Ədalətli mövqe sərgiləyən
dövlətlər haqq
işimizi dəstəkləyirlər
Qarabağ Azərbaycandır!
Dünyada erməni lobbisinin təsirinə düşməyən, ermənilərin
maliyyə dəstəyi
ilə hakimiyyətə
gəlməyən bütün
dövlətlər artıq
bu həqiqəti qəbul edirlər. Cəmi bir neçə
gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin tribunasından səsləndirdiyi "Qarabağ Azərbaycan torpağıdır" ifadəsi
alqışlara səbəb
oldu.
Heç şübhəsiz
ki, bu uğura
çoxillik gərgin
əməyin, praqmatik
siyasətin, səmərəli
fəaliyyətin nəticəsində
nail olmuşuq. Bu alqışlar Azərbaycan
diplomatiyasının uğuru,
beynəlxalq hüquqa,
haqqa, ədalətə
verilən qiymət kimi qəbul edilməlidir. Bu uğurlara Azərbaycan Prezidenti
İlham Əliyevin beynəlxalq təşkilatlarla
qarşılıqlı təması,
onların liderləri ilə ardıcıl görüşləri,
səmərəli fəaliyyəti,
konkret və qərəzsiz mövqeyi, qətiyyətli iradəsi
nəticəsində nail
olmuşuq.
2020-ci ildə qazandığımız
tarixi qələbədən
sonra müxtəlif ölkələrin rəhbərlərinin dövlətimizin
başçısına göndərdikləri təbrik məktubları, 2023-cü il
sentyabrın 9-da Qarabağda
keçirilən "seçki"ləri
tanımadıqlarını bildirmələri haqqında
ədalətli mövqe
sərgiləmələri də
bunun nəticəsidir.
Söz yox ki, bəzi qərəzli
beynəlxalq təşkilatlar,
o cümlədən ikili
standartlardan əl çəkməyən bir
sıra qüvvələr
hələ də nəfislərinin əsiri
olub məkrli niyyətlərindən əl
çəkə bilməyiblər,
amma ümid etmək olar ki, bir gün
onlar da həqiqəti qəbul edəcəklər. Ermənistanın
ölkəmizin ərazi
bütövlüyünü tanıması, Qarabağda
yaşayan erməni icmasının dövlətimizin
reinteqrasiya haqqında
təkliflərini müzakirə
etdikləri bir zamanda "ermənipərəst"
təşkilatların, dövlət
başçılarının müqavimət göstərəcəkləri
artıq birmənalı
olaraq inandırıcı
görünmür.
İftixarla deyə
bilərik ki, aparılan düzgün siyasət, vaxtında görülən tədbirlər nəticəsində bu gün ölkəmiz hadisələrin
arxasınca getmir, lider dövlət kimi regionda aparılan siyasətin baş aktoru rolunda çıxış edir.
Elə bunun nəticəsidir ki, dünya Azərbaycanla hesablaşır. Ölkəmiz
nəinki regionda, artıq dünyada söz sahibi olan qüdrətli
dövlət kimi qəbul edilir. Ən yaxın keçmişin tarixi hadisələri zamanı dünyanın bir sıra dövlətlərinin
ədalətli mövqeyimizi
dəstəkləməsi, hadisələrin
gedişi zamanı ölkəmizin rəhbəri
ilə telefon danışıqları da
bunun sübutudur.
Sentyabrın 19-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə zəng edərək dövlətimizin
başçısı ilə
yaranmış vəziyyət
barədə fikir mübadiləsi aparıb.
Dövlətimizin başçısı
sentyabrın 19-da baş
verən hadisələrin
səbəbi haqqında
ABŞ Dövlət katibini
məlumatlandıraraq bildirib ki, Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın Qarabağ
bölgəsindəki birləşmələrinin
kəşfiyyat-diversiya qruplarının
terror məqsədilə
əvvəlcədən minaları
quraşdırması nəticəsində
mülki şəxslər
və polis əməkdaşları həlak
olublar. Ölk rəhbəri eyni zamanda ordumuzun bölmələrinin vaxtaşırı minaatanlardan
və müxtəlif çaplı atıcı
silahlarla atəşə
tutulduğunu, sentyabrın
9-da keçirilən qondarma
"prezident seçkiləri"ni
Ermənistanın Azərbaycanın
suverenliyinə qarşı
məqsədyönlü təxribatlarının
davamı olduğunu vurğulayıb. Azərbaycan
Prezidenti bildirib ki, bu kimi
təxribatçı və
təhrikçi əməllərin
qarşısının alınması
üçün Azərbaycan
bölgədə lokal
xarakterli antiterror tədbirlərinə başlamalı
olub.
