Alman mediası regiondakı hadisələrə
qərəzli yanaşmaqda
davam edir
AFR-in kütləvi informasiya vasitələri Azərbaycanın
Qarabağ bölgəsində
baş verən hadisələrin qərəzli
işıqlandırılması kampaniyasını davam etdirir.
AZƏRTAC xəbər verir ki,
“Deutsche Welle” agentliyinin bu
gün dərc etdiyi materialda Fransa Prezidenti Emmanuel Makronun guya “Azərbaycanın Ermənistan sərhədlərini
təhdid etməsi” barədə fikirləri yer alıb. Bununla belə, bir fakt nəzərdən
qaçırılır ki, son günlər Ermənistan silahlı qüvvələri
tərəfindən atəşkəs
rejiminin pozulması ilə bağlı tək-tük hallar hesaba alınmazsa, şərti Ermənistan-Azərbaycan
sərhədində elə
bir gərginlik yoxdur. Hazırda bütün proseslər müstəsna olaraq Azərbaycanın suveren ərazilərində baş
verir və görünən odur ki, bu, Fransa rəhbərliyini
narahat edir. Makronun “indi “Bakını heç nə saxlaya bilməz” və o, “Ermənistan sərhədlərini
təhdid edir” kimi bədnam bəyanatı da buradan qaynaqlanır.
Alman nəşri Fransa Prezidentinin
“onun ölkəsinin Ermənistanın ərazi
bütövlüyü ilə
bağlı narahatlıq
keçirməsi” barədə
sözlərini sitat gətirir. Bu xüsusda, heç nəyin həmin bütövlüyə
təhlükə törətmədiyi
faktı diqqətdən
kənarda qalır. Azərbaycan ən yüksək səviyyədə
dəfələrlə bəyan
edib ki, öz qonşularının heç
birinə qarşı
iddiası yoxdur və bu səbəbdən
Ermənistanla tezliklə
sülh sazişinin imzalanmasını təklif
edir və bu məsələdə israrlıdır.
Materialda yenə
də heç kim tərəfindən tanınmayan “Dağlıq
Qarabağ respublikası”
sözləri işlədilir,
lakin indi həmin qondarma qurum de-fakto onun sözdə “rəhbərləri” tərəfindən
özünü buraxıb.
Artıq “respublikadan” əsər-əlamət qalmayıb.
Alman nəşri isə
onu mövcud olan bir qurum
kimi qələmə verir.
“Deutsche Welle” yazır: “Fransa Prezidenti, həmçinin bəyan edib ki, Moskva bu məsələdə Bakının
“ortağı” olub, Türkiyə isə “həmişə bir müttəfiq kimi, Azərbaycanın hərəkətlərini
dəstəkləyib”.
Bütün dövlətlər
özünə müttəfiq,
dost seçmək hüququna
malikdir. Məsələn,
Fransa Ermənistanı özünə
“bacı” seçib və heç kim buna etiraz etmir. Fransaya yaxın olan ölkələrin məğlub
vəziyyətdə olmasında
da Bakı günahkar deyil. Azərbaycanı tənqid edərkən, onun Türkiyə ilə yaxın münasibətlərinə istinad
etmək düzgün
deyil.
Yazıda, həmçinin
aşağıdakı fikirlər
yer alıb: “Bundan bir gün
əvvəl ABŞ-ın
dövlət katibi
Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı əsnasında
Birləşmiş Ştatların
Qarabağın erməni
əhalisinin taleyindən
“dərindən narahat
olduğunu” bəyan edib. Blinken Bakını regionun mülki əhalisinin təhlükəsizliyini
təmin etməyə,
onun hüquq və azadlıqlarına hörmətlə yanaşmağa,
həmçinin beynəlxalq
humanitar hüquqa əməl etməyə çağırıb”.
Bununla bağlı
qeyd etmək lazımdır ki, Qarabağın
erməni əhalisinin
bir hissəsi könüllü əsasda
Ermənistana getməyi
üstün tutub, amma
Azərbaycan tərəfi
əvvəlki kimi, qalmağa qərar verənlərə bütün
hüquqların qorunacağını
təklif edir. Bu səbəbdən xarici siyasətçilərin narahatlıq
hissi keçirmələri
üçün heç
bir əsas yoxdur. Orada qalıb
reinteqrasiya olunmaq və ya könüllü
şəkildə Ermənistana
repatriasiya edilmək (Ermənistana gedənlərin
əksəriyyətində bu ölkənin pasportları var) erməniəsilli
əhalinin öz seçimidir. Ona görə
də onların təhlükəsizliyi ilə
bağlı narahat olmağa heç bir əsas yoxdur.
Heyhat, təkzibolunmaz
sübutların, o cümlədən
foto və videomaterialların olmasına
baxmayaraq, baş verən hadisələrin qərəzli şəkildə
təqdim edilməsi kampaniyası davam edir.
Azərbaycan.-2023.- 26 sentyabr.-
S.9.