Qarabağda
qalmaq istəməyən
erməni əsilli sakinlər Ermənistana maneəsiz şəkildə
gedirlər
Qarabağda qalmaq
istəməyən erməni
əsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə
gedirlər.
AZƏRTAC xəbər verir ki, “Laçın”
dövlət sərhədindən
buraxılış məntəqəsindən
Qarabağ bölgəsində
yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur.
Ermənistan istiqamətində
hərəkət edən
sakinlər heç bir təhlükə və təhdid ilə qarşılaşmadıqlarını,
könüllü şəkildə
getdiklərini bildiriblər.
Onlar həm də yolların açıq olduğunu, maneəsiz şəkildə
Ermənistana getdiklərini
söyləyiblər.
Qeyd edək ki, Azərbaycanın polis əməkdaşları Qarabağda yaşayan erməni sakinlərindən birinin avtomobilində yaranmış problemin aradan qaldırılmasına kömək ediblər.
Azərbaycan.-2023.- 26 sentyabr.- S.9.