Sentyabrın 19-da Avropa
İttifaqı Şurasının
Prezidenti Şarl Mişel də dövlətimizin başçısı
ilə telefon danışığı zamanı
bu barədə fikir mübadiləsi aparıb.
Prezident İlham
Əliyev antiterror tədbirlərinin dayandırılması
ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin
Qarabağdan çıxarılmasının,
qanunsuz silahlı dəstələrin silahı
yerə qoymasının
və tərk-silah edilməsinin, Yevlaxda keçiriləcək görüşün
müsbət addım
olduğunu bildirib. Prezident qeyd edib ki, Yevlax
görüşündə Azərbaycan Respublikasının
Konstitusiyası və
qanunları əsasında
Qarabağ ermənilərinin
hüquqları və
öhdəlikləri ilə
əlaqədar, o cümlədən
onların mədəni,
dini, bələdiyyə
və digər hüquqları ilə bağlı məsələlər
müzakirə ediləcək.
Dövlət başçısı
bunu Azərbaycanın
öz daxili işləri kontekstində
həyata keçirdiyini
xüsusi olaraq vurğulayıb. Azərbaycan
Prezidenti regional sülh gündəliyinin dəstəklənməsinin əhəmiyyətinə
toxunub, birtərəfli
addımların atılmasının
tamamilə əks effekt yarada biləcəyini
deyib. Əldə edilmiş nəticələr
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların
da irəli aparılmasına müsbət
təsir göstərəcək.
Avropa İttifaqı
Şurasının prezidenti
öz növbəsində
antiterror tədbirlərinin
dayandırılmasını müsbət hal kimi qiymətləndirib, atəşkəs rejiminin təmin olunacağına ümidvarlığını ifadə
edib. Şarl Mişel həmçinin Yevlaxda keçirilən görüşü də
müsbət dəyərləndirib.
Qarabağda lokal
xarakterli aniterror tədbirləri keçirilməmişdən
öncə Ermənistanın
təxribat xarakterli əməlləri barədə
ölkəmizdə fəaliyyət
göstərən beynəlxalq
təşkilatların və
diplomatik korpusun nümayəndələrinə yetərli məlumat verilmişdir.
Nyu Yorkda BMT Baş Assambleyasının
78-ci sessiyasında iştirak
edən xarici işlər naziri Ceyhun Bayramov səfər çərçivəsində
İtaliyanın xarici
işlər və beynəlxalq əməkdaşlıq
naziri Antonio Tayani, Türkiyənin xarici işlər naziri Hakan Fidan,
Avropa Şurasının
(AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç, ABŞ Dövlət
katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisi vəzifələrini
icra edən Yuri Kim, Şimali
Makedoniya Respublikasının
xarici işlər naziri və Avropada Təhlükəsizlik
və Əməkdaşlıq
Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani, İsveçrə Konfederasiyasının federal
xarici işlər naziri İqnasio Kassis, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, ATƏT-in baş katibi Helqa Şmid, Latviya Respublikasının
xarici işlər naziri Krişyanis Karins, İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) baş katibi
Hissein Brahim Taha, İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen, Səudiyyə
Ərəbistanı Krallığının
xarici işlər naziri Faysal bin
Farhan Al Saud, Finlandiyanın xarici və Avropa işləri naziri Elina Valtonen, Ərəb Dövlətləri
Liqasının (ƏDL) baş
katibi Əhməd Əbul Qeyt və digər şəxslərlə
işgüzar görüşlər
keçirərək baş verən hadisələr barədə dolğun məlumatlar verib.
Görüşlərdən məlum olub ki, ədalətli mövqe sərgiləyən
dövlətlər həqiqəti
qəbul edib, haqq işimizi dəstəkləyiblər.
Azərbaycan sülhpərvər
dövlətdir. Bütün
problemləri sülh yolu ilə, diplomatik gedişlə, ağlın, zəkanın
gücü ilə həll etməyə çalışır. Bunu
anlamayanlara yeri gələndə sərt üzünü, "dəmir
yumruğ"unu da göstərə bilir. İşimiz haqq işi olduğu üçün döyüş
meydanında qazandığımız
qələbələr siyasi
masalarda təsdiqini tapır.
Elşən QƏNİYEV
Azərbaycan. - 2023.- 22 sentyabr.-
S.7.