Birgə işçi qrupunun yaradılması barədə
razılıq əldə
olunub
2023-cü il sentyabrın
25-də Xocalı şəhərində
Qarabağın erməni
sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş
məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri
ilə növbəti görüşü keçirilib.
Konstruktiv mühitdə
keçən görüşdə
sentyabrın 21-də Yevlax
şəhərində müzakirə
edilmiş məsələlərin
həlli istiqamətində
atılan addımlardan,
xüsusilə qısa
müddətdə humanitar
yardımın təminatı,
yanacaq təchizatı
və elektrik verilişinin bərpasından
razılıq ifadə
olunub.
Qarabağın erməni
sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata
keçiriləcək tədbirlər
haqqında məlumat verib. Qeyd olunub
ki, bəzi yaşayış məntəqələrində
tənha vəziyyətdə
müəyyən edilmiş
erməniəsilli yaşlı
sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq
Qırmızı Xaç
Komitəsinin nümayəndələrinin
həmin şəxslərlə
görüşünə şərait
yaradılması, onların
ailə üzvlərinə
və ya müvafiq tibb müəssisələrinə təhvil
verilməsi təklif edilib.
Azərbaycan Respublikası
Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin
həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini
müəyyən etmək
məqsədilə Xankəndi
şəhəri də
daxil olmaqla, ərazidə kommunal, səhiyyə xidmətləri
və digər mülki fəaliyyətlə
məşğul olan müvafiq nümayəndələrlə
görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq
əldə olunub.
Təklif olunub
ki, Xankəndi şəhəri yaxınlığında
və ya Xocalı istiqamətində
qurulması təklif olunan səhra hospitalında səhiyyə
xidmətləri Azərbaycan
və erməniəsilli
tibb heyəti tərəfindən birgə
təşkil edilsin. Həmçinin Azərbaycan
və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması
təklif edilib.
Xroniki ağır
xəstəliklərdən əziyyət çəkən
və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı
olan şəxslərə
zəruri tibbi yardımın göstərilməsinə
hazırlıq ifadə
olunub.
Bununla yanaşı,
görüşdə Azərbaycan
və erməniəsilli
tibb işçilərindən
ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması,
həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha
və tibbi xidmətə ehtiyacı olan şəxslərə
xidmət göstərilməsinin
vacibliyi vurğulanıb.
Qarabağ iqtisadi
rayonunda yaşayan erməniəsilli vətəndaş
cəmiyyəti təmsilçiləri
və ictimai fəalların Bakıya və ya Azərbaycanın
digər şəhərlərinə
səfərlərinin təşkil
edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin
vətəndaş cəmiyyəti
dialoqu platformasının
yaradılması, eləcə
də etimad quruculuğu tədbirlərinin
həyata keçirilməsi
baxımından əhəmiyyətli
olduğu qeyd edilib.
Görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
Azərbaycan.-2023.- 26 sentyabr.- S.1.