“Süni
İntellekt Satınalması
üzrə Təlimatlar”
layihəsinin təqdimatı
keçirilib
Süni intellekt
texnologiyalarının düzgün
satınalması və
bu texnologiyaların daha geniş yayılmasının təmin
edilməsi məqsədilə
Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və
Azərbaycan dilinə
tərcümə olunmuş
“Süni İntellekt Satınalması üzrə
Təlimatlar” layihəsinin
təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat
Nazirliyinin tabeliyində
Dördüncü Sənaye
İnqilabının Təhlili
və Koordinasiya Mərkəzinin (4SİM), Dünya
İqtisadi Forumunun
(DİF), İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
(AİBNDX), İxracın və
İnvestisiyaların Təşviqi
Agentliyi – AZPROMO-nun birgə təşkilatçılığı
ilə Bakıda “Yeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar
və imkanlar” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas
məqsədi süni
intellekt və maşın öyrənməsi
sahəsində mütəxəssislərin
təcrübələrini mübadilə
etmək, 4Sİ texnologiyalarının
düzgün satınalması
və bu texnologiyaların daha geniş yayılmasını
təmin etməkdir.
İqtisadiyyat nazirinin
müavini Sahib Ələkbərov rəqəmsal
iqtisadiyyata keçidin
sürətləndirilməsinin ölkəmizdə prioritet
məsələlərdən biri olduğunu qeyd edib, iqtisadi
artımı dəstəkləmək,
sektorların rəqabət
qabiliyyətini artırmaq,
vətəndaşların xidmətlərə
çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin
fəaliyyətinin təkmilləşdirilməsini
təşviq etmək
üçün rəqəmsal
texnologiyadan istifadə
etmənin zəruriliyini
vurğulayıb. Nazir
müavini rəqəmsal
iqtisadiyyatın inkişafı
baxımından Azərbaycanın
Yeni Nəsil İqtisadiyyatı Strategiyasının
hazırlanmasının önəmini
diqqətə çatdırıb.
İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
(AİBNDX) rəisi Məmməd
Abbasbəyli rəhbərlik
etdiyi qurumun fəaliyyət istiqamətləri,
dövlət satınalmaları
üzrə qanunvericilik
bazasının təkmilləşdirilməsinə
dair institusional islahatlar, keyfiyyət infrastrukturu və istehlakçıların hüquqlarının
müdafiəsi sahələrində
həyata keçirilən
tədbirlər, satınalma
prosesində yeniliklər
və gələcək
perspektivlər, e-tender
platforması və gələcəkdə platformada
süni intellektin tətbiqi imkanları barədə məlumat verib.
AZPROMO-nun rəhbəri
Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın təşviqi və xarici investisiyaların cəlb edilməsi prosesinə dördüncü sənaye
inqilabı texnologiyalarının
inteqrasiyasının əhəmiyyətini
qeyd edib, bu sahədə qlobal iqtisadiyyatda tətbiq olunan təcrübələr haqqında
məlumat verib.
Dördüncü Sənaye
İnqilabının Təhlili
və Koordinasiya Mərkəzinin (4SİM) icraçı
direktoru Fariz Cəfərov 4SİM-in fəaliyyəti,
cari layihələri, Yeni Nəsil İqtisadiyyat Strategiyasında
nəzərdə tutulmuş
süni intellekt üzə təşəbbüslər,
4SİM ilə Dünya
İqtisadi Forumu arasında əməkdaşlıq
və müxtəlif sahələrdə süni
intellektin tətbiqi və onların satınalması prosesində
“Süni İntellekt Satınalması üzrə
Təlimatlar”ın əhəmiyyəti barədə
söz açıb. Bildirilib ki, DİF-in Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan
Mərkəzi Braziliyadan
sonra təlimat kitabçasını öz
dilinə tərcümə
edən ikinci mərkəzdir.
Tədbir çərçivəsində
keçirilən “Süni
İntellekt Satınalması
üzrə Təlimatlar”
işçi panelində
Dünya İqtisadi Forumunun Süni İntellekt və Maşın Öyrənməsi
Platformasının rəhbəri
Uber Xelop “Süni İntellekt satınalması üzrə
Təlimatlar” layihəsi
ilə bağlı təqdimatla çıxış
edib.
Dördüncü Sənaye
İnqilabının Braziliya
şəbəkəsinin Süni
İntellekt və Maşın Öyrənməsi
Platformasının rəhbəri
Klara Langevin, Türkiyənin Rəqəmsal
Transformasiya ofisinin Süni İntellekt mütəxəssisi Merve Ayyüce Kızrak, Slovakiyanın İnvestisiyalar,
Regional İnkişaf və
İnformasiyalaşdırma Nazirliyi mütəxəssisi
Jana Novohradska təmsil etdikləri ölkələrdə süni
intellektin tətbiqi, bu sahədə qanunvericilik və tənzimlənmə mexanizmləri
ilə bağlı təqdimatlarla çıxış
ediblər.
Qeyd edək ki, “Süni İntellekt Satınalması üzrə Təlimatlar” layihəsi Dünya İqtisadi Forumu tərəfindən hazırlanıb. Layihə müəssisələrə süni intellekt və verilənlər (data) əsaslı texnologiyaların satınalması prosesində düzgün və şəffaf metodlar təklif edir. Layihə, həmçinin dövlət satınalmaları vasitəsilə dövlət sektorunda süni intellekt texnologiyasının tətbiqi üçün hazırlanmış bələdçi kitabçası və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı bir sıra alətlər təqdim edir. Bu təlimatlar artıq Braziliya, İngiltərə, Hindistan və Bəhreyn Krallığında tətbiq olunur.
Azərbaycan.-2023.- 26 sentyabr.- S.6.