İctimai birliklər və dini qurumlar komitəsinin
payız sessiyasında
ilk iclası
Sentyabrın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin 2023-cü ilin
payız sessiyasında
ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası
açan Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri
Fəzail İbrahimli tariximizin ən şərəfli anlarını
yaşadığımızı deyərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi,
Ordumuzun rəşadəti
və xalqımızın
birliyi ilə həyata keçirilən
lokal antiterror tədbirlərində əldə
edilən parlaq qələbənin uğurlarından,
onun tarixi-siyasi əhəmiyyətindən danışıb.
Komitə sədri torpaqlarımızın işğaldan
azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizə rəhmət,
yaralılarımıza şəfa,
qazilərimizə cansağlığı
diləyib.
İclasda şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Fəzail İbrahimli 2023-cü ilin yaz və növbədənkənar
sessiyaları dövründə
komitədə görülən
işlər barədə
hesabatı müzakirəyə
təqdim edib. Komitə sədri bildirib ki, hesabat
dövründə komitənin
2 iclası keçirilərək
4 məsələyə baxılıb.
İclaslarda qəbul edilən qanun layihələrinin əhəmiyyətindən
danışan Fəzail
İbrahimli hesabat dövründə komitədə
keçirilən “Azərbaycanda
dövlət-din münasibətləri:
real durum və perspektivlər” mövzusunda geniş ictimai müzakirədən
və digər tədbirlərdən söz
açıb.
Diqqətə çatdırılıb
ki, hesabat dövründə komitəyə
daxil olan müraciətlər araşdırılıb
və müvafiq tədbirlər görülüb.
Yaz və növbədənkənar sessiyalar
dövründə komitə
sədri və üzvləri yerli və beynəlxalq tədbirlərdə fəal
iştirak edib, həmçinin vətəndaşlarla
və seçicilərlə
görüşlər keçirib,
onların qayğıları
ilə maraqlanıblar.
Komitənin 2023-cü ilin payız sessiyası üçün
iş planının layihəsi ilə bağlı bildirilib ki, komitəyə daxil olacaq qanun
layihələrinin və
digər sənədlərin
müzakirəsi, onlara
rəy və təkliflərin hazırlanması
ilə yanaşı, sənəddə aidiyyəti
orqanların, ictimai birliklərin, dini qurumların nümayəndələri
ilə görüşlərin
və müzakirələrin
keçirilməsi nəzərdə
tutulub.
İclasda komitə
sədrinin müavini Sahib Alıyev, komitə üzvləri Azay Quliyev, Sevinc
Fətəliyeva, Anar İsgəndərov, Cavanşir
Paşazadə, Azər
Badamov, parlament Aparatının Dövlət
quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin
müdiri Hacı Mirhəşim Seyid çıxış ediblər.
Onlar Qarabağ bölgəsində həyata
keçirilən lokal
antiterror tədbirləri
barədə danışaraq
bildiriblər ki, tədbirlər Azərbaycan
Respublikasının Konstitusiyasına
və qanunlarına, həm də beynəlxalq hüquqa və onun bir
hissəsi olan beynəlxalq humanitar hüququn tələblərinə
uyğun həyata keçirilib. Deputatlar gündəlikdəki məsələlər
barədə fikirlərini
bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Sonda komitənin 2023-cü ilin yaz və növbədənkənar sessiyalarında görülən işlərlə bağlı hesabatı qənaətbəxş hesab olunub, 2023-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib.
Azərbaycan.-2023.- 26 sentyabr.- S.7.