Partlayış nəticəsində yaralanan
şəxslərə ilkin
yardım göstərilib
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
məlumatı
2023-cü il sentyabrın
25-də Xankəndi şəhəri
yaxınlığında yanacaqdoldurma
məntəqəsində partlayış
baş verib.
Məlumatlara əsasən,
hadisə nəticəsində
çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Azərbaycan.-2023.- 26 sentyabr.- S.1.