Azərbaycan
Respublikasının ərazisində
xüsusi karantin rejiminin müddətinin uzadılması barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Sanitariya-epidemioloji salamatlıq
haqqında” Azərbaycan
Respublikası Qanununun
25-ci maddəsinə və
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin
əmələ gəlməsi,
yaxud yayılması təhlükəsi yarandıqda
karantin-təşkilat, profilaktika
və digər zəruri tədbirlərin
görülməsi Qaydaları”na
əsasən Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Koronavirus (COVID-19) infeksiyasının ölkə
ərazisində yayılmasının,
onun törədə biləcəyi fəsadların
qarşısının alınması
məqsədilə Azərbaycan
Respublikasının ərazisində
xüsusi karantin rejiminin müddəti
2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın.
2. “Xüsusi karantin
rejimi ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 9, maddələr
1209, 1231, ¹ 10, maddələr 1274, 1275,
1278, 1283, 1298, 1314, 1315, ¹ 11, maddələr
1387, 1394, ¹ 12 (V kitab), maddələr
1588, 1592, 1612; 2021, ¹ 1, maddələr 92,
106, ¹ 3, maddələr 267, 290, 291, ¹ 4, maddə 403, ¹ 5, maddə
530, ¹ 6 (IV kitab), maddələr
683, 692, ¹ 7, maddələr 868, 882, ¹ 8, maddə 974, ¹ 9, maddə
1079, ¹ 10, maddə 1191, ¹ 12, maddələr 1514, 1524; 2022, ¹ 2, maddə 176, ¹ 3, maddə
258, ¹ 4, maddə 417, ¹ 6, maddə
673, ¹ 8, maddə 1012, ¹ 10, maddə
1225, ¹ 12, maddə 1554; 2023, ¹ 2, maddə 328, ¹ 3, maddə
443, ¹ 4, maddə 595, ¹ 6, maddə
866) 1.1-ci bəndində “2023-cü il 2 oktyabr” sözləri
“2024-cü il 2 yanvar” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
25 sentyabr 2023-cü il
Azərbaycan.-2023.-
26 sentyabr.- S.6.