait və digər təminatlarına böyük
diqqətlə, həssaslıqla
yanaşıldı. Prezident
İlham Əliyev sözügedən müraciətində
vurğuladı: "Əməliyyat
başlamazdan əvvəl
mənim tərəfimdən
bütün hərbi birləşmələrimizə bir daha ciddi
tapşırıq verilmişdir
ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ
bölgəsində yaşayan
erməni əhalisi zərbə altına düşməməlidir və
mülki əhali qorunmalıdır". Dövlət
başçısı açıqladı
ki, biz həm
yüksək dəqiqliyə
malik silahlardan istifadə edərək buna nail olduq,
eyni zamanda Silahlı Qüvvələrimizin
peşəkarlığı nəticəsində mülki
vətəndaşlar tamamilə
özlərini sığortalanmış
vəziyyətdə hiss
etdilər: "Eyni zamanda göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir
zərbə dəyməməlidir,
ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək
istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin
peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni
şərəflə yerinə
yetirməyə şərait
yaratmışdır və
bir daha Azərbaycan əsgəri,
zabiti həm yüksək peşəkarlıq,
həm də yüksək mənəvi
keyfiyyətlər göstərmişdir".
2020-ci il 10 noyabr
tarixli üçtərəfli
Bəyanata zidd olaraq üç il ərzində öz silahlı qüvvələrini və
texnikasını ərazilərimizdən
çıxarmayan Ermənistan
Azərbaycanın gücünü
bir daha gördü. Qısamüddətli
lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə
ağır zərbələr
endirildi, silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı.
Azərbaycan dövləti
lokal antiterror tədbirləri ilə separatçılara göstərdi
ki, bir yolları
var, bundan sonra öz bədnam
əməllərindən əl
çəkməlidirlər.
Qarabağı Azərbaycan
ərazisi olaraq bütün dünya tanıyır. Hətta Ermənistan rəhbərliyi
də bu həqiqəti etiraf edir. Bütün bunlara baxmayaraq, azğınlaşan qanunsuz
kriminal xunta rejimi Azərbaycan ərazisində yaşadıqlarını
unudaraq, öz aləmində Qarabağda
saxta "seçki"lər
keçirdi. Lokal antiterror tədbirləri onlara "unutduqları"
həqiqətləri xatırlatdı.
Düşmənin mövqeləri,
silahları, texnikaları
məhv edildi.
Beynəlxalq hüquqa, gələcək
inkişafa əsaslanan
təklif
Bundan sonra bölgəmizi nələr
gözlədiyi ən
çox maraq doğuran məsələlərdən
biridir. Dövlət başçısı əminliklə
bildirdi ki, bölgəmizdə yeni vəziyyətin yaranması
labüddür, çünki
kriminal xunta rejimi təslim olandan sonra bu
gərginlik mənbəyi,
bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət, rahat nəfəs ala bilər. Prezident İlham Əliyev müraciətində bir daha qeyd etdi
ki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır:
"Sadəcə olaraq,
erməni millətçiləri,
müharibə cinayətkarları,
Ermənistanın və
Qarabağın dırnaqarası
rəhbərləri o insanları
girov götürmüşdü,
onların beyinlərini
zəhərləmişdi. Azərbaycan
haqqında, Azərbaycan
xalqı haqqında olmazın yalanlarını
uydurub onların beyinlərinə doldurmuşdur,
onların beyinlərini
zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru
dönüşü görəcək.
Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma,
qarşılıqlı hörmət
əsasında birgə
həyat qurmaqdır".
Prezident İlham
Əliyev vurğuladı
ki, biz kriminal
rejimin ünsürlərini,
başda duranlarını
ittiham etmişik və biz onları
məsuliyyətə cəlb
edirik və edəcəyik, bəziləri
artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.
Azərbaycan çoxmillətli,
çoxkonfessiyalı dövlətdir.
Bunu ölkəmizdə
yaşayan hər bir xalqın nümayəndəsi, eləcə
də bütün dünya görür. Prezident İlham Əliyev xatırlatdı ki, heç vaxt Azərbaycanda dini, milli zəmində
ayrı-seçkilik olmayıb
və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi:
"Bütün millətlərin
nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri
bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl
ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik".
Bütün Qarabağı
və Şərqi Zəngəzuru yenidən qurduğumuzu, cəmi iki il ərzində
həmin ərazilərdə
böyük işlər
gördüyümüzü qeyd edən dövlətimizin başçısı
diqqətə çatdırdı
ki, eyni şəraiti biz Xankəndidə, Ağdərədə,
Xocavənddə, kəndlərdə
yaradacağıq, Əsgəranda
yaradacağıq: "Bu
gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir
şans yaradılıb.
O şansı əldən
verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir
ki, mənim sözüm sözdür.
Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq
hüquqa, gələcək
inkişafa əsaslanan
və gələcək
inkişafa hesablanan təklifdir".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti
əsasında 2023-cü il
sentyabrın 21-də Yevlax
şəhərində Qarabağın
erməni sakinləri ilə təmaslar üzrə müəyyən
edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın
erməni sakinlərinin
təmsilçiləri qismində
Sergey Martirosyan və David Melkumyan ilə görüşdü.
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
açıqlamasına əsasən,
konstruktiv və müsbət mühitdə
keçən görüşdə
Azərbaycan Respublikasının
Konstitusiyası və
qanunları əsasında
Qarabağın erməni
əhalisinin reinteqrasiyası,
infrastrukturunun bərpası
və fəaliyyətinin
təşkil olunması
məsələləri üzrə
müzakirələr aparıldı.
Ramin Məmmədov reinteqrasiya üzrə planlar təqdim etdi.
Görüşdə Azərbaycanın Qarabağ
bölgəsinin erməni
sakinlərinin nümayəndələri
sosial və humanitar xarakterli məsələlərin müzakirəsi
kontekstində xüsusilə
yanacağa ehtiyac duyulduğunu bildirdilər,
eyni zamanda qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini
xahiş ediblər.
Onların xahişi
müsbət qarşılandı.
Xüsusilə bağça
və məktəblərin
istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin
ehtiyacları təmin
olunmaqla yanacağın
tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi
planlaşdırılır.
Məlumata əsasən,
tezliklə növbəti
görüş keçiriləcək.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan. - 2023.- 22 sentyabr.- S.7.